writer1

Etimad Başkeçid

Məqalə sayı

51
clock13:45 calendar-gray 19 İyun 2019 view-gray1319 dəfə oxunub
view-gray1319 dəfə oxunub

Sədaqətli dost varmı?

"İnsanlara dostlarına görə qiymət verməyin, ona qalsa, İudanın dostlarından yox idi!"

E.Heminquey

Bizdə adamı yaxşı tərəfindən xarakterizə etmək istəyərkən, ona şamil olunan yaraşıqlı epitetlərin sonuna mütləq bir "sədaqətli dost" ifadəsi də qoşmağı unutmurlar. Xüsusən də, epitafiya janrında yazılmış boğazdan yuxarı sicilləmələrdə. Bəs, filankəs "çox sədaqətli dost idi" deyə.

Baxırsan, adamın dirisindən xəbəri olmayanın birisi, ölüsünün başının üstünü alıb, muzdla ağlayan arvadlarsayağı elə şivən qoparır ki, ölü yaddan çıxır, bunun əhvalına yanmağa başlayırsan.

Sözüm onda deyil, mən "sədaqətli dost" haqqında danışmaq istəyirəm.

Bu günlərdə oturduğum bir məclisdə məni dönə-dönə "vəfalı, sədaqətli dost" kimi tərifləyib, şənimə badə qaldıran bir sənətkarın üzünə qayıtmaq istədim. İstədim deyəm ki, bu dünyada ən sədaqətli, vəfalı varlıqlar itlərdir. O da hamısı yox! İnsandan vəfa ummaq özü də əbləhlikdir...

Sonra fikirləşdim ki, məclisin pafosu ilə heç uyuşmayan bu sözlər daş və qurbağa gölü effekti yaradacaq, bayaqdan mənim sağlığıma nitq irad eləyən həmkarımın sifəti qəfildən dəyişəcək və o, sözümün ardını gözləmədən:

- Sən oturub çörək kəsdiyin adamları təhqir eləyirsən? - deyə bozaracaq. Mən isə "çörək kəsmək"lə bağlı da nələrsə deyəcəyəm, məsələ bir az da qəlizləşəcək. Odu ki, səsimi içimə salıb, səbirlə məclisin bitməsini gözlədim və bu yazını yazmağı qərara aldım.

Ondan başlayım ki, qədimlərdə qulun comərdliyi onun sahibinə sədaqəti ilə ölçülürmüş. Sədaqət iyerarxiya münasibətləri sisteminin əhəmiyyətli ünsürlərindən biri sayılırmış. O zamanlarda taxta çıxan padşahlar and içməzmişlər, əksinə, təbəələr ona sədaqət andı içərmişlər. Bu, bir növ ictimai müqavilə imiş, bu andı pozmaq cinayət törətməyə bərabər tutulurmuş.

Bəlli məsələdir, insan eqosunun özəllikləri belədir ki, iki fərdin belə bir-birinə eyni dərəcədə sədaqətli olması mümkünsüzdür.

Bunu qədim insanlar bizdən yaxşı bilirdi.

Nəticədə, insanların bir-birinə sədaqət andı içməsi, uzaq səfərlərə çıxan cəngavərlərin öz sevgilisinə "sədaqət kəməri" taxması kimi məsələlər meydana çıxırdı. İşgəncə alətini xatırladan "sədaqət kəməri" haqqında ayrıca danışmaq lazımdır. Bu kəmər qadın bədəninin bütün aşağı hissəsini "blokirovka" edən iri dəmir konstruksiyadan ibarət olurdu. Cəngavərlik romanlarında bu barədə çox danışılıb, Avropa muzeylərində nümayiş etdirilən belə kəmərlərin çeşidi isə "göz oxşayır".

Bu sırada Oskar Uayldın "Dorian Qreyin portreti" əsərindəki sətirləri xatırlamaq lazım gəlir. Sənətkar yazır ki, "həyatında bircə dəfə sevənləri mən dayaz adamlar sayıram. Onların sədaqəti, vəfası yalnız vərdiş letargiyası, yaxud təxəyyülün kasadlığından irəli gəlir. Bu, sadəcə gücsüzlüyün sübutudur, mülkiyyətçi tamahkarlığıdır".

Uayldın "Sədaqətli dost" adlı bir hekayəsi də var - burada bir-birinə "dost" deyib, dördəlli yapışanların həyat hekayəti nəql olunur. Axırda məlumdur, biri o birisinin anasını ağlar qoyur.

"Sədaqətli dost" ifadəsinin özü də nitq ştampından başqa bir şey deyil, məncə. Bu, "şirin şərbət" kimi səslənir. "Dost" sözündə "sədaqət", "vəfa" kimi semantik, sıradan qavramlar ehtiva olunmur məgər?

Ötənlərdə sənətkarlar klassik dostluq anlamının (sədaqət bir yana qalsın), yalnız fiksiya olduğunu çox gözəl ifadə etmişlər:

Dost yolunda cəfa çəkdim, can üzdüm,

Yetişmədim bir məkana, ay Mədəd.

Ya da:

"Dost", "dost" deyə-deyə neçəsinə sarıldım,

Mənim sadiq yarım qara torpaqdır.

Yaxud da:

Gunçıxandan günbatana yürüdüm,

Bir dost bulammadım, gün axşam oldu.

Hər ürəyə, hər könülə boylandım,

Bir dost bulammadım, gün axşam oldu...

Sufi şairlərinin "dost" deyərkən, yalnız Allahı nəzərdə tutmaları təsadüfi deyil.

Ətrafınıza diqqət yetirin, görün, hansısa gerçəkləri pərdələmək və öz eqosunu təmin etmək üçün "sədaqət", "vəfa", "dost" kimi ibarələrdən çox ustalıqla nə qədər adam istifadə edir?

Bunun yalnız bir adı var: özündə olmayanlardan danışmaq!

Bir-birinə qarşı dürüst olmaq, hər addımda yalana, fəndgirliyə baş vurmamaq, aradabir vicdanının da səsini dinləmək kifayətdir ki, bu yalançı dostluqların girovuna çevrilməyəsən.../525.az/

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Facebookda tənha insanları necə tanımaq olar?
21:00 30 İyul 2021
Ssenaristlər üçün Yay Məktəbi təşkil olunur
19:00 30 İyul 2021
Şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb
18:05 30 İyul 2021
Ürək dil acır ki, sönməmiş odum - Səməd Vurğundan şeir çələngi
17:30 30 İyul 2021
Qısa hekayə: Yanğın
16:23 30 İyul 2021
Hüquqşünas teatra rəhbər gəldi
15:30 30 İyul 2021
Xalqı efirdən partizan hərəkatına çağıran Xalq artisti - O, İlhamə Quliyeva ilə eşq yaşamışdımı?
14:26 30 İyul 2021
Türkiyə evimizdir - evimiz yanır
13:51 30 İyul 2021
Rejissorumuz beynəlxalq festivalda jüri sədri oldu
13:06 30 İyul 2021
İçimizi yanır! – Türk sənətçilərin yanğın harayı
12:20 30 İyul 2021
Yazıçımız Beynəlxalq ədəbiyyat festivalında qalib gəldi
11:41 30 İyul 2021
Ssenarimiz Ukraynada ən yüksək balı topladı
11:05 30 İyul 2021
Özü torpağın altında, saatı cibimdə... - Orxan Cuvarlı yazır
10:09 30 İyul 2021
Tural Abbaslının hay-küyü, Aysel Əlizadənin kukla eksperimenti - “Elin sözü” düzdürmü?
09:01 30 İyul 2021
Ən gözəl sevgilərlə xərçəng belə sağalar - Bahar Zamanının şeirləri
21:00 29 İyul 2021
Kino Günü açıq havada qeyd olunacaq
18:06 29 İyul 2021
Müəllifi kim öldürüb? - Qismət yazır...
17:20 29 İyul 2021
Azərbaycan almanlarından bəhs edən kitab çıxdı
16:51 29 İyul 2021
Dünya şöhrətli musiqiçi vəfat etdi
16:07 29 İyul 2021
APA TV-yə yeni baş direktor təyin olundu
15:21 29 İyul 2021