İşə götürənlərə narkoman olduğunu deyən norveçli

İşə götürənlərə narkoman olduğunu deyən norveçli
21 aprel 2018
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Fernando Truebanın “Heykəltəraş və onun modeli” (2012) və “Oslo, 31 avqust” (2011) filmlərini təqdim edir.

İspan rejissoru Fernando Truebanın bu filmi San Sebastyan kinofestivalında ən yaxşı rejissor işinə görə “Gümüş balıqqulağı”na, eyni zamanda İspaniyanın milli kino mükafatı “Qoyya”ya layiq görülüb.

Süjet: Hadisələr 1943-cü ilin yayında Fransanın İspaniya ilə sərhədində yerləşən bir əyalətində cərəyan edir. Nasistlərin işğalı altında olan bu əyalətdə qoca və məşhur heykəltəraş Mark Kros (Jan Roşfor) yaşayır. Həyatdan və sənətdən yorğun düşmüş qoca hər şeydən soyuyub. Bir gün onun arvadı Lea (Klaudiya Kardinale) küçədə yatmış gənc, yoxsul geyimli Merse (Aida Folk) ilə rastlaşır. Qadın onu evinə dəvət edir, yedirib-içirdir. Məlum olur ki, gənc qız qaçqın düşərgəsindən qaçıb. Mersenin cazibəsi heykəltəraşı yaradıcılıq axtarışlarına sövq edir. O, qıza emalatxanada yaşamağı, model olmağı təklif eləyir və qarşılığında pul ödəyəcəyini deyir...

Əhvalat müharibənin baş verdiyi dövrdə çəkilsə də, burada onu xatırladan əlamətlər, situasiyalar yoxdur. Amma əvəzində müharibənin atmosferi bütün film boyu duyulur. Rejissorun ustalığı da bundadır. Müharibəni gücləndirici fon kimi saxlayaraq, sakit, döyüşsüz hadisə nəql edir. Hadisənin mərkəzinə sənətkar və onun insanlığa, dünyanın gələcəyinə itmiş inamını, baxışlarını, müharibə və sənət, gözəllik motivlərini gətirir.

Ümidsizliyə qapılmış qoca Merse ilə qarşılaşanda, onda yaratmaq üçün güc qaynağı tapır. Rejissorun təklif elədiyi kontekstdə qadın cins, fiziki gözəllik deyil. O, daha böyük, bəşəri anlamlar daşıyır. Onun yozumunda sənətkara ruh verən qadın yeni dünyadır, həyat mənbəyidir, başlanğıcdır. Sənətin yaradıcı, harmonik dünyası dağıdıcı müharibəyə, xaosa alternativ kimi verilir.

Filmdə müharibənin tərs üzünü göstərən maraqlı detallar yer alıb. Məsələn, Markın dostu, alman zabiti Verner incəsənət üzrə mütəxəssisdir. O, fransız incəsənətindən bəhs edən kitab yazır. Zabit qocanın yaradıcılığının vurğunudur. Amma o, belə bir kitab yazdığını nasistlərdən gizlətdiyini etiraf edir.

Mühüm bir fikri yenə təsdiqlənir: Necə bir konflikt olursa-olsun, sənət insanları istənilən vəziyyətdə birləşdirməyə qadirdir.

***

Yoakim Trierin “Oslo, 31 avqust ” dramı Norveç istehsalıdır. Film 2011-ci ildə Kann kinofestivalının “Xüsusi baxış” proqramında nümayiş olunub. Həmin ildə Stokholm festivalında “Ən yaxşı film” və “Ən yaxşı operator” işinə görə mükafat qazanıb.

Süjet: Filmin qəhrəmanı 34 yaşlı Andersdir (Anders Danielssen Li). O, Osloda reabilitasiya mərkəzlərindən birində narkotik asılılığından müalicə alır. Avqustun 31-də Anders klinikadan icazə alır, o, işə düzəlmək üçün müsahibədə iştirak etməlidir. Anders əvvəlcə dostu Tomasla görüşür, onunla uzun-uzadı söhbətdən sonra müsahibəyə gedir. Müsahibə zamanı narkotik asılılığından müalicə aldığını deyir və işə götürülməsi baş tutmur.

Anders bütün günü şəhərdə gəzir, keçmişini, səhvlərini xatırlayır, tanışları ilə görüşür. Diskotekada əylənir, içir.

Final səhnəsində isə yenə narkotik qəbul edir...

Filmdə diqqəti çəkən özəl cəhət - vəziyyətlərə, qəhrəmanın keçirdiyi hisslərə uyğun seçilən planlarla, gərgin ritmli montajla, Oslonun boş, ölü küçələrilə, melonxolik havayla, minimal musiqi və ya lal səssizliklə autik mühitin vizual həllidir. Autik təsvirlərin dolğun ifadəsi ilə müəllif məqsədinə çatır, içində boşluq olan, özünü ifadə edə bilməyən gəncliyin mənəvi dünyasını cızır. Mərkəzdə Anders və onun əhvalatı olsa da, rejissor təhkiyəsində qırılmalar edir, yan xətərdə müxtəlif insanların həyatının lakonikcəsinə təsvirinə nail olur. Məsələn, kameranın fokusu restoranda nahar edən Andersindən yayınır, digər gənclərə, onların dialoquna hədəflənir. Kollajvarı təsvirdə gənclərin istəkləri, problemləri, sıxıntısı yer alır.

Anders fəaliyyət, həyatını qurmaq üçün alternativ tapa bilmir. O, dünyaya ayıq gözlə baxmaq istəsə də bacarmır. Sonda yenidən illüziyalar dünyasına qayıdır.

Film fransız yazıçısı Pyer Driyo La Roşelin “Azmış atəş” romanı əsasında ekranlaşdırılıb. Roman əsasında 1963-cü ildə məşhur fransız rejissoru Luis Mal bu filmi çəkib və Venesiyada xüsusi mükafat alıb.


Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Depressiyaya meylli adamlar bu filmə baxmasın - VİDEO

Sallaqxanada eşq macərası – “Əsl kino”

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist

Bu il Oskar alan ilk transseksual qadının filmi – ƏSL KİNO

Bu film Kamyunun hekayəsi əsasında çəkilib

Çin rejiminə etiraz edən film - “O qız çinlidir”

Kann festivalında qalib olan iki film – “Buraxılış” və “Şəxsi alıcı”

Gürcü rejissorun Berlin festivalında mükafat alan filmi - ƏSL KİNO

İsrailin bəyənmədiyi son illərin ən yaxşı anti-müharibə filmi

# 1193 dəfə oxunub

Oxşar xəbərlər

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

12:00 11 aprel 2024
# # #