news-inner
clock09:00 calendar-gray 14 İyun 2018 view-gray228 dəfə oxunub
view-gray228 dəfə oxunub

Adəm kişi olsaydı... – ALİYƏ YAZIR

Kulis.az Aliyənin “Kimdir müqəssir?” tamaşasına yazdığı resenziyanı təqdim edir.

Azərbaycan dramaturgiyasının ən diri pyeslərindəndir. Burada diri aktual deməkdir. Amma həm də “Kimdir müqəssir?” səhnə üçün çoxqatlı əsərdir.

Pyes bir kəndli ailəsindən bəhs edir. Ər-arvaddırlar – Mahmud və Bahar. Kişinin deyinməyi, qadının geyinməyi. Kişi dünyada rahatlıq axtarır, qadın kişidə. Deyinməklər bir mübahisə yaradır. Mahmud “Qadın – Həvva nəfsinə hakim olsa, cənnətdən qovulmazdıq”, Baharsa, “Adəm - Kişi kişi olsa qovulmazdıq”- deyir.

Qeybdən bir varlı ağa gəlib cənnətdən qovulma əhvalatının mini modelini təklif edir. Yerdə bir cənnət göstərir və deyir: “Bircə o qaba toxunmayın, bu cənnət sizin olsun”. Əlbəttə ki, qaba toxunurlar, o “dövlət” quşu “pırr”edib uçur gedir. Cənnətdən qovulma təkrarlanır.

Bəlkə də Cənnətdən qovulma dünyanın əvvəli yox, sonu haqqında əhvalatdır. Və dini kitablarda yer alan bu əhvalat insanlara dünyanın sonu haqda xəbər verir. İnsan bitib-tükənməyən arzuları ilə, alma misallı,cənnət kimi dünyanı xaraba qoyacaq. Hətta xaraba qoymağa başlayıb: istehlak cəmiyyəti günü-gündən artır, insan öz arzularının zibilliyindən çıxa bilmir. Hətta bu günlərdə kosmik zibillər haqda məlumat oxudum. Kosmosu müxtəlif kosmik qurğulardan, kosmik stansiyalardan, peyklərdən qopub fəzada gicəllənən dəmir qırıntılarından təmizləmək üçün tor və qarpun düzəldilib.

İstehlak cəmiyyəti inkişaf edir, amma buna istehlak tanrıçası kimi təqdim olunan qadın deyil, həm də onu görə bilməyən kişi təkan verir. Əlbəttə, qadın daha çox istehlak edir, həm də ilbəil seksual baxımdan laqeydləşən kişi üçün edir. Haqverdiyevin pyesində də qadın hər vəchlə kişinin diqqətini özünə çəkmək istəyir, kişisə deyinir, söhbətdən yayınır.

Yalnız istehlak deyil, bilmək, öyrənmək ehtirası dünyanı insanın gözündə kiçildib, bir toz yumrusuna çevirib. Elm, texnologiya durmadan inkişaf edir. Və bu inkişafla planetin məhvi təhlükəsi də artır. Bu cənnət alması – Yer bir gün ayağımızın altından qaçacaq.

İnsana yaşamaq üçün nə lazımdır? Adını unutduğum bir filosof demişdi: bütün dünya.

İnsana bütün dünya bəs eləmir.

İnsan ona lazım olanları qiymətləndirməkdə naşıdır. Hətta minimalizm özü də dəb kimi, üslub kimi var. Yeni arzular istehsal edən beynin qarşısına keçmək mümkünsüz kimi görünür.

Kimdir müqəssir? Nə fərq edər? O məşhur bayatıda deyildiyi kimi: “Qoy mən olum almadərən” Kimin müqəssir olması nəyi dəyişir?

Mədəniləşdikcə, sivilləşdikcə tənbəlləşən insan – odunçu Mahmud olsun lap, ya da İT mütəxəssisi Elmin – xoşbəxtlik, cənnət həsrətindədir. Hələ ki, bu kainatda Yerdən başqa cənnətə rast gəlməsə də, özü bu yer deyilən mavi gözəlliyin üstündə yaşasa da bu həsrət bitib tükənmir. Ona görə yox ki, o bir zamanlar xoşbəxt olduğu cənnətdən qovulub. Ona görə ki, müqəssir axtarır.

Bunları Bakı Uşaq Teatrının “Kimdir müqəssir?” tamaşasına baxa-baxa düşünürəm. Baxmayaraq ki, tamaşa bu yozumlara ip ucu vermir, vurğulamır. Sadəcə tamaşa müəllifləri pyesin səhnə ekvivalentini təqdim etməyə çalışır. Qadın hökmranlığı, kişi qorxaqlığı və ya “komandir”, “Arvadağa” kimi köhnəlmiş məişət zarafatları tonallığında konflikt qurulur.

Üstəlik, bu tonallıq üçün seçilən aktrisa (Məlahət Əhmədova) və aktyor (Niyaz İlyasoğlu) əhvalatı bədii kontekstə daşıya bilmir, yorulurlar. Aktyorlar yorulursa tamaşaçı da yorulacaq. Çünki, aktyorun toxunacağı məqam-nöqtələr qeyd olunmayıb, ya da düzgün qeyd olunmayıb. Xüsusən sözsüz, mətnin olmadığı mizan səhnələr tamaşanı uzatmaqdan başqa heç nəyə xidmət etmir. Bunlarda biz nə qəhrəmanın vəziyyətini, hansısa ekzistensial konfliktini, dilemma tərəddüdlərini görmürük.

Görünəni, rejissor insan nəfsinin idarəolunmazlığını əsas ideyaya çevirmək istəyir. Hətta tamaşanın iki final versiyasını göstərir: bunlardan birində ər-arvad cənnət vəd edən ağanı boğub öldürürlər.

"Tanrı ölüb" ideyasına gəlmiş insan kimi.

Bu epizod cənnətdən qovulma rəvayətinin mini modeli olan Mahmud-Bahar əhvalatında tanrının ölümü kimi eyhamlaşmır. Olsa-olsabiri cinayət xəbəridir.Bəlkə də rejissor Elşən Zeynallı başqa cürdüşünüb: ağanın ölümü heç də acgözlükdən baş verən cinayət deyil, özünü görüb qəbullanmayan insanın üsyanıdır.Amma əfsus ki, fikir səhnədə həllini tapmır.

İkinci versiya pyesin özündə olandır. Şərtə əməl etməyən Bahar və Mahmud“cənnət"dən - ağanın hər naz nemət olan evindənqovulur. Tamaşa başladığı yerdə bitir. tanrının hüzurunda kimin müqəssir olması haqda dinləmə təsvir olunur. Baharın əlində dəhrə, Mahmudun əlində balta var. Hərçənd bunun özü - tamaşanın başladığı yerdə bitməsi, Həvva və Adəmin cənnətdən qovulma əhvalatına yeni bir yozum qazandırmış olardı(əvvəldə də, axırda da insan cənnətdən qovulur).Əgər doğrudan da formativ yox, bədii həll olsaydı...

news-inner-user
Aliyə

997 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020
Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şeirinə rok yazıldı - Video
12:05 03 Avqust 2020
Məşhur aktyor dünyasını dəyişdi
11:14 03 Avqust 2020
Azərbaycan bəstəkarının musiqisi ABŞ festivalında səsləndirildi
10:33 03 Avqust 2020
Həbs olunan məşhur bəstəkarın Üzeyir bəyə məktubu: "Etdiyim başsız hərəkət məni sənət aləmindən ayırdı” - İlk dəfə
09:05 03 Avqust 2020
Şərif Ağayarın essesi Fransa mətbuatında
16:35 02 Avqust 2020
Səsin görüntüyə çevrilməsi və kinonun yaranışı - Cavid Təvəkkül yazır...
15:08 02 Avqust 2020
Kinematoqrafçılar İttifaqı Kulisin əməkdaşına mükafat verdi
13:45 02 Avqust 2020
Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar - Milli Kino Günü
12:02 02 Avqust 2020
Fəxrəddin Manafov: "İmkanım olsaydı, qadınları taxtda əyləşdirərdim" - Müsahibə
09:01 02 Avqust 2020
Salam Sarvanın kitabı Ukraynda nəşr olundu
19:07 01 Avqust 2020
İstanbul Film Festivalının qalibi açıqlandı
17:44 01 Avqust 2020
Məşhur rejissor vəfat etdi
17:00 01 Avqust 2020
Tbilisidə Nəriman Nərimanovun yubileyi qeyd olundu
16:33 01 Avqust 2020
“Azərbaycan kino sənəti tarixi” nəşr olunacaq
15:50 01 Avqust 2020
“Qarabağ şikəstəsi”nin şikəst Qarabağıyıq - Qardaşxan Əzizxanlının şeiri
15:09 01 Avqust 2020