news-inner
clock15:45 calendar-gray 27 İyul 2018 view-gray868 dəfə oxunub
view-gray868 dəfə oxunub

Heminquey Fitceralda niyə həqarət edirdi? – Yazıçıların həyatından Qeyri-adi Faktlar

Kulis.az dünyaca məşhur yazıçıların həyatının gizli qalan məqamlarını təqdim edir.

Levis Karrol

Karol sadəcə uşaq hekayələri yazmaqla vaxt kçirmirdi. Yazıçı boş vaxtlarında icadlar etməyi sevən bir adam idi. İcadları arasında elektrik tava, yeni poçt qutusu, üç təkərli velosiped, kənarları bərkidilmiş yazı makinası, Memoria Technica adlı ad və tarixləri yadda saxlama sistemi vardı. Karol həm də kitabxanada kitabları rahat tapa bilmək üçün kitab adlarını cildin arxasına yazmağı təklif edən ilk adam idi.

Mark Tven

Tven sərmayə qoymaq məsələsində gələcəyi aydın görə bilməsə də, öz ölümünə gələndə Nostradamusdan daha irəli getmişdi. 1835-ci ilin noyabrında, Halley kometasının göründüyü zaman doğulan Tven kometa yenidən görünəndə öləcəyini təxmin edirdi və yanılmadı. 1909-cu ildə Tven “Dünyaya Halley kometası ilə birgə gəldim, bu il kometa yenə gəlir və məncə mən də onunla gedəcəyəm. Əgər belə olmasa, həyatımın ən böyük çaşqınlığını yaşayacağam. Uca yaradan deyir: iki əcaib birgə gəlib, birgə də getməlidirlər.” - deyir. Həqiqətən də bir gün Halley sonra görünür və Tven elə ertəsi gün ölür.

Oskar Uayld

Uayld əfsanəvi hazırcavablardan biri idi, amma yaraşıqlı adam deyildi. Görkəmində ən gözəçarpan çirkinlik qaralmış dişləri idi. Bu, ona gəncliyində yoluxduğu sifilis xəstəliyindən sağalmaq üçün aldığı civə müalicəsindən qalmışdı. Yetkin Uayld səmimi ortamda söhbətlərdə çürük dişləri ilə həmsöhbətlərini qorxutmamaq üçün əli ilə ağzını tutaraq danışırdı.

Ceyms Joys

Coys həyatı boyunca iki şeydən qorxurdu: itlər və göy gurultusu. İtlər fobiyasının izahı vardı: uşaq ikən qumsalda dəniz daş atarkən bir küçə iti ona cumub çənəsini dişləmişdi. Göy gurultusuna gəlincə isə, bu qorxusu ona dayəsindən yadigar qalmışdı. Qatı katolik olan dayə balaca Coysa göy gurultusunun Tanrının qəzəbi olduğunu söyləyir və hər göy gurlayarkən xaç çıxarıb dua etməsini öyrədir. Coys yetkinləşdiyində belə, nə zaman göy gurlayarsa qorxudan titrəyərmiş. Bunun səbəbini soruşarkən sadəcə “Sən katolik İrlandiyada böyüməmisən, hardan biləsən?” deyərmiş.

Tomas Eliot

İngilis ədəbiyyatını öyrənən tələbələr çox zaman Eliotun şeirlərinin anlaşılmazlığından, mürəkkəb strukturundan şikayətlənir. Şair həyatda ikən də şeirinin əsl mənalarını anlamağa çalışanlara kömək etmirdi. Oksford şeir klubunun bir yığıncağında tələbələrdən biri Eliotdan “Müqəddəs çərşənbə” şeirindəki “Leydi, üç ağ bəbir ardıc ağacının altında sərilidir” misrasını yozumunu istəyir. Başqa bir amerikalı tələbə isə “Kvartet” şeirinə uzun bir yozum verərək, “bu mənada deyirsiz, elə deyilmi?” deyə ona müraciət edir. Eliot “Təbii, o mənaya da gələ bilər” deyə bir kəlmə ilə cavab verir. Ən çətin şeiri “Quraq ölkə” üçünsə yalnız bunları deyir: “Nə dediyimi anlayıb anlamadığım məni maraqlandırmır”.

Frensis Skot Fitcerald

Fitceraldın Ernest Heminquey ilə uzun və qarmaqarışıq bir münasibəti olub. Fitcerald Hemenqueyə qarşı kübarca davranarmış, Hemenqueysə ona həqarətlə yanaşırdı. Fitcerald adam içində əks hücuma keçməyə ehtiyatlansa da, yaxın çevrəsi ilə olarkən hisslərini dilə gətirirmiş. “Hemenquey əl uzatmağa hazırdı, amma yalnız özündən yuxarıdakılara”. Zelda isə ərinin rəqibi haqqında “Buğa döyüşündən və cəfəngiyat axıntısından da pis” deyirdi.

Jan Pol Sartr

Səki kafelərində oturub söhbət edən fransız intellektualları tipinə görə Sartra borclu olmalıyıq. Şöhrətinin zirvədə olduğu bir zamanda Sartr sevgilisi Simona de Bovuar və ekzistensialist dostları ilə tez-tez görüşürdü. Əylənən qrup ətrafa qarşı hörmətsizlik edirdi. İçki qədəhləri hər doldurulduğunda varoluşun qəribəliyi şərəfinə içilirdi. Kafenin üst mərtəbəsində yaşayan, qonaqların səs-küyünə dözə bilməyən qadın onlardan səslərini azaltmağı tələb edir. Bunun cavabında Sartr və dostları daha çox səs-küy salır. Hirslənmiş qadın əvvəlcə yoxa çıxır, sonra əlində bir vedrə nəcislə geri dönür. Qadın vedrəni pəncərədən aşağı, Sartrın dostlarının başına çevirir. Qadın səhv edir, vedrədəkilər restorandan çıxmaqda olan başqa müştərilərin üstünə tökülür. Bu hadisənin fəlsəfələrinin bir sübutu olmasına inanan ekzistensialistlər o anda kainatın mənasızlığına qədəh qaldırmaq üçün kafeyə qayıdırlar.

Silvia Pilat

İngilis şairi Ted Hyus arvadı şairə Silviya Pilatın faciəli ölümünün (Silvia Pilat qaz sobasında özünü zəhərləyərək intiahr etmişdi) səbəbkarı olan pis adam rolundan ölənədək, yəni, 35 il boyunca qurtula bilmədi. Pilat Hyus ilə tanışlığından üç il əvvəl də intihara cəhd etmiş olsa da, yazıçının pərəstişkarları Pilatın intiharında Hyusu cavabdeh görürdü. Onlar Hyusun şeir oxuma mərasimlərinə “Qatil” deyə bağıraraq qatılırdılar. Dəfələrlə onun adını Pilatın məzar daşından qazıyaraq sildilər. Hyus bütün bunlara susqunluqla cavab verirdi.

news-inner-user

15791 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Mikayıl Müşfiq qadına görə öldürülüb - İddia
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır - Qorxmaz Quliyev yazır...
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020