Bu hekayədə bütün sözlər “d” hərfi ilə başlayır

Bu hekayədə bütün sözlər “d” hərfi ilə başlayır
22 iyun 2018
# 16:33

Kulis.az Vüsal Mirzənin “Davud dayının düyəsi” adlı hekayəsini təqdim edir.

assonatik hekayə

Daşdəmir dördüncü dərəcəli dəliydi. Dərbənd dəlixanasında dəlilərə dərs deyirdi. Dərbənddə dəlilərlə dolanmırdı deyə, doxsan doqquzun dekabrın dördündə doğma diyarı Dağüzüyə döndü. Daşdəmirin dədəsi Davud dayı Daşdəmirə dedi:

- Daşdəmir dur danaları, düyələri dağa dırmaşdır, dolaşsınlar.

Daşdəmir də dostu Dadaşla davarı dağa dırmaşdırdı, danalar dağı doyunca dolaşdılar. Dağın döşündə dolanan düyə diyirlənib dərənin dibinə düşdü, düyənin dalınca daş da düşüb dərədə düyəyə dəydi.

Daşdəmir Dadaşa dedi:

- Dadaş düyənin dərəyə düşməyini dədəmə demə. Dədəm dəlidir, düyənin dərəyə düşməyini duysa dərimi didəcək.

Dadaş dedi:

- Daşdəmir, darıxma, demərəm.

Daşdəmirin dədəsi dağa dönər-dönməz, Dadaş düyənin dərəyə düşməyini Davud dayıya dedi. Davud dayı duruxdu. Daşdəmirə dedi:

- Dərin didilsin, Daşdəmir. Düş dərəyə, düyəni dart dursun.

Daşdəmir dedi:

- Dədə, day dinmə, dünya dağılmayıb, düyədir dərəyə düşüb dümsüklüyərəm durar.

Daşdəmir düyənin dalınca dərəyə düşdü, düyəni dümsüklədi düyə durmadı. Düyə durmayanda Davud dayı doluxsunub Daşdəmirə dedi:

- Daşdəmir, daşa dönəsən. Düyə dekabrın doqquzu doğacaqdı.

Düyənin dırnaqları, dişləri düşmüşdü, dodağı didilmişdi, dabanı deşilmişdi. Dədəsi Daşdəmirə dedi:

- Daşdəmir düyənin dırnağına, dodağına, dabanına dərman damızdır.

Daşdəmir düyənin dabanına dərman damızdıranda düyə dərmanın dozasına dözməyib dingildədi, dərman dağıldı.

Daşdəmir:

- Dədə düyə durmur, durmur durmasın deyə donquldadı.

Dədəsi dedi:

- Daşdəmir, düyəni dart dursun, donuzun dölü donuz.

Daşdəmir deyinə-deyinə düyəni dürtmələdi, düyə durmadı.

Düyə dördüncü dəfə də durmayanda Davud dayı da dərəyə düşüb düyəni dürtmələdi, düyə durmadı. Davud dayı dananın düşmüş dişlərini dəsmala düyünlədi. Davud dayı dekabrın doqquzu düyənin doğacağını düşünüb, düyənin dərdinə dözməyib dünyasını dəyişdi. Daşdəmirin dədəsinin dəfnində düyə dişi dana doğdu.

# 4340 dəfə oxunub

Oxşar xəbərlər

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
MÜZAKİRƏ:   "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?

MÜZAKİRƏ: "Çalışanın haqqına girmək adi normaya çevrilib" - Tərcüməçilər niyə qəpik-quruşa işləyir?

12:03 30 sentyabr 2026
Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

Həcər Adeli oxuyarkən... - Tariyel Azərtürk

10:30 26 sentyabr 2026
"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər