news-inner
clock12:05 calendar-gray 29 Aprel 2019 view-gray1073 dəfə oxunub
view-gray1073 dəfə oxunub

Kədərli hekayələr danışdılar, amma zaldakılar güldü - Reportaj

Ötən həftə gənc yazarlar Nizami Kino Mərkəzində "Hekayəm var" adlı maraqlı bir tədbir keçiriblər. Tədbirdə çıxış edənlər başlarına gələn kədərli hadisələri komik dillə anladıblar. Kulis.az yazar Çinarə Ömrayın həmin tədbirlə bağlı yazısını təqdim edir.

Həyatımız hekayələrimiz üzərində qurulub. Hər kəsin irili-xırdalı, mənalı-mənasız hekayəsi mütləq ki, var.


İnsan həyatının elə bir məqamına gəlib çatır ki, artıq yaşanmışlara, zamanla onu incidən hekayələrinə ironiyayla yanaşa bilir. Zamanında danışarkən kövrəlirdinsə, əsəb keçirirdinsə, artıq həmin hekayələrini gülərək danışa bilirsən.


...Bu dəfə də eynisi olacaq. Həyatın dibini görmüş adamlar öz ağrıları ilə, travmaları ilə güldürməyə gələcək. Həm də "Hekayəm var" adı altında.


Öncədən Elvindən (Elvin Paşadan) soruşdum niyə məhz bu ad? Dedi, gülən olmasa deyəcəyik ki, bizim həyatımızdakı bütün hekayələr kədərlidir.


Spikerlərin maraqlı, yumor duyumu güclü olan insanların olması məni daha da arxayınlaşdırmışdı ki, alınacaq.


...Və nəhayətində sağ əlinin dörd barmağını qatlayıb, şəhadət barmağı ilə sağ qaşını yuxarı qaldırıb kədərli şair pozasından çıxıldığı, çərçivələrin qırıldığı həmən gün gəlib çatdı.


Budur bilet satdığımız tanış simalar Nizami Kino Mərkəzində toplaşmaqdadır. Bir neçə dəqiqəyə zal doldu. 260 bilet... Bir dayı zalın sağ küncündə telefonun hesablayıcısını açıb nəsə yaza-yaza birdən məni çağırdı:


- A gədə, bəri gəl.

Yaxınlaşdım, tərs-tərs əynimdəki dona baxdı sonra üzümə:


- Bu nə başdı?

Özümü itirdim, başladım saçımın niyə olmadığının hekayəsini danışmağa. Dayı sözümü ağzımda qoyub:


- Neçə bilet satıblar bu gədələr?


- 260


- Neçədən?


- 10 və 7 manatdan.

Telefonun hesablayıcısında hesabladı, sonra düşüncəli halda:


- Babat pul tutublar haa...

Fikirləşdim ki, kimdisə yəqin borc yiyəsidi. Gəlib konsertdən sonra haqq-hesab eləməyə.


Dayını orda qoyub kulisə, dostların yanına gəldim. Hamı çox həyəcanlı idi. Məsələn, Elvin öz hekayəsini həyəcandan 5 dəfə mənə, 7 dəfə Pərviz Arifə danışmışdı. Hətta səhnədə Elvin Mirzəzadə Pərvizi dəvət edəndə Pərviz ona görə gecikdi ki, Elvin ona 8-ci dəfə hekayəsini danışırdı və babasının iki məftilin arasındakı boş yeri söydüyü məqamda axır ki, Pərviz Elvinin sözünü ağzında qoyub səhnəyə çıxası oldu.


Rəşad Nağı Mustafa həyəcandan "meyxana" musiqisinə Maicel Cheksonun rəqsini oynayırdı. Kərim Abi həyəcandan daha da arıqlamışdı. Köynəyindəki Kamranın şəkli daha çox canlı idi, nəinki Kərim. Fuad həyəcandan hamıya dərs keçir, qışqırır, arada 2-ci, 3-cü sıralardakı 5 ədəd boş stolun biletini kimin satdığını araşdırır, "mən demişdim bu bir işə yaramıyacaq, buna arxa sıra biletlərin verin satsın, demişdim sizə!" deyirdi. Kamran həyəcandan dönər yeyir, sonra bir az da həyəcanlanıb Raufun dönərinə şərik olur. Raufa gəldikdə isə o qədər düz adamdır ki, onun nə həyəcanını, nə sevincini ayırd etmək olmur. Adam bütün hissləri eyni xətt müstəvisində apara bilir. Amma, arabir dodağının yarısını sağ gözünə tərəf qaldıraraq gülümsəməsi ilə həyəcanını bildirirdi. Cavidan isə həzin melaxonik həyəcan hissləri altında dırnaqlarını yeyirdi.

Artıq saatlar 19:00-u görstərirdi... və konserti Elvin Mirzəzadə ifası ilə açıq elan etdi.

Təşkilatçı, ssenarist olaraq ilk Pərviz danışdı. Pərviz meyxanaçıdan yaxşı şair çıxa biləcəyini aylar öncə sübut etmişdi, bu gün də o meyxanaçıdan sənət adamı, ciddi səhnə adamı, ciddi iş sahibi ola biləcəyini ortaya qoyduğu işi, səyi, əziyyəti bahasına sübut etdi və sözü aparıcı, şair Rəşad Nağı Mustafaya verdi.

Rəşad zalı ələ almaq üzrə peşəkar idman ustasıdır. Hətta mikrofon belə onun əlində gülümsəyə bilir.

İlk hekayəçi lahiyənin həm rəhbəri, həm stul daşıyanı, həm sülhməramlı səfiri, həm də ən həyəcanlısı Elvin Paşa idi. Elvin Gürcüstanı, Mayamini bölgələrə bölməyi sevməsə də tamaşaçılar çoxdan bölünmüşdülər. Bunu gülüş ritmindən tutmaq olurdu. Bir də Elvinin səhnəyə çıxmasına ən çox mənlə Pərviz sevinmişdik ki, hekayəsini bitirib gəlsin bizə 12-13-14-cü dəfə danışmasın.


Amma Elvin səhnədə öz zamanını doldurandan sonra kulisə keçdi və birbaşa Pərvizə tərəf yaxınlaşıb dedi:


- Sən allah bidənə danışım qulaq as görüm nətər danışdım.

İkinci hekayəçi Kamran Kubinka idi. Kamran barmaqlarına ilişə-ilişə səhnəni də, tamaşaçıları da əlinə aldı. Onun verdiyi sosial mesaj da tam gündəmlə ayaqlaşırdı. Qüsurlardan elə gözəl, sevgiylə fərqlilik yaradaraq danışırdı ki, bir də baxdım orta sırada oturan bir xala barmaqlarını sayır, sonra o biri əli ilə barmaqlarının uzunluğun ölçür, təzdən qayıdıb bozqurd işarəsi tutur. Xalanın əlləri ilə başqa nə etdiyinə başımı qatmadan fikrimi Kamrana yönəltdim. Ən çox alqış alanlardan biri Kamran idi.

Sonra hekayəçilər bir-bir səhnədə yerlərini almağa başladılar.


Rauf Məmmədzadə eyni soyuqluqla səhnəyə çıxdı. Onun hamını güldürən soyuqluğu özünü necə üşütdüyünün heç kim fərqində deyildi. Hamı Raufun necə gözəl aktyor olmasından danışırdı. Rauf isə necə gözəl sərnişin olmağını anladırdı. Həyatın ona verdiyi super oyun təkliflərini hər zaman rədd edən, həmişə qazandıqları ilə qane olan Rauf, hekayəsi ilə 259 nəfərə gülüş bəxş etdi. Yerdə qalan bir nəfər bayaqkı xala idi, o hələ də barmaqlarını sayırdı.

Kərim Abi səhnədə görünəndə artıq o xala barmaqlarını kənara qoyub gülürdü. Elə ki, Kərim gödəkçəsinin düyməsini açıb köynəyindəki Kamranın şəklini göstərdi xala yenidən barmaqlarına geri döndü. Mən inanırdım ki, bu ciddi-cəhdlə xala mütləq konsertin sonunda özündə bir fərqlilik tapacaq, tapmasa belə yaradacaq. Kərim ənənəvi ana pozalarından danışdıqca ana olmağa layiqli namizədlər daha möhkəm gülürdülər.

Cavidan səhnəni Kamranda ilişib qalan xala qarışıq əlinə aldı. Bir də baxdım,bayaqkı xala üç əlli əl çalır Cavidana. Yanımda dayanan bir dostum dedi ki, bu, qəşəng danışan oğlan necə oxudusa bu mahnıları lap sevdim.

Tarixçi, ssenarist Fuad Azərişıqla ailəsinin necə mehriban yola getdiyindən danışır, anasının işıqdan heç vaxt istifadə etməməsi ilə dövlət büdcəsinə nə qədər ziyan vurduğunu izah edirdi. Fuad danışdıqca Azərişığın rəsmi nümayəndəsi olaraq mən daha da qəzəblənir, maaşlarımıza niyə artım olmadığının səbəbini daha aydın anlayırdım və bundan dolayı nə qədər edirdim gülə bilmirdim. Bir tək bayaqkı xala alqışlayırıdı. Çünki o, üç əlli alqışlamağı yeni öyrənmişdi.

Rəşad tamaşaçılara o qədər qaynayıb qarışmışdı ki, o öz hekayəsini danışmağa çıxanda hamı dinləmədən gülürdü.

Sonda səhnədə bütün gülüşlərdə, alqışlarda haqqı, əziyyəti, zəhməti olan Elşən Mehdi göründü. Baş ssenarist Elşən Mehdi. O hekayə danışmadı, çünki onun işi hekayə yazmaq idi. Və mən o günə qədər Elşəni tam başqa tanıyırdım. Hamının hekayəsində imza payı olan, hamının oturduğu stullarda zəhməti olan, hərəyə bir ağız qışqıran, hamını bir arada saxlamağa çalışan, o "arıq" canı ilə hamıya qaçan Elşənin ən böyük uğuru hər zaman "zapaz"da bir hekayəsinin olmasıdır.

Artıq konsert bitmişdi, hamı hekayəçilərlə şəkil çəkdirirdi. Birdən orta sıradakıxala mənə yaxınlaşıb Kamranı soruşdu. Səhnədədir, şəkil çəkdirir,vacib lazımdısa çağırım - dedim.


Əli ilə bozqurd işarəsi tutub dedi:


- Bunu görsədib deyəcəm ki, ziyarətə gedən tayıdı, qayıdıb. Hahahahahaha...

news-inner-user
Çinarə Ömray

4 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Tanınmış şairə ağır itki
02:22 21 Noyabr 2019
20 noyabr gündəliyim – Şərif Ağayar yazır…
21:01 20 Noyabr 2019
“Bakı Foto” müsabiqəsinin qalibləri mükafatlandırılacaq
18:45 20 Noyabr 2019
Çarli Çaplinin yubileyi Azərbaycanda belə qeyd olunacaq
18:10 20 Noyabr 2019
Yazarlarımızın məşhur uşaqları - Fotolar
17:30 20 Noyabr 2019
Çərçivələr - Şeir
16:50 20 Noyabr 2019
Xalq yazıçısının kitabları təqdim olunacaq
16:10 20 Noyabr 2019
İncəsənət Bieannalesinin ekspozisiyaları açıldı - FOTOLAR
15:30 20 Noyabr 2019
Uşaqlarını həyat yoldaşından zorla alan aktyor - Maraqlı Faktlar
14:51 20 Noyabr 2019
Nəsiminin qəzəllər toplusu Ukraynada
14:10 20 Noyabr 2019
Pantomima teatrı dekabrda - Afişa
13:30 20 Noyabr 2019
Dostoyevskinin hekayəsi: Timsah – Dilimizdə ilk dəfə
12:25 20 Noyabr 2019
Rəsm əsərinin nüsxəsi 600 min dollara satıldı
12:07 20 Noyabr 2019
Rejissorumuz Moskvada “İlin adamı” seçildi
11:51 20 Noyabr 2019
Adam da bu qədər qız sevərmi? - Ayxan Ayvazın əsgər dostuna məktubu
11:20 20 Noyabr 2019
Gənc şair Aqşin Yeniseyə şeir yazdı
10:38 20 Noyabr 2019
Şəhriyardan Fərqanə Qasımova və Sevda Ələkbərzadəyə sərt sözlər: “Yazıqsınız”
09:56 20 Noyabr 2019
“YARAT”da 18+ tamaşa
09:36 20 Noyabr 2019
Mirzə Cəlilə heykəl yox, büt qoymaq istəyirlər - Yazıçılardan qalmaqallı açıqlama
09:00 20 Noyabr 2019
Bəlkə səndən əvvəl öldüm: Zərdüşt Şəfi ilə son görüş
21:01 19 Noyabr 2019