writer1

Ayxan Ayvaz

Məqalə sayı

529
clock12:01 calendar-gray 11 May 2019 view-gray1624 dəfə oxunub
view-gray1624 dəfə oxunub

Yazıçıları döyülməkdən xilas edən ofisiant

Ayxan Ayvaz

Dünən kafedə oturmuşduq. Rəvan Cavid, Orxan Həsəni, Oğuz və mən. Biz çay içirdik, o biri masadakılar araq süfrəsinin başına yığışmışdılar. Dünya ədəbiyyatını yarılamışdıq ki, araq içənlərdən biri bizə baxıb dedi:

- Qaqa, bunlar azərbaycanlıya oxşamır e.

- Heç e, heç. - o biri sözünü təsdiqlədi. - İranlıdırlar...

- Fars, fars.

Biz çayın bitdiyini görüb bir-birimizə baxdıq: durmaq vaxtı idi.

- Bir dəqiqə, qaqa. - yaman yerdə axşamladıq.

- Buyurun... - dedim.

- Siz azərbaycanlısınız?

- Bəli.

- Ola bilməz. Vallah, belə üz quruluşunda azərbaycanlı olmaz.

- Biz İrandan köçməyik. Cənubi Azərbaycandan. Atam danışırdı. Köçməyik. Tərəkəmə tayfası.

İçənlər ciddi-ciddi qulaq asırdılar. Yırğalana-yırğalana. Aralarından biri dik atıldı:

- Gördünüz, ala? Deyirdim də...

- Qaqa, xətrinizə dəyməsin ha... Aşağılamaq istəmirik. Sadəcə baxdım ki, azərbaycanlıya oxşamırsınız.

O biri Orxan Həsəniyə baxdı:

- Bu vapşe oxşamır.

- Qaqa, o pakistanlıdır. - rumkası əlində olan oğlan əminliklə dedi.

Biz durmağa hazırlaşanda kepkalı biri xahiş etdi:

- Nolar ikiniz durun ayağa gəlin bura.

Mən, bir də Orxan Həsəni ürəkli çıxdıq. Gəldik onların masasına. Araq içənlərin də ikisi ayağa durdu. Əsgər kimi sıraya düzüldük. Və kepkalı komandir diqqəti ilə bu sıraya nəzər saldı.

- Bax da, - yanındakına dedi, o da deyəsən, çox vurmuşdu, gözlərini ovxalayıb baxdı. - Oxşayırlar heç? Bizimkilərə bax, onlara bax.

Gözlərini ovxalayan ayağa durdu.

- Hamımız azərbaycanlıyıq. Eşq olsun, cənubdakı qardaşlarımıza.

- İranda nə var-nə yox?

Arada qardaşım Oğuz "yox, biz buralıyıq" deyib oyun qaydalarını pozmağa çalışsa da, mən içənlərin sözlərini təsdiqləməklə məşğul idim. Hətta arada dedim ki, İranda dolanışıq yaxşı deyil, bura gəlmişik. Özü də ləhçəmi cənubdakı soydaşlarımızın ləhçəsinə oxşadırdım.

Bu yerdə biri ayağa durdu, gəlib bizi qucaqladı.

- Bircə o oğlan azərbaycanlıya oxşayır. - kepkalı dedi. Rəvan Cavidi nəzərdə tuturdu.

Bizi qucaqlayan oğlan:

- Kef eləyin. Siz də bizim qərdeşimiz.

- Həmişə yeyib-içməkdə qardaş. Borcumuzu verək, biz gedək. - sərxoşlarla danışmaq çətindi deyə aradan çıxmaq istəyirdim.

- Borcunuz 3 manat. - sərxoş dedi.

- Siz hardan bilirsiniz?

- Ofisiantam da mən.

- Məzələnməyin. Ofisianta oxşamırsınız.

- Qaqa, vallah ofisiantam. Prosto günüm vurmaqla keçir. - boğazına çırtmayla vurdu.

- Necə yəni?

- Əsgərlikdə olmusan?

- Bəli.

- Hə... Elə bil mən ön cəbhədəydim, indi gətiriblər arxa cəbhəyə... - sözünə düzəliş elədi - Yox e, "sançast"a.

- Nolub ki sənə?

- Ayağım əməliyyat olunub. - əməliyyat olunan ayağını sığallayıb bizə göstərdi.

- Keçmiş olsun!

- İndi ancaq vururam da qaqa, burda iş o qədər çox deyil. "Əriştə"ni tanıyırsınız?

- Hə... Tələbə vaxtı orda yemək yeyirdim.

- Bax mən orda işləmişəm.

Və birdən səndələyə-səndələyə dedi:

- Sizi bildim. Yazıçısınız hamınız.

- Hardan bildin?

- Ala... - güldü... - Saqqalınızdan.

Biz də buna güldük.

Qulağıma əyildi:

- Seymuru tanıyırsan? Keçəli...

- Seymur Baycanı?

- Hə... Seymur belə oğlandı. - əla işarəsi göstərdi. - Ona salam deyərsən. İndi Tiflisdədi hə?

- Hə... - hamımız təəccüb içindəyik.

- Deyərsən, "Əriştə"dəki Aska sənə salam deyir.

Təkrar qulağıma əyildi, spirtin qoxusu qulağımı yaladı:

- Yox e... Deyərsən, Sovetskidə... Məhlə uşağı. O Qafqaz Universitetində oxuyurdu. Onu döyürdülər. Mən də xilas eləyirdim.

- Niyə döyürdülər?

- Qəribə uşaq idi Seymur. Nəysə... Kitabları var e məndə. Qəşəng yazır...

Ürəyimdə dedim: "Bütün yazıçıları beləcə qoruyasan"

Hiss etdim ki, ofisiant aşa bilər. Onu masasında əyləşdirib sağollaşdıq. Çölə çıxdıq. Gözəl hava vardı. Orxan Həsəni təəccüblə mənə baxdı: "Ay da bu nə idi, qaqa?"

Və mən nədənsə Seymuru yanımızda hiss etdim. Onun ürkək baxışlarını xatırladım.

Biz adını "Borxes" qoyduğumuz kafedən uzaqlaşdıq.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Sözümüzün Cahangiri - Müşfiq Şükürlü yazır
11:30 22 İyun 2021
Van Dammla qohumluq şousunun gizlinləri – Sərdar Amin yazır...
11:01 22 İyun 2021
Bir şairi öldürdülər – Günün Şeiri
11:00 22 İyun 2021
Anarın hekayəsi Monteneqronun populyar saytlarında
10:30 22 İyun 2021
Tanınmış şair vəfat etdi
09:56 22 İyun 2021
Azərbaycanlı yazıçıdan lezbiyan haqda hekayə: Mən səni həmişə sevəcəm
09:01 22 İyun 2021
Jan Pol Sartrın dahiyanə hekayəsi – Mətn
21:00 21 İyun 2021
Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konqres keçiriləcək
18:56 21 İyun 2021
Mədəniyyə nazirliyi yeni müsabiqə elan etdi
18:22 21 İyun 2021
Məşhur aktyor dünyasını dəyişdi
17:43 21 İyun 2021
Kitab yandıran qonşu qadın – 13 yaşlı Selcanın hekayəsi
17:11 21 İyun 2021
Nizami Gəncəvi yaradıcılığı Ukrayna radiosunda
15:39 21 İyun 2021
Şair, yazıçı, müğənni, bəstəkar…
14:49 21 İyun 2021
Fulya Öztürk: “Film təklifinə çox təəccübləndim” – Video
14:01 21 İyun 2021
Qarbaçovu üzünə söydü, özündən xeyli cavan xanımla evləndi, qızı ona görə intihar etmək istədi – Dövlət katibimizin faciəvi sonu
14:01 21 İyun 2021
“Dünyanın sülh kitabı”nda azərbaycanlı yazıçı da yer aldı
13:35 21 İyun 2021
Dədə Süleyman: "Ayıb olmasın deyə, atam adımı dəyişdi" - Müsahibə
12:52 21 İyun 2021
El Romanın imza günü keçiriləcək
12:49 21 İyun 2021
Fulyadan film çəkən rejissor: “Mənim belə bir öhdəliyim yoxdur” – Müsahibə
12:11 21 İyun 2021
Vahidin bu şeirinin bir misrasını başqa şair yazdı – İlginc fakt
11:30 21 İyun 2021