Yeni teatr saytı yaradıldı

Yeni teatr saytı yaradıldı
9 aprel 2018
# 10:39

Azərbaycan media məkanında yeni mədəniyyət portalı fəaliyyətə başlayıb.

Kulis.az-ın verdiyi xəbərə görə, müstəqil fəaliyyət göstərən sayt “Teatro.az” adlanır.

Aprel ayının 6-dan etibarən istifadəçilərin ixtiyarına verilən Teatro.az sənət portalının təsisçiləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov və teatrşünas Elçin Cəfərovdur. Redaksiya heyəti, əsasən, peşəkar teatrşünaslardan ibarət olan saytın baş redaktoru Vidadi Qafarovdur.

Dünya və Avropa teatrının müsbət örnəklərindən faydalanaraq tərtib edilən, milli səhnə sənətimizi dünya teatr prosesi kontekstində işıqlandırmağı nəzərdə tutan Teatro.az sənət portalı teatrşünaslıq və teatr jurnalistikası ilə bağlı mövcud boşluğun aradan qaldırılmasına xidmət edərək, teatr prosesinin canlanmasında, milli səhnə sənətinin inkişafında və dünya teatr məkanına inteqrasiyasında müəyyən rol oynamağı hədəfləyir. Sənətə universal baxım bucağından yanaşan Teatro.az saytı həmçinin ölkəmizdə teatr təhsilinə yardımçı olmaq və elmi-nəzəri, dramaturji baza funksiyasını yerinə yetirmək məqsədini qarşıya qoyur. Teatr sənətinin sintetik təbiəti nəzərə alınaraq, portalda kino, televiziya, sirk və s. kimi digər sənət növlərinə də yer ayrılmışdır ki, bu da veb-saytın əhatə dairəsini genişləndirir.

Hazırda elektron media məkanında yeganə teatr saytı olan TEATRO.AZ portalı səhnə sənəti ilə məşğul olan bütün qurumları və teatr icmasını əməkdaşlığa dəvət edir.

# 2501 dəfə oxunub

Oxşar xəbərlər

İlon Mask Nolanı tənqid etdi – “Odissey”i yenidən çəkəcək

İlon Mask Nolanı tənqid etdi – “Odissey”i yenidən çəkəcək

13:45 1 sentyabr 2026
Məşhur aktrisa nüfuzlu mükafata layiq görüldü

Məşhur aktrisa nüfuzlu mükafata layiq görüldü

11:50 1 sentyabr 2026
Mel Gibson buna görə üzr istədi

Mel Gibson buna görə üzr istədi

11:00 1 sentyabr 2026
Kinoyazar.az saytının fəaliyyəti  dayandırıldı

Kinoyazar.az saytının fəaliyyəti dayandırıldı

21:48 31 avqust 2026
Tom Kruz yenidən sükan arxasında - "İldırım günləri"nin davamı çəkiləcək

Tom Kruz yenidən sükan arxasında - "İldırım günləri"nin davamı çəkiləcək

17:39 31 avqust 2026
Venesiya Film Festivalı keçiriləcək – Hansı filmlər yarışacaq?

Venesiya Film Festivalı keçiriləcək – Hansı filmlər yarışacaq?

11:40 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər