writer1

Mehman Qaraxanoğlu

Məqalə sayı

45
clock21:46 calendar-gray 25 Mart 2019 view-gray1959 dəfə oxunub
view-gray1959 dəfə oxunub

Həmid Herisçi avantürası

Şərif Ağayarın moderatorluğu ilə kulisin “Mirzə Cəlil olduğu kimi” dəyirmi masasına dəvət olunmuş Həmid Herisçinin gətirdiyi “arqument”lərə tanış olduqdan sonra bu hörmətli yazıçımıza yad planetlərdən informasiyaların axıb gəldiyinə tam “inandım”.

Son paylaşımlarından birində haqlı olaraq fikirlərinin təkzibi üçün arqumentlərin gətirilməsini istəyir Həmid bəy. Amma həmin fikirlərin içərisində elə absurdları vardır ki, bundan sonra yüz il də yaşasan, arqument gətirə bilməzsən. Məsələn, Yekatirina Revazovna Qabaşvili ilə Mirzə Cəlilin dostluğu və hətta bu dostluğun bacı-qardaş səviyyəsində olması haqda söylədikləri… İndi baş vur tarixə, amma bunu sübut etmək üçün heç bir dəlil tapa bilməzsən. Sadəcə, hər iki yazıçının eyni epoxada yaşamaları ona bu “fərziyyə”ni söyləməyə “stimul” olmuşdur. Öz uydurmalarına eyforik səviyyədə inanan Həmid bəy bir qədər də “irəli” gedib dahi Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları”nı həmin xanım yazıçının “Maqdananın Lurcası” hekayəsindən təsirlənərək yazdığını bəyan edir.

Doğrudur, “plagiat” sözünü dilə gətirmir. Amma dolayısı yolla niyyətinə çatmaq üçün iştirakçılara özü belə bir sual verir: Niyə Mirzə Cəlil 1894-cü ildə yazdığı povesti sağlığında çap eləməyib? Həmid bəyin “ürəyində tutduğu”nu heç kim söyləmədiyindən cavabı özü verir. Guya povesti Mirzə Cəlil orijinal saymadığına görə çap eləməyib. Guya çap eləsəydi, həm də Yekatirina Qabaşvilinin təpkisi ilə rastlaşardı. Adama ən yumşaq şəkildə deyərlər, ağ eləmə də. Durub sözügedən hekayənin tərcüməsini artkaspi.az saytından (operativ işlədiklərinə görə saytın kollektivinə təşəkkürlər!) tapıb həyəcan və “qorxu” ilə oxudum.

Qətiyyətlə və həm də ədəbi məsuliyyətimlə deyirəm: Öz yalanlarına bu qədər “inanan” insana rast gəlməmişəm bugünəcən. Hər iki əsərdə zəhmətkeş bir heyvanın - eşşəyin iştirakı onların “bənzəyişini şərtləndirən” yeganə “ədəbi fakt”dır. Bizdə Məhəmmədhəsən əminin eşşəyi, xanım yazıçıda isə Maqdananın Lurcası, vəssalam. Hətta eşşəklərin ədəbi təyinatı və missiyaları da ayrı-ayrıdır. Eşşək Maqdananın çörək ağacı, bizdə isə bir oyun elementi, detalıdır. Xanım yazıçı bütün diqqətini eşşəyə yönəldir. Kiçik bir hekayədir bu. Mirzə Cəlildə isə eşşək matəmlərin kölgəsində qalır, “itir”. Açığı, bu əsərlər müqayisəyə də gəlmirlər…


Qaldı Həmid bəyin avantüraya hesablanmış sualının cavabına, özünə buna oxşar bir sual vermək istəyirəm: Həmid bəy, məgər sizin yazdığınız bütün əsərlər bugnəcən çap olunub? Dünyada nadir yazıçılar vardır ki, onların bütün əsərləri sağlığında çap olunub. Məgər Mirzə Cəlil kimi geniş ədəbi və ictimai fəaliyyətlə məşğul olan bir insanın əsərlərinin hamısının sağlığında çapı mümkün idimi? Özü də çap işinin məhdud olduğu bir zamanda.

Mirzə Cəlilin bir çox əsərləri ölümündən sonra çap olunub. “Əhvaltlar” da onlardan biri… Nə yaxşı demirsiniz ki, bu əsəri gizlədib. Amma dediyinizdən belə çıxır. Oxuyun, bu da sizin üçün arqument: “Miladi tarixi ilə min səkkiz yüz doxsanıncı illərdə Nehrəm kəndində müəllim olduğum vaxt kəndlərimizdə qəribə hallar görərdim və gördüklərimi yazıya götürərdim. "Danabaş kəndinin əhvalatı" sərlövhədə Məhəmmədhəsən əminin eşşəyinin itməyini birinci dəfə hekayə surətində yazdım”. Böyük yazıçının yarımçıq qalmış “Tərcümeyi-halm”dandır.

Hekayənin nədən bəhs etməsini də elə öz dilindən eşidək: “Burada rəvayət olunur ki, nə tövr Danabaş kəndinin yüzbaşısı Xudayar koxa Məhəmmədhəsən adlı bir fəqir kişinin eşşəyini aparıb şəhərdə satır və o pula orada bir övrət siğə eləyir. Və halonki, Məhəmmədhəsən əmi var-yoxunu satıb bu eşşəyi almışdı və bir ayın müddətində bəsləyirdi ki, minib getsin Kərbəla ziyarətinə”. Bundan dəqiq və dürüst arqument ola bilərmi? Bu həm də hər iki əsər arasında yerlə göy qədər fərqin olduğunu sübutlayır. Sizin “dəyirmi masa”da Mirzə Cəlilə yağdırdığınız “nizamsız” iftiraları arqumentlərlə təkzib etməyə hazırıq. Çünki onlar özləri “güllə”yə cumurlar. Amma buna bir az vaxt lazımdır. Sağlıq olsun!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Qara dul qadın” filminin premyerası təxirə salındı
18:41 24 Sentyabr 2020
Bəxtin gətirmirsə, deməli...
18:04 24 Sentyabr 2020
Mən ki Allah deyiləm, uşaqları aldadım... – Yeni imza
17:25 24 Sentyabr 2020
Nərgiz Cəlilovaya yeni vəzifə verildi
16:43 24 Sentyabr 2020
Qəbul imtahanında hönkür-hönkür ağlayan qız - Ayxan Ayvaz yazır
16:01 24 Sentyabr 2020
“Yaş keçəndə yuxular da əzab verir” - Cavanşir Yusifli ilə ad günü söhbəti
15:20 24 Sentyabr 2020
Qarabağ icmasında Şərif Ağayarla görüş keçirilib
14:25 24 Sentyabr 2020
Bu məşhurların övladları ali məktəbə qəbul olundu - Siyahı
14:06 24 Sentyabr 2020
Ebru Gündeşin atası vəfat etdi
13:12 24 Sentyabr 2020
Tələbəsinə evlənmək təklifi etdi, bacısı qızını imtahandan kəsdi, müəllimlər ona salam vermədi – Vurğun Əyyubdan maraqlı faktlar
12:30 24 Sentyabr 2020
Sənə saxladığım duzlu öpüşlər... - Şeir
12:11 24 Sentyabr 2020
Kukla Teatrı "Çəkməli pişik" tamaşasını onlayn nümayiş etdirəcək
11:30 24 Sentyabr 2020
Universitet müəllimimə yazdığım sevgi məktubu
10:52 24 Sentyabr 2020
Məşhur müğənni vəfat etdi
10:27 24 Sentyabr 2020
Gənc şairin ilk kitabı çap olunub
09:42 24 Sentyabr 2020
Səməd Vurğun 50 yaşında ölməyibmiş – Filosof yazır...
08:58 24 Sentyabr 2020
Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...
20:57 23 Sentyabr 2020
"Qəlbimin palitrası"ı təqdim olunacaq
18:51 23 Sentyabr 2020
10 ilə çəkilən film - Video
18:12 23 Sentyabr 2020
Atamın gələ bilmədiyi günlərdən çıx gəl - Fəridədən müharibə şeirləri
17:29 23 Sentyabr 2020