news-inner
clock13:30 calendar-gray 11 Yanvar 2018 view-gray456 dəfə oxunub
view-gray456 dəfə oxunub

Rus qəbiristanlığında uyuyan azərbaycanlılar“Gözü yol çəkən məzarlar”

Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün Kulis.az “Gözü yol çəkən məzarlar” adlı yeni layihəyə başlayır. İlk təqdim edəcəyimiz Fransadakı Kokad adlı pravoslav qəbiristanlığında uyuyan həmvətənlərimizin qəbirləridir.

Teymur bəy Novruzov - fransızlardan yarıdm istəyən general

Üç mindən çox rusiyalı mühacirin əbədi rahatlıq tapdığı Kokad qəbiristanlığı (fr. Cimetière russe de Caucade) Fransada ərazisinə görə ikinci böyük rus qəbiristanlığıdır. 1860-cı ildə Nitsada ilk pravoslav məbədi tikilir və qəbiristanlıq salınmasına qərara alınır.

Kokad qəbiristanlığında məzarı olan iki soydaşımızın maraqlı tərcümeyi-halı vardır. Onlardan biri general Teymur bəy Novruzov 1880-ci ildə peşəkar hərbiçi ailəsində dünyaya gəlib. Atası rus ordusunun general-leytenantı rütbəsinə yüksəlmiş Mirzəhacı bəy Novruzov olub. Teymur bəy 1917-ci ilin fevral inqilabına qədər 17-ci Nijeqorod alayında podpolkovnik rütbəsində xidmət edib. Azərbaycanın müstəqilliyi elan edildikdən sonra polkovnik rütbəsində milli orduda qulluq edib, xidmətdə fərqləndiyinə görə tezliklə general-mayor rütbəsi alıb.

1920-ci ilin mayında Gəncədə bolşeviklərə qarşı üsyanın rəhbərlərindən biri olub. Son illərdə aşkarlanan arxiv sənədlərinə əsasən, Birinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığa görə Fransanın Fəxri Legion ordeni ilə təltif olunmuş general T. Novruzov 1920-ci ilin iyununda, Gəncə üsyanı zamanı bu ölkənin Qafqazdakı hərbi missiyasının rəhbəri podpolkovnik Emil-Avqust Korbelə məktubla müraciət edərək, Fransa hökumətinin Azərbaycanın bolşeviklərdən azad olunmasına hərbi yardım göstərməsini xahiş edib.

General həmin məktubda Azərbaycan xalqının azadlıq istəyindən söz açaraq son vaxtlar anti-bolşevik hərəkatının gücləndiyini xatırladaraq yazırdı: “Azərbaycan ordusunun generalı kimi mübarizə yoldaşlarımla və Vətənimin tanınmış siyasi xadimləri ilə razılıq əsasında xalq hərəkatına və Azərbaycanın müstəqilliyi uğrunda döyüşə qalxan nizam-intizamlı silahlı qüvvələrə rəhbərliyi öz üzərimə götürməyi özümə borc və vəzifə hesab edirəm. Hesab edirəm ki, əgər Fransa hökuməti mənim təşəbbüsümə maddi və kiçik miqdarda maliyyə yardımı etsə, bütün xalqın köməyi ilə mən uğur qazana bilərəm”. Təəssüf ki, Qafqazdan ünvanlanan bu və digər müraciətlərə baxılmayıb, Gəncə üsyanı bolşeviklər tərəfindən yatırdılıb və general Novruzov Tiflisə, ordan da Almaniyaya gedə bilib. O, bir müddət Mərakeşdə yaşayandan sonra Fransaya köçüb. 1961-ci ildə Fransada vəfat edib və Kokad qəbiristanlığında dəfn olunub.

Tatyana Hüseynovna-Martınova

Kokad qəbiristanlığı general Hüseyn xan Naxçıvanskinin qızı Tatyana Hüseynovna-Martınovanın da son mənzilidir... Hüseyn xan Kəlbəli xan oğlu Naxçıvanski 1863-cü ildə doğulub, rus ordusunda qulluq edib, Rusiya İmperator Ordusunda yeganə müsəlman general-adyutant olub. Ehtimal olunur ki, 1919-cu ildə bolşeviklər tərəfindən güllələnib. General Naxçıvanskinin harda dəfn olunduğu müəyyən edilməyib. Amma qızı Tatyana Naxçıvanskayanın qəbri Nitsada tapılıb. Qeyd edək ki, Hüseyn xan 1889-cu ildə o dövrün tanınmış şair və tərcüməçisi Nikolay Gerbelin qızı Sofiya ilə ailə qurub.

Bu nikahdan onların provaslavlığı qəbul edən üç övladı dünyaya gəlib. Böyük oğlu Xan Nikolay Naxçıvanski 1891-ci ildə doğulub, 1912-ci ildə naməlum şəraitdə vəfat edib. Kiçik oğlu Xan Georgi (Yuri) Naxçıvanski 1899-cu ildə Peterburqda anadan olub, hərbi təhsil alıb, çarizmin süqutundan sonra ağqvardiyaçılara qoşulub və sonralar anası və bacısı Tatyana ilə birlikdə Fransaya köçüb.

Bir neçə il sonra isə anası ilə Livanda yaşayıb və 1948-ci ildə Beyrutda vəfat edib. Tatyana Naxçıvanskya 1893-cü ildə Peterburqda doğulub. 1917-ci ildə rus ordusunun generalı Dmitri Martınovun oğlu ilə ailə qurub və bolşeviklərin hakimiyyətə gəlməsi ilə əlaqədar Fransaya mühacirət etməli olub. Tatyana Martınova-Naxçıvanskaya 1972-ci il mayın 3-də Nitsa şəhərində vəfat edib.

Hər iki soydaşımızın Kokad məzarlığındakı qəbirləri Azərbaycanın Fransadakı səfirliyinin qayğısı ilə təmir edilib və səliqəyə salınıb.

Tatyana Hüseynovna-Martınovanın sağındakı məzar isə Çar zabiti, Qacar şahzadəsi Aleksandr Petroviç Rzaqulu Mirzənin həyat yoldaşı Mariya Konstantinovna Peroqorodskayayaaiddir.Onun qəbri də Azərbaycanın Fransadakı səfirliyi tərəfindən təmir edilib.

Oxşar xəbərlər

Xəbər lenti

Düzgün yaşamaq riyakarlıq, düzgün düşünmək axmaqlıqdır – Dahi yazıçıdan aforizmlər
21:00 21 Aprel 2021
Bakı Dövlət Sirki yenidən təşkil olunur
19:00 21 Aprel 2021
Kamal Sunal adına muzey açılacaq
18:38 21 Aprel 2021
Fuentesin kitabı onlayn təqdim olunacaq
18:18 21 Aprel 2021
“Can Azərbaycan” müsabiqəsinin virtual sərgisi açılıb
17:42 21 Aprel 2021
Mənim qadınım, sən varsan deyə... - Çağdaş ərəb şeiri
17:01 21 Aprel 2021
Azərbaycanlı aktyor vəfat etdi
16:13 21 Aprel 2021
Kann film festivalının açılışında bu film nümayiş olunacaq
15:32 21 Aprel 2021
Nazir Anar Kərimov koronavirusa yoluxub
14:42 21 Aprel 2021
Anarla Seymur Baycanın oxşarlığı
14:02 21 Aprel 2021
“Qırmızı papaq” onlayn nümayiş ediləcək
13:17 21 Aprel 2021
Azərbaycanlı filosof qız-oğlan münasibətlərindən roman yazdı
12:30 21 Aprel 2021
Gənclərin qarşısını kəsən Rəşad Dağlı: O, niyə ustad ola bilmir?
11:55 21 Aprel 2021
Seymur Baycan nədən narahatdır?
11:02 21 Aprel 2021
Özünü ingilis kimi göstərən gəncəli
10:26 21 Aprel 2021
Tanınmış bəstəkar vəfat etdi
09:36 21 Aprel 2021
Çar arvadının göndərdiyi fotoqraf Aşıq Ələsgərin şəklini necə çəkdi? – Bilmədiyimiz faktlarMüsahibə
09:01 21 Aprel 2021
Milli Kitabxananın direktoru beynəlxalq konfransda iştirak edib
19:00 20 Aprel 2021
Nizami haqda məqalə Malayziya mətbuatında dərc olunub - Foto
18:29 20 Aprel 2021
Bir də yarpaq salma külək poçtuna – Qulu Ağsəsdən şeirlər
17:44 20 Aprel 2021