news-inner
clock13:25 calendar-gray 15 Fevral 2018 view-gray341 dəfə oxunub
view-gray341 dəfə oxunub

İtalyanların başına and içdiyi “İvan Russkiy” ləqəbli seyid

Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün “Gözü yol çəkən məzarlar” adlı layihəmizə davam edirik.

***

Bu dəfə İtaliyanın Triyest şəhərindəki “Hərb məzarlığı”ndan bəhs edəcəyik. Triyest şəhəri Adriatik dənizinin sahilində yerləşir. “Uzaq sahillərdə” filmində gördüyümüz və eşitdiyimiz kimi bu şəhər Bakını xatırladır.

“Mixaylonun” partlatdığı kinoteatr, bank və küçələr burda yerləşir. Manfalkon, Opiçina ərazilərində azərbaycanlı partizanların izləri var.

Böyük Vətən Müharibəsində 640 min azərbaycanlı cəbhəyə göndərilmişdi. Onların arasında Moskva, Stalinqrad, Kiyev şəhərlərindəki ən ağır döyüşlərdə vuruşub qəhrəmanlıq göstərənlər, müxtəlif orden və medallarla təltif olunanlar çox idi. Ancaq Azərbaycan döyüşçülərinin faşizmə qarşı mübarizəsi Sovet İttifaqının ərazisi ilə məhdudlaşmırdı. Bu mübarizə Polşa, Almaniya və Fransadakı əsir düşərgələrində, İtaliya, Çexoslovakiya və Yuqoslaviya torpaqlarında davam etdirilirdi.

Bu döyüşlərdə əsir düşərək almanların nəzarətinə keçənlər və legion həyatı yaşamağa məhkum olunanlar da vardı. Müharibənin ilk altı ayı ərzində Şərq cəbhəsində 4 milyona yaxın sovet əsgər və zabiti əsir götürülür. Bəzi rəqəmlərə görə, onların 100 minə qədəri azərbaycanlı idi və onların yarısı həbs düşərgələrində həlak olur, digər yarısı isə sağ qalmaq naminə almanların fəhlə batalyonlarında işləməyə məhkum olunur.

İtaliyanın məğlub olmasından sonra 1943-cü ilin 8 sentyabrında Badalyo qoşunları müttəfiqlər tərəfinə keçir. Bu hadisələrdən narahat olan alman komandanlığı həmin hərəkatı yatırmaq üçün öz qoşunlarının İtaliya ərazisinə daxil olması barədə qərar qəbul edir. 1943-cü il sentyabrın ortalarında azərbaycanlı legionçuların xidmət elədikləri 162-ci diviziya Ştransdan partizan hərəkatını əzmək üçün İtaliyaya göndərilir. Legionun hissələri İtaliyada, Adriatik dənizin sahillərində yerləşdirilir. 162-ci diviziyaının mənzil-qərargahı Seqanda, 314-cü alayın qərargahı isə Triyest şəhəri yaxınlığında - Villa-Opiçinada yerləşir. Bir müddət sonra bizim legionerlər yerli partizanlara qoşulmağa başladılar.

Nəzərə alsaq ki, Triyest şəhəri İtaliya və Yuqoslaviyanın mərkəzində yerləşir, bu baxımdan legionerlərin əsas bazası bu şəhər olur.

Yerli vətəndaşlar xatirələrinə əsaslanaraq deyə bilərik ki, bu ərazilərin azad olunması partizanlar həyatı bahasına başa gəlib. Xüsusən də azərbaycanlılardan ibarət olan dəstələr seçilirdilər. Onlar təkcə İtaliyada deyil, Adriatik dənizinin sahillərində - Sloven torpaqlarında da vuruşurdular. Manfalkone şəhərində alman qərargahlarına, xüsusi obyektlərə həmlələri indiyə kimi yaddaşlardadır. Düzdür, indi o yerlər çox dəyişib. Amma o vaxt olanlar insanların yaddaşında xatirə kimi yaşayır.

Cavad Həkimlinin rəhbərliyi, Мehdi Hüseynzadənin başçılığı altında bir neçə iri təxribat aksiyası həyata keçirilmişdi. 1944-cü ilin 22 aprelində Triest şəhərində, Via Qeqa küçəsində qrup tərəfindən alman hərbi qulluqçuları üçün kazino partladılmışdı. Bu təxribat barəsində “İl Pikolla” qəzetində məlumat verilmiş, kazinonun dağıdılmış binasının şəkli dərc olunmuşdu. 1944-cü il 23 apreldə belə bir məlumat verilmişdi: “Axşam kommunist elementlər Triyestdə “Alman əsgər kazarmaları”nda bir neçə alman əsgərinin və İtaliya vətəndaşının həyatı bahasına başa gəlmiş terror törətmişlər. Bu qəsdi törətməkdə şübhəli görünən çox sayda adam tutulmuşdur. Onlardan 51 nəfərini hərbi məhkəmə ölüm hökmünə məhkum etmişdir. Hökm dərhal yerinə yetirilmişdir”.

Qəzet redaksiyası və İtaliya faşist qəzeti “İl Pikkola”nın mətbəəsi də partladılmış, nəticədə bir müddət qəzetin buraxılışı dayandırılmışdı.

Mehdinin qrupu tərəfindən Triyestdə alman əsgər və zabitləri üçün fəaliyyət göstərən mehmanxana da partladılmışdı.

İtaliyalı professor Marina Rossi deyir: “Triyestdə, İtaliya partizanlarının içində “İvan Russkiy” ləqəbli Mirdamət Seyidov xüsusən fərqlənirdi. O, çox ağıllı və cəsur adam idi. Dəfələrlə partizan kimi alman faşistlərinə qarşı təxribatları layiqincə yerinə yetirib. “İvan Russkiy” müharibədən sonra buralara çox gəlirdi və coşqu ilə qarşılanırdı. Triyestlilər hələ də onu xatırlayırlar. Amma təəssüflər sonralar onun taleyi pis oldu. İllər əvvəl Bakıya gəlmişdim. Onunla görüşdüm. Onun acı xatirələri insanı çox məyus edirdi.”

Triyest şəhərindəki, məzarlıqda Qazaxıstan legionerlərinin şərəfinə kompleks ucaldılıb. O məzarlıqda uyuyan 104 əsgər arasında azərbaycanlı legionerlərin də adlarına rast gəlirik: Rza Ağazadə, Bayram Əzizov, Kərim Ələsgərov, Şamil Bayramov, Əli Vəliyev, Abdulla Vəliyev, Mikayıl Qasımov, Məzahir Quliyev, Qasım Qurbanov.

Bu məzarlıqda 2 may 1945-ci ildə döyüşlərdə həlak olan 28 sovet əsgərinin xatirə lövhəsində Mahmudov, Abdullayev, Ələsgərov kimi azərbaycanlı əsgərlərin adları həkk olunub.

Burada uyuyan yüzlərlə qəhrəmanların arasında azərbaycanlılar daha çoxdur. Onlarla azərbaycanlı bu torpaqlarda döyüşmüş, burada da dəfn olunmuşdur.

İnanıram ki, bura da onlar üçün bir vətəndir. Onlar həmişə deyərdi ki, Triyest Bakıya çox oxşayır.

Rus qəbiristanlığında uyuyan azərbaycanlılar – “Gözü yol çəkən məzarlar”

Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi

İtaliyada monqol adı ilə basdırılmış 120 azərbaycanlı - “Gözü yol çəkən məzarlar”

Borçalıda doğulan, Buenos-Ayresdə ölən, Varşavada basdırılan azərbaycanlı polkovnik - “Gözü yol çəkən məzarlar”

Almaniyada çəkiclə qətlə yetirilən, qardaşı ilə bir qəbirdə basdırılan məşhur azərbaycanlı

Oxşar xəbərlər

Xəbər lenti

Erotik rola çəkilmiş 5 Azərbaycan aktrisası - Fotolar
12:08 08 İyul 2020
Türkiyəli aktrisa vəfat etdi
12:01 08 İyul 2020
Bu, Allaha qarşı küfrdür – Gənc şair həmkarını tənqid etdi
11:20 08 İyul 2020
“Üzüklərin hökmdarı” geri qayıdır
10:47 08 İyul 2020
Elzanın yeni şəkli müzakirəyə səbəb oldu - Foto
10:12 08 İyul 2020
Kitabxana maraqlı layihəyə başlayır
09:30 08 İyul 2020
Qafqazın ətəklərində karantin axşamları - Bircə atasının ölümündən yazır...
09:00 08 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
18:44 07 İyul 2020
Əfsanəvi musiqiçi vəfat etdi
18:09 07 İyul 2020
Bizim üçün qızılgül – Cavanşir Yusifli yazır...
17:30 07 İyul 2020
Bred Pitt yeni filmə çəkilir
16:48 07 İyul 2020
Filmdəki "Kəndimiz" mahnısının ifaçısı dünyasını dəyişdi
16:06 07 İyul 2020
Seymur Baycanın yazısı məşhur türk saytında yayımlandı
15:24 07 İyul 2020
"İmkanlı adamların milli qeyrəti olmalıdır" - Yazıçılar ermənilərin festivala gedən filmindən danışdı
14:45 07 İyul 2020
Tbilisidə Azərbaycan muzeyləri açıldı
14:02 07 İyul 2020
“Qəhrəmanım sənsən” - Natiq Məmmədlinin yeni kitabı çap olundu
13:19 07 İyul 2020
Bakıya yayılan üfunət nəyin mesajıdır?
12:28 07 İyul 2020
Atasını vuranı bağışladı, ölümünə dostu bais oldu, öləcəyini internetdən öyrəndi - Ələkbər əminin kədərli həyatı
11:42 07 İyul 2020
Kür çayını kim xilas edəcək?
11:06 07 İyul 2020
Dindarlar bu şeirə görə gənc şairi hədələyirlər
10:30 07 İyul 2020