Gənc Tamaşaçılar Teatrında bu ay nələr olacaq?

Gənc Tamaşaçılar Teatrında bu ay nələr olacaq?
1 iyun 2018
# 17:03

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu həftəsonu bir gündə iki yeni tamaşanın təqdimatı və cari repertuarda olan ən maraqlı tamaşaları ilə tamaşaçılarının görüşünə hazırlaşır.

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, iyun ayının 1-də P.Cullifordun “Şirinlər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa saat 12 00 və 14 00 olmaqla ilk dəfə nümayiş olunacaq.

Axşam saat 1900 da isə böyük dramaturqumuz, unudulmaz H.Cavidin “Ana” mənzum dramının premyerasını təqdim edəcəkdir.

İyun ayının 2-də saat 12 00 və 1400-da kiçik yaşlı daimi tamaşaçılarımız A.Şaiqin “Tıq-Tıq xanım” tamaşasını, saat 1600 və 1900-isə böyük mütəfəkkir M.F.Axundzadənin “Hekayəti Xırs quldurbasan” tamaşalarını təqdim edəcəkdir.

Tamaşalarda teatrın istedadlı aktyorları - Əməkdar Artistlər Şəfəq Əliyeva, Nübar Novruzova, Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev Şövqi Hüseynov, Vahid Əliyev, Rasim Cəfərov, aktyorlardan Manaf Dadaşov, Elnur Kərimov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Günel Məmmədova , Zemfira Əbdülsəmodova, Ədalət Əbdülsəməd, Asya Atakişiyeva, Anar Seyfullayev, Xəyalə Meydanova, Nuranə Hüseynova və başqaları iştirak edirlər.

Tamaşalara biletləri şəhərmizin mərkəzləşdirilmiş kassalarından və asan xidmət filliallarından əldə edə bilərsiniz.

# 1930 dəfə oxunub

Oxşar xəbərlər

"Xaç atası"nın aktyoru vəfat etdi

"Xaç atası"nın aktyoru vəfat etdi

18:13 9 iyun 2026
Tarixdə ilk: Məşhur "Skubi-Du"nu real it canlandıracaq

Tarixdə ilk: Məşhur "Skubi-Du"nu real it canlandıracaq

16:53 9 iyun 2026
"Dəfinələr adası"  yenidən çəkiləcək

"Dəfinələr adası" yenidən çəkiləcək

15:50 9 iyun 2026
İdris Elbadan Ceyms Bondla bağlı sərt açıqlama: "Qaradərili agenti qəbul etməyəcəklər"

İdris Elbadan Ceyms Bondla bağlı sərt açıqlama: "Qaradərili agenti qəbul etməyəcəklər"

14:30 9 iyun 2026
Xarici filmlərin çoxluğu, səhv titrlər, dublyaj problemi... -  Kinoteatrlarımız niyə bu vəziyyətdədir?

Xarici filmlərin çoxluğu, səhv titrlər, dublyaj problemi... - Kinoteatrlarımız niyə bu vəziyyətdədir?

13:00 9 iyun 2026
Stallonenin kult filmi əsasında serial çəkiləcək

Stallonenin kult filmi əsasında serial çəkiləcək

11:09 8 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər