Arzulardan sonrakı Şərif, buri, insanə və küləyi dişləyən – Səbuhi Məmmədli yazır...

<b>Arzulardan sonrakı Şərif, buri, insanə və küləyi dişləyən – <span style="color:red;">Səbuhi Məmmədli yazır... </b>
4 aprel 2018
# 12:38

- O mızqleti də götür gəl.

- Məllim indi çəkmişəm ee.

- Gəl birini də çək. Bax ,sonra istəyəcəksən verməyəcəm.

Kənardan Kulisi, kulisdəkiləri tanımayan olsa, bu dialoqdan heç nə anlamayacaq. Yəqin ki, siz də heç nə başa düşmədiz.

Bu Ayxan Ayvazla mənim az qala gündəlik təkrarlanan söhbətlərimizdəndi. Mızqlet deyəndə, bu siqaret də ola bilər, alışqan da. Hətta… hər şey. Mızqlet – Allah Elçin Səlcuqa rəhmət eləsin, onun necə deyərlər, kəşf etdiyi sözdür - elə bir sözdür ki, onu Aydan, günəşdən tutmuş, lap elə Ayxanın qaramat eynəyinə kimi hər şeyə aid etmək olar. Hər gün təkrarlanan bu kimi dialoqlardan, eh bu hələ harasıdır - Kulisdə hər gün yaşananlardan bir roman çıxar. Roman da ki, bizlik deyil...

Onu Şərif yazır hamımızın əvəzinə. İnsafən də gələn-gedən tərifləyir. Açığı mən qibtə edirəm həmin anlarda. Tam səmimi deyirəm.

Bir neçə ay bu uşaqlarla eyni otaqda işləməli olmuşam. Kulisin planlaşdırmasından tutmuş, günorta gəzintilərinə, qonaq-qara qəbul etməklərinə, yeyib-içməklərinə- təbii ki işdən sonra - şahidlik etmişəm. Bir başqa aləmdi bura. APA Holdinqin 10 kvadratmetrlik bir yerində tam bambaşqa bir hücrə. Burda hamı bir-birini ilk baxışdan başa düşür. Məsələn, Kulisin baş redaktoru Şərif desə ki, “niyə mübahisə edirsən”, hə, eləmə, min dəfə sınaqdan çıxıb, demək, adam milyon faiz haqlı. Amma "bu gün səbr eləməyən" Miri görsə ki, Şərifin dediklərinə azca da olsa müqavimət göstərə biləcək, dirəşəcək. Bir də gördün arada səs tonları da lazımi detsibeli keçdi. Onda bu hücrənin tək İnsanəsi Aliyə mütləq dillənməlidir.

- Niyə mübahisə edirsiz ee.

Sonra da gedib qızdırıcını qucaqlayacaq, yaydısa, başını pəncərədən çıxardıb deyəcək.

- Uşaqlar nə gözəl hava var eee.

Kulisin içində olmaq, Kulislə iç-içə olmaq bir məktəb. Bunu tam mübaliğəsiz deyirəm. Hərəsi bir unikal bilik ensiklopediyası. Miriylə – o, həm də Mirmehdi Ağaoğludur - hansı mövzuda istəsən danışmaq olar. Zalım balası, ekologiyadan tutmuş erotikaya qədər hansı sahədən deyirsən məlumatlıdır.

Aliyə - həm də İnsanə - bir başqa sahə bilicisi. Teatr, kino, lap xalça sənəti, nə bilim rəssamlıq və heykəltəraşlıq, danışsın, otur saatlarla qulaq as.

Balaca Buri - Ayxanın kitabının adıdır bilirsiz, tərcüməsi gürcücə “çörək" deməkdir - balaca olsa da, amma reportyorluq duyumu çox iyi. Lap baton çörəyidir ki, yetişib. Adam roman-zad yazmaq eşqinə düşməsə, yaxın illərdə ölkənin bir nömrəli reportyoru.

Romanı isə qoy Şərif yazsın. O nəhənglikdə adam ancaq böyük işlərlə məşğul olmalıdır.

O ki qaldı 7 yaşa? Hə, deyilənlər gəldi başa. İnanılmazdır, amma artıq 7, 77 olsun! Seyid, nə deyirsən?

# 3997 dəfə oxunub

Oxşar xəbərlər

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

13:38 30 mart 2026
Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

12:30 30 mart 2026
XX əsr Naxçıvanını böyük sevgi ilə yaradan rəssam - Şamil Qazıyev

XX əsr Naxçıvanını böyük sevgi ilə yaradan rəssam - Şamil Qazıyev

11:30 30 mart 2026
Yunanıstanın ilk Avroviziya təmsilçisi vəfat etdi

Yunanıstanın ilk Avroviziya təmsilçisi vəfat etdi

10:40 30 mart 2026
Xalq artisti Rasim Balayevin cənazəsi İstanbuldan Bakıya gətirildi

Xalq artisti Rasim Balayevin cənazəsi İstanbuldan Bakıya gətirildi

10:00 30 mart 2026
Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Rasim Balayev haqqında maraqlı faktlar

Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Rasim Balayev haqqında maraqlı faktlar

16:42 29 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər