news-inner
clock15:50 calendar-gray 29 Mart 2018 view-gray176 dəfə oxunub
view-gray176 dəfə oxunub

Kəndlə şəhər arasında qalan Şərif Ağayar – Ramin Paşazadə yazır...

Kulis.az gənc yazar Ramin Paşazadənin yazıçı Şərif Ağayar haqqında yazdığı “Bulud adam” essesini təqdim edir.

Türk xalqlarının dilində “ana vətən”, “ana torpaq”, “ana təbiət” ifadələri var. Bu ifadə əslində qədim altay mifologiyasından gəlir. Tarixən bu torpaqların sakinləri yer üzünü ana kimi simvolikləşdiriblər. İnsanlar fikirləşiblər ki, torpaq da ana kimi “doğa” bilir. Bəlkə də, elə bu səbəbdən türklər təbiətə “doğa” deyirlər. Tanrı da yaratdıqları içində yalnız anaya və torpağa yaratmaq qabiliyyəti verib: hər ikisinin doğmağı, zəhməti, məşəqqəti hardasa eynidir.

Yeri özlərinə “ana” bilən insanlar göyü də “ata” seçiblər. Qədim türk mifologiyasında eyni zamana, “göy tanrı” ifadəsi var. Türk xalqlarının mentalitetində ata ailədə həmişə “tanrı” mövqeyində olub. Maraqlıdır ki, “Qurani-Kərim”də Allaha kişi (“huva”) cinsində xitab edilir. Tanrı da yaratdıqları içərisində iki şeyə atalıq qabiliyyəti verib: erkəyə və göyə - hər ikisinin əkməyi, nütfəsi, çoxaltması hardasa eynidir.

Türklərin mentalitetində övlada ən yaxın olan anadır. Övladın ata ilə arasında həmişə bir uzaqlıq olub. İnsan da torpağa, yerə daha çox yaxındır. Onun göylə arasında həmişə məsafələri var. Məhz bu səbəbdən insan üçün torpaq “ana”, göy də “ata” olub.

Azərbaycan ədəbiyyatındakı kənd nəsri və şəhər nəsri bölgüsünün kökü türk ədəbiyyatından gəlir. Dünya ədəbiyyatında belə bir bölgü yoxdur. Roman janrı türk ədəbiyyatına ayaq açandan ortaya çıxan bu unikal ədəbi təsnifat yalnız bizim regionumuzda mövcuddur.

Azərbaycan romançılığında Anarın, Elçinin adı çəkiləndə həmişə şəhər nəsri yada düşüb; kənd nəsri ifadəsi isə oxucuların yadına İsmayıl Şıxlını, İsa Hüseynovu, Əkrəm Əylislini salıb. Görəsən, bu təsnifatın xəyali sərhədləri hara kimidir? Kənd və şəhər koloriti öz ədəbiyyatını yaradıb, yoxsa insanlar kənd və şəhərlərini ədəbiyyatda təsnifatlaşdırıblar?..

Image result for arzulardan sonrakı şəhər

Maraqlıdır ki, türk xalqları nə üçün romançılıqda şəhər və kənd təsnifatı əvəzinə göy və yer bölgüsü aparmayıblar?! Məsələn, belə: göy nəsrinin nümayəndəsi Əhməd Həmdi Tanpınar... Yer nəsrinin nümayəndəsi Çingiz Aytmatov... Amma elə yazıçılar da var ki, onların yaradıcılığını nə göy, nə də, yer nəsrinə aid etmək olar. Məsələn, çağdaş ədəbiyyatımızın usta yazıçısı Şərif Ağayar... Mən onu Azərbaycan nəsrinin yerlə göy arasında qalan yazıçısı bilirəm.

Məncə, Şərif Ağayar müasir romançılığımızın ən təzadlı fiqurudur – həm insan kimi, həm də yazıçı kimi. Görünüşcə div əzəməti olan bu adamın daxilən şərqli mədəniyyəti var. Şərif aşıq ədəbiyyatı taxçasından enən bir yazıçıdır. Amma modern romançılığı da aşıq ədəbiyyatı qədər yaxşı bilir. Onun üçün Aşıq Ədalətlə yazıçı Qabriel Markes təkcə zahirən oxşar deyillər. Şərif istəsə, Markes romanlarında gizli qalan Aşıq Ədalət yanğısından qalın bir kitab yazar. Yaxud, Aşıq Ədalətin ifasında pünhan qalan Qabriel Markesin yüz illik tənhalığından...

Şərifin romançılığını bəzən “kənd nəsri” adlandırırlar, o isə özünü ciddi-cəhdlə şəhər nəsrinə aid edir. Mənə elə gəlir ki, Şərif yazıçı kimi təkcə “göylə yer arasında” qalmayıb, həm də kənd və şəhər nəsrinin tən ortasında qərar tutub. Bir də gördün, onun kənddən yazdığı hekayəsinin içində şəhər havası adamı vurur. Bir də gördün, şəhərdən danışan cümlələrindən kənd qoxusu gəlir.

Adama elə gəlir ki, Şərifin içində təzadlı bir qütbləşmə var. Bəlkə də, o, içində iki adam gəzdirdiyi üçün div boyda görünür. Birinci Şərif yer adamıdır, təpədən dırnağa torpağa bağlıdır. İçində təkcə Laçın həsrəti yoxdur. Şərif üçün dünya yalnız Laçından ibarət deyil, onun aləmində Yer kürəsi özü Laçındır.

Onun yazdığı əsərlərin adlarında da bir torpaq elementi var: “Kərpickəsən kişinin dastanı”, “Haramı”, “Gülüstan”, “Arzulardan sonrakı şəhər”, “Ağ göl”.

Simasında zəhmətkeş kəndli görünüşü var. Sanki, hər gün əlləri torpaqla rabitədədir: əkir, becərir, suvarır...

O, yer üzündə nəyi görürsə, onları doğru bilir – aşıq gördüyünü çağırdığı kimi. İçində bir materialistlik var.

İkinci Şərif göy adamıdır –təpədən dırnağa göyə bağlıdır. Göy üzündə nəyi görmürsə, hiss edir, yaşayır, həqiqət bilir. Onun gövdəsində Budda ağırlığı, dilində Mövlana kəlamlarının əsintiləri var. Güman ki, “Ruhani” havası üstündə dünyaya göz açıb. Aşıq-irfan ədəbiyyatının sonuncu bilicilərindəndir.

O, sufi ədəbiyyatındakı simvolik meyxanələrin sərxoşudur. Sufilikdə önəmli olan “YAR” sözünü təxəllüsündə gah gizlədib, gah aşkar edən yeganə yazıçıdır (Şərif Ağayar, Şərif Ağ)

O, həqiqət axtarışına çıxmış dərviş kimi öz doğma elindən, mülkündən, hər şeyindən vaz keçib Bakıya hicrət edib.

Məncə, Şərif özündəki ikiləşməni çoxdan hiss edib. Bəlkə, elə ona görə “Ağ göl” romanında ruhani Hacı Mikayıl obrazıyla dünyəvi Maarif müəllimi “üz-üzə” qoyub.

Mən Şərifi qınamıram. Onun içində həmişə harasa qayıtmaq arzusu var. Bu arzu hamıda birdirsə, onda ikidir. Ona görə Şərif nə yerin adamıdır, nə göyün. Havadan asılı qalıb. Eynən səmada cürbəcür varlıqların şəklinə düşən buludlar kimi.

Adamın əli göyə çatmayanda ona qalan yenə torpaq olur.

Torpağın sanı yaşayasan, Şərif...

Görüntünün olası içeriği: 1 kişi

news-inner-user
Seyid Ramin

11 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

“Çölçü” İsraildə ən yaxşı film oldu
10:50 09 Dekabr 2019
Təmizə çıxdıqca çirklənənlər - Səhər Əhməd yazır...
10:15 09 Dekabr 2019
Filmimiz beynəlxalq kinofestivalda
09:44 09 Dekabr 2019
İlqar Məmmədovla ədəbiyyat söhbəti: “Şair heç vaxt dövlət idarə edə bilməz”
08:59 09 Dekabr 2019
Böyük Azərbaycan şairi məşhur şeirlərini oxuyur - Video
12:11 08 Dekabr 2019
"Yuğ"da yenə "Vəsvəsə" olacaq
18:00 07 Dekabr 2019
Müdirinin katibəsi ilə evlənən kişi - İkinci Mahmudun hekayəsi
17:00 07 Dekabr 2019
İngiltərə Elif Şafakın bu romanını ilin ən yaxşısı elan etdi
16:00 07 Dekabr 2019
Məşhur aktyor sətəlcəmdən dünyasını dəyişdi
15:00 07 Dekabr 2019
Tanınmış şairin qızı Qüdsdə konsert verdi - Foto
14:01 07 Dekabr 2019
Azərbaycanlı naşir: “Kitablarımız Fransanın 70 min kitab mağazasında satılacaq” – Müsahibə
13:28 07 Dekabr 2019
Əlil aktyorların iştirakı ilə "Solğun çiçəklər" nümayiş olundu - Foto
12:30 07 Dekabr 2019
Azərbaycanlı dramaturq 65 yaşında vəfat etdi
12:00 07 Dekabr 2019
Ermitaj Muzeyi Çingiz xan daş kitabəsini Monqolustana hədiyyə etdi
11:20 07 Dekabr 2019
"Bu şəhərdə" 200 minlik "Şabaş"ı təqdim etdi - Foto
10:40 07 Dekabr 2019
"Qaranlıqdan reportaj" təqdim olunacaq
10:00 07 Dekabr 2019
Arvadbaz, dəlisov, qadın düşkünü... - Yeni layihə
09:00 07 Dekabr 2019
Cəmi 1 saata həyatınız dəyişə bilər
21:00 06 Dekabr 2019
"Mələk" filmi nümayiş olunacaq
18:53 06 Dekabr 2019
"Audio Kitab" layihəsində Nəsiminin qəzəlləri səsləndirilib
18:20 06 Dekabr 2019