Şairlər sərhədədirlər YENİLƏNİR

Şairlər sərhədədirlər YENİLƏNİR
4 sentyabr 2012
# 20:35

18.30

Biləsuvarda olan əməkdaşımızın verdiyi xəbərə görə Şəhriyar Hacızadə və Fərid Hüseyn artıq sərhədədirlər. Gömrükdə müvafiq prosedurlardan sonra ölkəyə daxil olacaqlar.

16.30

Əməkdaşımız bildirir ki, hazırda Şəhriyar Hacızadənin atası və yaxınları Biləsuvar gömrük məntəqəsindədirlər.

Şairin atası Hacı Mail Kulis.az-a açıqlamasında çox sevindiyini bildirib: “Şəhriyargilin məsələsini diqqətdə saxlayan hər kəsə təşəkkürümü bildirirəm. Prezidentə, Yazıçılar Birliyinə, jurnalistlərə çox sağ ol deyirəm. Hamı bilsin ki, bu uşaqların heç bir günahı yox idi. İranın tərəfinin çıxardığı qərar da bunu sübut edir”.

***

15.30

Bir neçə saatdan sonra İranda saxlanılan şairlərimiz Fərid Hüseyn və Şəhriyar Hacızadənin qonşu ölkədən Azərbaycan ərazisinə keçəcəyi gözlənilir.

Kulis.az şairləri qarşılamaq üçün əməkdaşı Fərid Mirzəyevi Biləsuvar gömrük məntəqəsinə göndərib. Əməkdaşımız hazırda gömrükdədir. O, bildirib ki, şairlərin valideynləri də ora gedirlər.

***

İranda həbs olunmuş şairlər Şəhriyar Hacızadə və Fərid Hüseyn bu gün Bakıya qayıdacaqlar. Bu haqda Ş.Hacızadənin atası Hacı Mail Kulis.az-a məlumat verib.

“Mən səhər Şəhriyarla danışdım. Hazırda konsulluqda olduqların dedi. Saat 11:00-da konsullun müavini Nəriman müəllim öz maşını ilə onları İran Biləsuvarına kimi gətirəcək”.

***

“Azərbaycan vətəndaşları Fərid Hüseyn və Şəhriyar Hacızadə iki ölkə arasında dostyana əlaqələrə görə azadlığa buraxılıb”.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst deyib.

Onun sözlərinə görə, artıq hər iki şəxs Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna təhvil verilib. R. Mehmanpərəst deyib ki, F. Hüseyn və Ş. Hacızadə bir neçə ay əvvəl İrana gələrək qanunsuz əlaqələr qurduqlarına görə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunublar.

***

İranda həbs olunmuş Azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə sentyabrın 4-də azad olunublar.

Şəhriyar Hacızadənin atası Hacı Mail AzadlıqRadiosuna faktı təsdiqləyib:

«Şəhriyar özü mənə zəng vurdu. İran tərəfi uşaqları bizim konsulluğa təhvil verib. Ya sabah, ya da 4-cü gün Bakıya gələcəklər».

Poeziya festivalında iştirak etmək üçün aprelin 29-da İrana getmiş Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də, Bakıya qayıtmalı olduqları gün həbs olunmuşdular. Şairlərin konkret hansı maddələrlə ittiham olunmaları barədə məlumat verilmirdi.

# 5225 dəfə oxunub

Oxşar xəbərlər

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

12:40 3 sentyabr 2026
"Ana kitabımızın hafizi və yorulmaz təfsirçisi..." -  Əcəba, əbədiyyət yaddaşsızlıq deməkdirmi?...

"Ana kitabımızın hafizi və yorulmaz təfsirçisi..." - Əcəba, əbədiyyət yaddaşsızlıq deməkdirmi?...

12:00 3 sentyabr 2026
"Qara kabus"un kölgəsində insan taleləri - Hansı məqamda yanlış seçim edilir?

"Qara kabus"un kölgəsində insan taleləri - Hansı məqamda yanlış seçim edilir?

10:30 29 avqust 2026
Həm yaşlı nəslin, həm də gənclərin sevimlisi Nəriman Həsənzadə...  - Qəzənfər Paşayev

Həm yaşlı nəslin, həm də gənclərin sevimlisi Nəriman Həsənzadə... - Qəzənfər Paşayev

17:00 28 avqust 2026
"Niyə mən sizi hələ Bakıdaykən tanımamışam?" - Əzizə Cəfərzadə ilə Ramiz Abutalıbovun yazışmaları

"Niyə mən sizi hələ Bakıdaykən tanımamışam?" - Əzizə Cəfərzadə ilə Ramiz Abutalıbovun yazışmaları

10:00 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər