writer1

Nemət Mətin

Məqalə sayı

23
clock10:14 calendar-gray 23 Fevral 2018 view-gray299 dəfə oxunub
view-gray299 dəfə oxunub

Dəb ədəbiyyatı: Dəbiyyat

Kulis.az Nemət Hacıəliyev “Dəbiyyat” yazısını təqdim edir.

Son yüz ildə ədəbiyyat dəb halını alıb. Çünki dəb böyük pullar gətirir. Dəbinsə hər zaman reklama ehtiyacı var.

Dəb halını almış ədəbiyyata qısaca dəbiyyat demək olar. Bu psixoloji effekt, inqilab, yenilikdir. Dəbdən kənarda qalmağı seçən yazıçılar ədəbiyyatın dərin qatlarına enməyə çalışıb, elə orada da ilişib qalırlar. Dəbiyyatsa hər şeyə üzdən yanaşır. Eyni zamanda, reklamın gücilə sanbalını saxlamağa çalışır. Məsələn, Lev Tolstoy kimi "İvan İliçin ölümü"nü 100 dəfə yaşayıb yazmaqdansa, kitabı Merlin Monro, Madonna kimi məşhurlarla reklam edib satırlar. Yaxşı da pul gətirir. Bir həftəyə rəflərdə kitab qalmır. Reklamın əsas gücüsə seksual qadın obrazıdır. Məşhur olsa, ikiqat uğur gətirir.

Dəb xətrinə oxuyanlar kitabla şəkil çəkdirmək xətrinə təqdimatlara gedir, kitab alır, şəkil çəkdirdikdən sonrasa şkafa atırlar. Gündəmdə olmaq üçün insan nələrə qadirdir?!.

"Nə üçün bizdə kitab satılmır?" sualına cavabı qısaca olaraq dəbiyyatla bağlayıram. Heç bir seksual müğənnimiz kitabla şəkil çəkdirmir. Demək olar, heç bir verilişdə kitab reklam olunmur. 6 nəfər yazıçı toplaşıb, 100 oxucunu təqdimata gətirə bilmir. Xarici ölkələrin birindəsə yazıçı kitabının təqdimatında imza atmaqdan əli keyimişdi.

İnsanı lap uşaqlıqdan gizli yerlərə cəlb edən maraqdır. Maraq olmayan yerə heç kim yaxın durmur.

Bir rəssam görmədim, kitab oxuyan yarıçılpaq qadın şəkli çəksin. Heç bir klipdə kitab oxuyan qadın görmədim (Tək-tük varsa da çox azdır).

Aleksandr Düma teatra adam yığmaq üçün hansı üsuldan istifadə edirdi, bilirsinizmi? Teatrın başlamasına iki saat qalmış binanın önündə qışqırırmış:

- Ay camaat, bugünkü tamaşada kişi qadını öpəcək.

O vaxt üçün səhnədə öpüşmək böyük inqilabdı. Bundan istifadə edərək Düma tamaşada anşlaq yaradırdı.

Ronaldonun "İnstagram" səhifəsində təsadüfən şəkil gördüm. Ronaldo kitab oxuyurdu. İnanın, o kitabı tapıb oxuyan qızların sayı çox olacaq. Dəb budur. Dəb ədəbiyyatın inkişafını sürətləndirir.

Ancaq bir məsələ var. Dəblə ayaqlaşan yazıçı kitabını yaxşı satsa da, ağzına gələni yaza bilər. Buradasa yazıçının vicdanı işə düşməlidir. Təkcə pul qazanmaq xətrinə yazırsa, yaxın 20 ildə tanınacaq. Sonra gözdən itəcək. Dərin qatlara enmiş ədəbiyyatçılarsa 200-300 il keçdikdən sonra da yaddaşlarda qalırlar.

Bir yazıçının müsahibəsini oxuyuram. Sual belə idi:

- Özünüzü varlı sayırsınızmı?

Əlbəttə, yazıçı məşhur idi. Kitab biznesində yerini tutmuşdu. Cavabı belə oldu:

- Digər gəlirli işlərdə işləyənlərə baxanda, xeyr. Elə də yox.

Yazıçının da pula ehtiyacı var. Uilyam Folkner ona gələn qalaq-qalaq oxucu məktublarını oxumurdu. Sadəcə zərfin küncünü cırıb içində çek olub olmadığını yoxlayırdı. Evdəki ac uşağa "al, bu kitabı ye!" deyə bilməzsən. Uşaqlıqda Çarlz Dikkensin, Lev Tolstoyun romanlarının nə üçün belə qalın olduğunu düşünürdüm. Cavabı çox sadədir. Hər vərəqə görə pul alırdılar. Həm gözəl yazırdılar, həm də yaxşı qazanırdılar.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Mikayıl Müşfiq qadına görə öldürülüb - İddia
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır - Qorxmaz Quliyev yazır...
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020
Qarabağda “iki” alıb, sinifdə qaldığım Vətən - Ramiz Qusarçaylıdan şeirlər...
16:23 08 İyul 2020