Ramiz Rövşən - duyğularımın şeir dilinə tərcüməsi

Ramiz Rövşən - duyğularımın şeir dilinə tərcüməsi
5 iyun 2019
# 15:00

Xəyalə Sevil

Esse

Hər Ramiz Rövşən imzalı şeir oxuyanda mənə elə gəlir ki, indicə ürəyim başıaşağı çevriləcək və ürəyimin bütün daşları töküləcək, bütün mənfi xüsusiyyətlərim canımı çıxarda-çıxarda canımdan çıxacaq. Anam məni bir də doğacaq, bir də böyüyəcəm, bir də insan olacam və çox güman ki, bu dəfə daha yaxşı insan olacam.

Şeirin nə olduğunu dərk elədiyim gündən tələsirəm onun şeirlərinə (Anamın yanına tələsdiyim kimi). Elə bilirəm yüz vərəqlik kitabı on dəqiqəyə oxuyub qurtaracam, amma hər misrada qayanıb qalıram. Elə bil, Ramiz Rövşən misralarına daşlar düzüb, vərəqi çevirsəm, ayağıma düşəcəklər. Düşünürəm, düşünürəm. İlahi,bu nə ağır misralardı. Götürməyə ağlım çatmır, hiss etməyə ürəyim.

Dərdləşirəm onun şeirləriylə. Dünyanın ən savadlı psixoloqudur onun şeirləri. Ancaq danışmaqla yox, oxumaqla rahatlaşır insan. Hər onu oxuyanda mütləq nəsə yazmaq istəyirəm. Fikirlərim bütün ürəyimi gəzir. Duyğularımı, hisslərimi, hətta neçə ildi ürəyimdə qırılan, sökülən, hər günü ürəyimin bir küncünə tökülən pər-pərişan xatirələrimi uşaq kimi qucağıma almaq istəyirəm. Nə gün gördü ki yazıqlar...

Yenə qayıdıram, bəzən ləngərləyə-ləngərləyə,bəzən tövşəyə-tövşəyə qayıdıram. Vəhşi bir hərisliklə sarılıram kitaba. Hamısını oxumaq istəyirəm. Elə bil,oxumasam, sözlər başımın üstündən uçacaq, küsüb gedəcəklər. Oxuyuram, oxuyuram. İlahi,bu nədir?! Elə bil, misraların əli var. Yumruqlarının içində saxlayıblar məni misralar. Əzilirəm, sıxılıram. Sanki yumruqlarını açsalar, düşüb şüşə kimi çiliklənəcəm və hər çiliyimdə ayrı-ayrı insanlara bölünəcəm. Bir nəfərin yox, milyon nəfərin ürəyi ilə yenidən vurulacam onun şeirlərinə.

Kitabı vərəqlədikcə özümlə rastlaşıram. Bəzən özümü sevirəm, bəzən nifrət edirəm. Məni öz təsirinə salır şeirlər.

Düşünmək istəyirəm, ancaq düşünmək.

Kitabı oxuyub qurtaranda isə mənə sadəcə belə demək qalır: Ramiz Rövşən duyğularımın şeir dilinə tərcüməsidir. /yarpaq.az/

Ramiz Rövşən duyğularımın şeir dilinə təcüməsidir (ESSE)

# 4354 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər