news-inner
clock13:45 calendar-gray 03 Aprel 2018 view-gray608 dəfə oxunub
view-gray608 dəfə oxunub

Nə İslamı anladıq, nə Babəki - Emin Akif yazır...

Kulis.az Emin Akifin "İslam bizi niyə ağladır?" yazısını təqdim edir.

Tarixdən bəllidir ki,"Azərbaycan dehqan -feodalları əvvəllər öz ata-babalarının dinini müdafiə etməyə cəhd etmiş olsalar da, çox keçmədən yəqin etdilər ki, öz əvvəlki imtiyazlarını saxlamaq üçün onlara ancaq ölkədə hakimiyyəti ələ keçirmiş ərəblərlə əməkdaşlıq etmək qalır. Buna görə də Azərbaycanın feodal aristokratiyasının (kəndli kütlələri hələ bir yana dursun) islam dinini qəbul etməsi prosesi çox tez başa çatdı. Cəmi yüz il ərzində, Abbasilərin hakimiyyət başına keçməsi ilə islam dini zərdüştiliyi tamamilə sıxışdırdı”.

Həə...

Yəni biz İslamı həm də öz məqsədlərimiz naminə qəbul etmiş qövmün davamçılarıyıq. İnanmırsan? İslam dinini qəbul etdiyimiz andan bəri bu din bizə nə verib? Xurafatmı? Cahillikmi? Ağlaşmamı? İslamın təkallahlıq prinsipinə zidd olan şirkmi?

Martın 31-i sosial şəbəkələrdə bir video yayıldı.Ki, bəs, bir topa qadın İmam Əlinin zühurunu qeyd edirlər. Özü də bilirsiniz necə? İmam Əlinin şəkli ilə bəzədilmiş tortun üzərinə fişənglər düzüb, yandırıb, "Happy birthday to you” melodiyasının sədaları altında "Mövludun mübarək” sözlərini oxuya-oxuya ad gününü qeyd edirdilər. Əvvəla, öz dinlərinin prinsiplərinə görə insanı təsvir etmək günahdır. Hələ bu İslamın xüsusi simalarıdırsa, əstəğfirullah, nəbadə. Bəs, yaxşı, bu tort nəmənə olan şeydi?Heç bilinmir də ki, o şəkil imam Əlinindir ya yox?!

Amma bir şeyə çox sevindim. İllərdir öz peyğəmbərinin, imamının simasını təsvir etməyə qorxan bir qövm üçün bu tort inqilabi gedişdir. Bu inqilabı da qadınlar elədi. Peyğəmbərin insan simasını təsvir etməyi haram buyurmasına belə haqq qazandıraram ki, o, öz qövmünə bələd idi. Bilirdi ki, əgər buna icazə versə, "müsəlman”lar da xristianlar kimi peyğəmbərin şəklini məscidlərə vurub ona təzim edəcəklər. Necə ki, bu gün Allaha seyidlərlə, imamlarla şərik qoşurlar. Axı, bu adamlar peyğəmbərin qadağasına görə yox, ondan qorxduqları üçün simasını təsvir etmirlər. Qorxurlar ki, ağır bir zülmə düçar olarlar. Bilmirlər ki, peyğəmbər də insan olub. Bəs, yaxşı, necə oldu ki, bu qədər məzlumlaşdıq?

Babəkin Xilafətlə vuruşub məğlub olması haqqında xeyli söhbətlər var. Biri deyir, Babək dinə qarşı vuruşub, biri deyir, Babək mənim qəhrəmanım deyil. Amma fikir verin, kütlənin əksəriyyətinin qəbul etdiyi bir həqiqət var. Babək dini yaymaq istəyən ərəblərlə döyüşürdü. O, bizim qəhrəmanımızdır. Bununla yanaşı, ərəbi də sevirlər, onun dinini də. Əcəb paradoksdur.

Bizim anlayışımız bundan kənara çıxmır – Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam, Azərbaycan oğluyam. Nə Babəki dərk etdik, nə də İslamı. Yüzlərlə qadından ibarət hərəmxanası olan Babəki də sevdik, içkini qadağan edən, zinanı rədd edən İslamı da. İslamı bizə xeyr verdiyi üçün, mənfəətimiz üçün qəbul etdik. Məsəl üçün, bu gün öz memarlıq nişanələrimizi əks etdirən hansı məscidimiz var? Türkiyəyə baxsaq, kifayət qədər nümunələr görərik. Çünki türklər İslamı bir az da olsa özünküləşdirə bildilər.

Düzdür, türklər də dini xürafata çevirdilər, çevirməsəydilər Aziz Nesin kimi bir adam illərlə bar-bar bağırmazdı. Sizcə, bizim Cəlilimiz, Axundovumuz boşunamı danışırdı? İslamla Cəlilin, Axundovun arasında haça-paça qalmağımız elə-belədirmi?

Dini şaxsey səviyyəsinə endirmədikmi? Bu şaxseylər ədəbiyyatımıza, musiqimizə hopmadımı? Hansı televiziya kanalını açsaq, ağlaşmadır. Yasxanada şaxsey deyən mollalar, mərsiyəxanlar bir yandan qazanır, muğamatçılar bir yandan. Biz dini al-verə çevirdik, qazanc yerinə çevirdik. Cinçıxartdıq, qazandıq. Ölümüzə yasin oxutdurub qazandıq. Özümüzü peyğəmbər nəslindən elan edib camaatı aldatdıq ki, əlimiz şəfalıdır, qazandıq. Bir qonşum var, yaşlı qadındır. Guya əlində şəfa var, əlləmədiyi adam qalmayıb.

Ümumiyyətlə, bizim müsəlmanlığımıza baxsaq, burden bir nəticə çıxır: Biz sadəcə təkallahlı insanlarıq.

"Şərikli çörək” filmində qırçının yıxıldığı səhnə var. Qırçı dayanıb muğamata qulaq asır. Sonra huşunu itirib yıxılır. Biz isə hələ yıxılmamışıq. Babəkin qəhrəmanlıq, döyüşkən ruhunu mərsiyəyə qurban verdik. Ölmüşük, ağlıyanımız yoxdur? Hə, bircə bundan rahatam. Ağlayanımız mütləq olacaq!/adalet.az/

news-inner-user
Eminquey

10 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bu millətə zaval yoxdur – Zamin Hacı yazır...
09:01 23 Sentyabr 2021
"Aysel adını Azərbaycanda ilk dəfə mən qızıma qoymuşam" - Zahid Xəlillə müsahibə
21:01 22 Sentyabr 2021
Kitab və film eyni anda: “Rəngləri danışdıran adam”
18:59 22 Sentyabr 2021
Dünya şöhrətli rejissor komadan çıxdı
18:28 22 Sentyabr 2021
“Soyuq Günəş”in ssenaristi: “Yeni filmin çəkilişini başa çatdırdıq”
17:52 22 Sentyabr 2021
Fırlanmalısan - Hekayə-esse
17:22 22 Sentyabr 2021
İlk dərs günü məktəbdə necə biabır oldum?
16:36 22 Sentyabr 2021
Kiçik mətnə "böyük hesabla" uduzmaq - Kəramətin yeni romanını tənqid etdilər
16:01 22 Sentyabr 2021
Seymur Baycandan zəif olan gürcü yazarın dünya şöhrəti
15:10 22 Sentyabr 2021
Yeni poeziya almanaxı çap ediləcək - Əsər qəbulu başladı
14:25 22 Sentyabr 2021
Anamı ağlatdığım gün – Sərdar Amin yazır...
13:30 22 Sentyabr 2021
Məktəbə gəlməyə peşman olan əkiztayı, müəllimləri üçün darıxmayan uşaq, nəvəsindən bezmiş nənə – İlk dərs günündən reportaj
12:40 22 Sentyabr 2021
“Son günlər işdən qanıqara gəlirdi” - Qızı Fikrət Qocanın ölüm səbəbindən danışdı
11:49 22 Sentyabr 2021
Oğul, oğul, amandır! - Günün şeiri
11:14 22 Sentyabr 2021
Dərsin ortasında fıştırıq çalan şagird: Distant təhsildən reallığa
10:38 22 Sentyabr 2021
Məşhur aktyor vəfat etdi
10:18 22 Sentyabr 2021
Aktyor Elcan Rəsulov: “Afaq Bəşirqızı mənə dedi, çıx get burdan” – Müsahibə
09:00 22 Sentyabr 2021
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
21:00 21 Sentyabr 2021
Pekində beynəlxalq film festivalı başlayıb
18:55 21 Sentyabr 2021
Gənc yazarın ilk şeirlər kitabı nəşr edildi
18:15 21 Sentyabr 2021