writer1

Səhər Əhməd

Məqalə sayı

162
clock12:43 calendar-gray 11 Aprel 2019 view-gray2066 dəfə oxunub
view-gray2066 dəfə oxunub

Elinanı ölümə yola salan “əxlaq polisləri”

Uçurumun başındayım, Hızır,

Ha itdi məni, ha itəcək...

Harda intihar varsa, orda mütləq günahkar(lar) var. Hətta dolayısıyla olsa belə. Bəzən adi laqeydlik intihar edənin qatili olur. Bu, an məsələsidir, uçurumun başında - pəncərənin önündə olan adamlara əl uzatmaq da mümkündür, itələmək də.

Elinanın faciəsinin konkret günahkarı bir nəfər deyil, onun qatili bizim cəmiyyətdi; öz kreslosunu güdən direktor, milli mentalitetlə düşünən psixoloq, dar düşüncəli müəllim, özü kimi omayanı "dışlamaq" tərbiyəsi almış məktəblilər. Və bu boyda əks cəbhə ilə döyüşmək hər hansı bir qatilə müqavimət göstərməkdən çox-çox çətindir. Bu yük balaca Elinanın zərif çiyinləri üçün deyil.

Bu qatil yığını özünü pəncərədən atandan sonra da Elinadan əl çəkməyib, onu ölümə qədər müşayiət edib.

Neçə il əvvəl intihar etmiş cinsi azlıq nümayəndəsi olan oğlanın sözlərini xatırlayıram: "Bu dünya mənim rənglərimi daşıyacaq gücdə deyil"

Başqa bir məktəbli qızın - özünü on altıncı mərtəbədən atan Sunayın sonralar sosial şəbəkələrdə yayılmış sözləri daha tükürpədici idi: "Ey insanlar, insanlarla insan kimi davranın"

Bu, biz böyüklər üçün çox dahiyanə mesaj idi, Elinalar ölməsin deyə çağırış idi. Amma...

Və nəhayət, Elinanın mesajı: "Siz məni sevmədiniz". Elina onu sevməyənlərin acığına yaşamaq gücündə olmadı, onu sevməyənləri öz ölümüylə cəzalandırmaq istədi.

Bu tip intihar hekayələrində personajlar fərqli ola bilər, amma qatil rolunda yenə də bizim cəmiyyətdir, həmin personajların yayılıb çoxalması üçün münbit şərait olan toplum. Elinalara qarşı birləşib onu əl birliyiylə ölümə yola salan "əxlaq polisləri". Rəngləri daşıya bilməyən ağ-qara cəmiyyət. Uçurumun başında olana əl uzatmaq əvəzinə onu itələyən, daş-qalaq ehtirasını yemləmək istəyən qaragüruh...

Bu daha dərin yaradı, daha sağalmaz xəstəlikdi, bir nəfərin cəzalanmasıyla qapansa nə vardı ki...

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti