Xəyyam Mirzəzadə dəfn edildi - YENİLƏNİB

<b>Xəyyam Mirzəzadə dəfn edildi - <span style="color:red;">YENİLƏNİB </b>
31 iyul 2018
# 15:48

Xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə dəfn olunub.

APA-nın xəbərinə görə, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Qeyd edək ki, X.Mirzəzadə dünən 83 yaşında uzun sürən xəstəlikdən vəfat edib.


***

13.56

Azərbaycanın xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi başa çatıb.

APA-nın məlumatına görə, Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, mərhumun ailə üzvləri iştirak edib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəz Qarayev X.Mirzəzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib: "Bu gün Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri ilə vidalaşırıq. Onun musiqisi dünyanın bir çox ölkələrində səslənərək rəğbət qazanıb. Heç kəs bu dünyada əbədi qalmır, illər keçir, dövr dəyişir, amma bu dünyadan köçənlər insanların yaddaşında əməlləri, yaratdığı əsərlər və xoş təəssüratları ilə qalır. Allah rəhmət eləsin".

Bəstəkar, xalq artisti Faiq Sücəddinov X.Mirzəzadənin vəfatının ağır bir itki olduğunu və onun həmişə qəlblərdə yaşayacağını deyib.

Vida mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin dekanı, professor Nərminə Quliyeva, Akademiyanın prorektoru Zemfira Qafarova mərhum bəstəkarla bağlı xatirələrini bölüşüblər.

Ailəsi adından mərhumun oğlu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə vida mərasimində iştirak edənlərə təşəkkür edib.

Mərhumun cənazəsi dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.

***

11.59

Azərbaycanın xalq artisti, "Şöhrət" və "Şərəf" ordenli bəstəkar Xəyyam Mirzəzadə ilə vida mərasimi keçirilir.


APA-nın məlumatına görə, Bakı Musiqi Akademiyasında keçirilən vida mərasimində mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, bəstəkarın ailə üzvləri iştirak edirlər.

Qeyd edək ki, uzun müddət xəstəlikdən əziyyət çəkən X. Mirzəzadə dünən öz evində vəfat edib.

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışıb.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.

# 2670 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər