Bakıda II Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilib

Bakıda II Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilib
12 iyun 2019
# 15:31

Muğam Mərkəzində Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin fəaliyyəti çərçivəsində Bakı Avropa Liseyinin təşəbbüsü və bir sıra Bakı şəhər orta məktəblərinin iştirakı ilə II Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilib.

Kulis.az xəbər verir ki, bu Festival 2014-cü ildən etibarən Bakı Avropa Liseyi tərəfindən yaradılan və ADA Universitetinin dəstəyi ilə həyata keçirilən “Sərhədsiz Diplomatiya” (“World Wide Diplomacy”) Beynəlxalq Uşaq Diplomatiyası layihəsi çərçivəsində ikinci ildir ki keçirilir.

Bu ilki festivalda dünyanın 17 ölkəsinin mədəniyyət və ənənələri, uşaqların özləri tərəfindən hazırlanmış və həmin ölkələrin maddi irsini əks etdirən artefaktların ekspozisiyası, rəsmləri, folklor nümunələri (kiçik pyeslər, xalq musiqi və rəqs nömrələri, xalq kostyumları) təqdim olunub. Festivalı qeyri-adi edən özünəməxsus xüsusiyyətlərindən biri müxtəlif ölkə xalqlarının dilində canlı olaraq səhnələşdirilmiş kiçik pyes nümunələrinin təqdim edilməsi idi.

Ölkəmizi təmsil edən festival iştirakçıları Bakının 4 məktəbinin (Bakı Avropa Liseyi, Bülbül adına musiqi orta məktəbi, Bakı Xoreoqrafiya məktəbi, AMK tərkibində İncəsənət Gimnaziyası) 200 nəfərdən çox əksər kiçikyaşlı 1-6-cı sinif şagirdləri olub.

Qeyd etmək lazımdır ki, “Sərhədsiz Diplomatiya” Layihənin əsas məqsədi yeni, açıq, humanist, pozitiv düşüncəli nəsil yetişdirməkdir. Layihə iştirakçıları xalqların çoxşaxəli etnik və mədəni ənənələri ilə tanış olmaqla yanaşı, eyni zamanda ümumbəşəri dəyərləri dərk edirlər. Layihənin 5 illik fəaliyyəti zamanı dünyanın 14 ölkəsindən uşaqlar WWD iştirakçısı olmuş, layihənin qarşısına qoyduğu məqsədlərə müvafiq olaraq müxtəlif tədbirlər keçirilib: 3 konfrans, ekoloji aksiya, Yaponiyaya səfər baş tutmuş, uşaqlar üçün xüsusi treninqlər həyata keçirilib. 2017-ci ildə bu layihənin bazası əsasında Beynəlxalq Uşaq Diplomatiya Mərkəzi təşkil edilmiş və bu işə Bakının müxtəlif məktəbləri cəlb edilib.

Multikultural bir cəmiyyətdə yaşamağımızı və multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olmasını nəzərə alsaq, bu layihənin əhəmiyyətini və davamlı ola biləcəyinə inamımızı vurğulamaq istərdik.

Festivalda Təhsil Nazirin müavini M.Vəliyeva, Xarici İşlər Nazirin müavini A.Əzimov, təmsil edilmiş ölkələrin səfirliklərindən nümayəndələr, Azərbaycanın tanınmış elm, təhsil, mədəniyyət xadimləri iştirak edib və festivalın işini yüksək qiymətləndirilib.

# 3884 dəfə oxunub

Oxşar xəbərlər

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

Atatürkün dəfnində Azərbaycan Xalq Cümhuriyyətinin iki naziri vardı – Onlar kim idi?

10:00 22 noyabr 2026
Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

Vyetnam Prezidenti: "Azərbaycan həm Avropanın, həm də Asiyanın mədəni irsini daşıyan inci hesab olunur"

15:26 21 noyabr 2026
Azərbaycan dünyanın ən böyük nağıl festivalında

Azərbaycan dünyanın ən böyük nağıl festivalında

15:10 21 noyabr 2026
"Ulduz"un  Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

"Ulduz"un Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirildi

12:41 21 noyabr 2026
"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

"Həqiqət zərrəsi tapılmayanda yalanı böyük tikələrlə udurlar..." - İsaak Başevis-Zinger

12:30 21 noyabr 2026
Emir Kusturitsa: "Putinlə söhbət  mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

Emir Kusturitsa: "Putinlə söhbət mənim üçün böyük yaradıcılıq ilhamı oldu"

11:57 21 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər