writer1

Aliyə

Məqalə sayı

959
clock13:53 calendar-gray 15 May 2019 view-gray646 dəfə oxunub
view-gray646 dəfə oxunub

Teatrımızı kim öldürür?

Kulis.az Aliyənin “Maraqsız yazı və ya qurultayqabağı qurultular” yazısını təqdim edir.

Ədəbiyyatmı, kinomu, rəssamlıqmı, teatrmı –ölkədə hansı sahə inkişafda daha irəlidədir, hansında sənət mühiti var, hansı sahənin insanları yaradıcılıq üçün daha azaddır?

Bəzən lokal bir müzakirədə, söhbətlərdə belə suallar səslənir. Bunun ardınca “Niyə” sualının ağır qoxusunu alırsan. Rəhmətlik Aydın Dadaşov bir tədbirdə böyük bir ustalıqla yerli kino barəsində “Niyə?” sualına cavab verə bilmişdi. Təxminən yadımdadır, “Şaquli idarəetmənin üfüqi idarəetməni üstələməsi” kimi unikal bir cavab idi.

Ən yaxşısı isə səbəb nəticə əlaqəli cümlələr qurmaqdır. Məsələn, inkişaf üçün mühit lazımdır, mühit üçünsə məşhur əhvalatda müdrikin İsgəndərə dediyi kimi “günün qarşısını kəsməsələr” bəsdir...

Bir də görürsən, kafedə darıxan yoldaşlar zəng vurub teatrdan xəbərdar adam kimi, yəni, teatrların repertuarından xəbərdar adam kimi, məndən baxmaq üçün tamaşa soruşurlar. “Keçəl dərman bilsə öz başına sürtər”, olsa-olsa 3, ya da 4 tamaşanın adını çəkərəm. Ona da baxmışlarsa daha heç. Niyə yönəldim, adam gedib tamaşada darıxa-darıxa məni pis-pis xatırlasın.

Hamı bilir, yuxarıda sadaladığım mədəniyyət sahələri içində ən ölüsü teatrdır (halbuki, teatrşünas alimlər teatrı ən canlı sənət kimi tərif edirlər); teatr sözünü başlığa çıxaranda yazı oxunmur. Teatr adamlarının müsahibələri az-az hallarda diri olur. Ha çalışsan da, bu sahədə bir fərli polemika ortaya çıxmır.

Amma məsələn, kinoda heç olmasa nəsə baş verir, kimsə nəsə istəyir, kimsə müsahibə verir, kimsə danışır, kimsə etiraz edir. Teatrdasa… Eləcə bunu deyim, bu qədər zaman ərzində Mədəniyyət Nazirliyinin teatr şöbəsindən allahın açıqlamasını düz-əməlli ala bilməmişəm. Tək mən deyil, mətbuatdan heç kim teatra məsul nazirlik məmurlarından yarımçıq müsahibə də ala bilməyib. Halbuki, kino şöbəsindən dəfələrlə müsahibələr, açıqlamalar almışıq. Eyni nazirliyin nəzarət etdiyi bu sahələrdə vəziyyət niyə fərqlidir?

Çox güman ki, bu, teatr adamını asılı salan strukturla bağlıdır. Maaş qulu olan teatr cameəsinin danışmağa, soruşmağa gücü yoxdur. O anda teatrların təmiri, maaş, adlar və s. xatırlanır, kitab-dəftər açılır, teatr direktorlarısa lazım gələrsə plan məsələlərinə görə danlanır. Dili qısa teatr adamları “büdcə nə qədərdir? hara xərclənəcək? niyə bunlar sifariş olunur, bunlar yox?” kimi sual qoya bilmir. Və getdikcə bütün bunlar şöbənin “öz işi”nə çevrilir.

Adamlarsa gözləyir. Ad verilməsini, tamaşa verilməsini, heç olmasa maaş verilməsini. Deyəcəksiniz ki, kinoda da gözləyirlər. Hətta gözləyə-gözləyə ölürlər. Film gözləyə-gözləyə ölən nə qədər rejissor sadalayaram.

Haqlısız. Kinoda da gözləyirlər. Bu mövzuda “hər şeyi dövlətdən gözləmək lazım deyil” kimi hikmətli xoşməmurlu (xoşməramlı idi yoxsa?) nəsihətlər də vardır. Çox gözəl deyilibdir. Lakin alternativlər üçün imkanı da başqa dövlətdən gedib borc almırlar axı.

2009-2019-ci il illəri əhatə edən 10 illik Azərbaycan teatrının inkişaf proqramında teatrın inkişafı və mühiti üçün, alternativlər üçün hər şey nəzərə alınıb. 10 illik proqram teatrın idarəetməsində islahatları, teatrların təmir-bərpasını, kadrların hazırlanmasını, teatr konfranslarının keçirilməsini, beynəlxalq teatr mühitinə inteqrasiyanı nəzərdə tuturdu. Bütün bunlar milli teatrın inkişafı, teatrda keyfiyyət dəyişikliyi üçün idi.

Proqram başa çatdı. Hər şey ortadadır. Belə yerdə məmurlar hesabat tonunda çıxış edib təmirdən, islahatlardan-filandan danışırlar. Qəribədir ki, bu çıxışlar da vəziyyəti dəyişmir. Yəni, bu çıxışlardan sonra da getməyə teatr, baxmağa tamaşa, söhbət etməyə teatr adamı tapa bilmirsən. Ümumiyyətlə, bu mövzular kiməsə maraqlı deyil.

Teatr sahəsində üzərinə öhdəliklər alan başqa bir qurum Azərbaycan Teatr Xadimləri İttifaqıdır. Bu il Azərbaycan Teatr Xadimləri İttifaqının növbəti qurultayı keçiriləcək. Lakin bu, kiməsə maraqlıdırmı? Qurum özü bərai-ehtiyat, hesabat nitqinə salmaq üçün qurultaydan qabaq festival da etdi. Və əsl adı “qurultayqabağı qurultular” olan bu festivalla TXİ olan-qalan gözləntiləri müdrikcəsinə aradan qaldırdı. Heç nə gözləmədiyin qurumun qurultayını niyə gözləyəsən ki?

Bu il teatrın inkişafına dair 10 illik dövlətproqramı başa çatır. Yeni proqram hazırlanmalıdır. Kino adamları yeni proqram üçün təkliflər verir, müzakirələr keçirirlər. Hətta bir-birinin təklifini “sərsəm” adlandırırlar. Amma teatrda belə şeylər yoxdur. Teatrallar yəqin ki, hazır proqramı gözləyirlər. Bunu kim, harada, necə, kiminlə hazırlayacaq, kimlər müzakirə edəcək, bunlar kimisə maraqlandırmır. Və bütün bunların nəticəsidir ki, maaşı baxış sayından çıxan mən instaqramda 49 min izləyicisi olan aktrisa ilə toy söhbətini qoyub, belə MARAQSIZ yazı yazıram. Nə deməli? Allah baisin (Dionisin) evini yıxsın!

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Akif Əlinin “Yaradan” adlı yeni kitabı çıxıb
16:33 25 May 2019
Cavan Zeynallı: "Yıxılacam bu dəqiqə..."
15:48 25 May 2019
Cavan Zeynallı və İlqar Muradova Xalq artisti adı verilib
15:16 25 May 2019
Musa Yaqubun oğlu: “Atam xəbəri eşidib kövrəldi”
14:43 25 May 2019
Kamal Abdulla və Afaq Məsuda Xalq yazıçısı adı verilib
14:23 25 May 2019
Bir qrup mədəniyyət xadimi “Tərəqqi” medalı ilə təltif edilib – Siyahı
14:10 25 May 2019
Ramiz Rövşən, Musa Yaqub Xalq Şairi oldu – Fəxri Adlar - Siyahı
13:55 25 May 2019
Yer kürəsi itirəcək materiklərini... – Borxesdən Şeirlər
13:22 25 May 2019
Vaqif Səmədoğluya sərgi və konsert həsr edilib
12:41 25 May 2019
Məşhur Nobel mükafatçısı öldü
11:57 25 May 2019
Rəssamlarımızın əsərləri Luvr muzeyində
10:45 25 May 2019
Şərif Ağayarla universitetdə görüş olub
09:56 25 May 2019
Arvadını tərk edib homoseksualla evləndi...
09:00 25 May 2019
Nana sevirdi - Nərmin Kamaldan hekayə
21:00 24 May 2019
Dünyada bizə çatan teatr yoxdur – ƏSA Teatrının rəhbəri
18:22 24 May 2019
Teatr işçi axtarır – Müsabiqə var
18:12 24 May 2019
Psixoloqdan Şəhriyarın nikah statusuna cavab: “Anlamaq istəmir ki...”
17:32 24 May 2019
Pol Qogenin rəsm əsəri tapılıb
17:01 24 May 2019
Azərbaycan Həştərxandakı Ədəbiyyat festivalına qatılıb
16:34 24 May 2019
Düz olmaq istəyirsənsə, əyriliyə icazə ver - Dünyanın ən gözəl kitabından seçmələr
15:46 24 May 2019