Yeni əsərimizin Los-Ancelesdə dünya premyerası keçirilib

Yeni əsərimizin Los-Ancelesdə dünya premyerası keçirilib
23 iyul 2019
# 11:45

Azərbaycanın Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, tanınmış bəstəkar Firəngiz Əlizadənin bəstələdiyi “Harmoniya” adlı yeni əsərin dünya premyerası ABŞ-ın Los-Anceles şəhərində yerləşən, dünyanın ən gözəl və əzəmətli musiqi mərkəzlərindən olan “Walt Disney Concert Hall”da keçirilib.

Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Baş Konsulluğun dəstəyi ilə keçirilən konsertdə əsər məşhur dirijor Eduard Şmiderin rəhbərliyi altında tanınmış “iPalpiti” Kamera Orkestri tərəfindən ifa olunub. F.Əlizadə də konsertə qatılaraq əsərin piano partiyasını ifa edib.

İyirmi iki ölkəni təmsil edən və bir sıra beynəlxalq müsabiqələrin qalibi olmuş gənc musiqiçilərdən ibarət “iPalpiti” Kamera Orkestrinin tərkibinə azərbaycanlı skripka ustası Azər Dəmirov da daxildir.

Konsertdə 2 mindən çox los-ancelesli klassik musiqisevər, o cümlədən tanınmış incəsənət xadimləri və musiqişünaslar, müxtəlif icmaların nümayəndələri və jurnalistlər iştirak ediblər. Konsert ərəfəsində ABŞ-ın bir sıra mətbu orqanlarında, o cümlədən “Los-Angeles Times” qəzetində F.Əlizadənin əsərinin premyerası haqqında məqalələr dərc olunub.

Tədbirdən öncə qonaqlara Azərbaycan və F.Əlizadə haqqında məlumatları özündə əks etdirən broşürlər paylanılıb. Broşürlərdə ölkəmizin zəngin mədəniyyəti və musiqi irsi, multikulturalizm və qədim tolerantlıq ənənələri haqqında ətraflı məlumat verilib. Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi demokratik respublika qurduğu və ilk dəfə qadınlara seçki hüququ verdiyi, müsəlman dünyasında ilk opera, operetta və baletin vətəninin də Azərbaycan olduğu qeyd olunub. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev isə təbrik mesajında F.Əlizadənin bəstəsi olan və ilk dəfə səsləndirilən “Harmoniya” əsəri haqqında məlumat verərək, əsərin Şərqlə Qərbin, müxtəlif mədəniyyətlər, dinlər və sivilizasiyaların qovuşduğu və mehriban birgə yaşadığı Azərbaycanı özündə əks etdirdiyini vurğulayıb.

Broşürlərdə, həmçinin bəstəkar F.Əlizadənin yaradıcılığı haqqında ətraflı məlumat verilərək, onun əsərlərinin dünyaca məşhur “Kronos Quarteti”, “Yo-Yo Ma”, “Berlin Philharmonic”, “Concertgebouw Orchestra”, Hilary Hahn və digər musiqiçilər tərəfindən ifa edildiyi qeyd olunub.

Tamaşaçıların zövqünü oxşayan əsər sürəkli alqışlarla qarşılanıb. Azərbaycan musiqisi bir daha los- ancelesli musiqisevərlərin qəlbini fəth edib.

Qeyd edək ki, Kaliforniyaya səfəri müddətində F.Əlizadə, həmçinin Beverli Hills şəhər meriyasının binasında iyulun 18-də gənc amerikalı bəstəkarlara master-klass verib.

# 4529 dəfə oxunub

Oxşar xəbərlər

Versal sarayında tarixi açılış: ABŞ-nin müstəqilliyinə həsr olunmuş yeni qalereya

Versal sarayında tarixi açılış: ABŞ-nin müstəqilliyinə həsr olunmuş yeni qalereya

15:30 24 iyun 2026
"Tailandın Maykl Ceksonu"   həbs edildi

"Tailandın Maykl Ceksonu" həbs edildi

14:30 24 iyun 2026
QS reytinqi: prestij, yoxsa pulla alınan şöhrət? - Qismət Rüstəmov

QS reytinqi: prestij, yoxsa pulla alınan şöhrət? - Qismət Rüstəmov

14:03 24 iyun 2026
Teatr Xadimləri İttifaqında tədbir: “Sənətə həsr olunmuş ömür"

Teatr Xadimləri İttifaqında tədbir: “Sənətə həsr olunmuş ömür"

12:00 24 iyun 2026
"Məsuliyyətini daşıya biləcəyin fikrin adamı ol"  - Ahmet Hamdi Tanpınardan sitatlar

"Məsuliyyətini daşıya biləcəyin fikrin adamı ol" - Ahmet Hamdi Tanpınardan sitatlar

18:17 23 iyun 2026
"Həyat cəhənnəmdir, amma ölüm daha betərdir..." - Amerikalı şairdən aforizmlər

"Həyat cəhənnəmdir, amma ölüm daha betərdir..." - Amerikalı şairdən aforizmlər

17:30 23 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər