Gənc şair intihar etdi - YENİLƏNİB

Gənc şair intihar etdi - <span style="color:red;">YENİLƏNİB
9 yanvar 2018
# 11:05

Ötən gecə Bakı bulvarında gəncin özünü dənizə atması ilə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, 1995-ci il təvəllüdlü Məlik Nizaməddin oğlu Cahangirovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

09.23

Gənc şair Məlik Cahan yanvarın 8-i axşam saatlarında Dənizkənarı Bulvarda “Yaxt Klub”a yaxın ərazidə özünü dənizə ataraq intihar edib

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub.

Dostlarının sosial şəbəkədəki paylaşımlarına görə, son 10 gün ərzində Məlik Cahan psixoloji narahatlıqlar yaşayır, həssas olduğu üçün cəmiyyətin bəzi ağrılı faktlarına dözə bilmədiyini yazırmış.

Onun iki gün öncə Facebook profilində paylaşdığı status da diqqəti çəkir. "52 saat 2 dəqiqə" yazılan qeydin zamanı intiharla üst-üstə düşür.

Gənc şair Lerik rayonunda anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsinin 4-cü kursunda oxuyurdu. Şeirləri mətbuatda çap olunurdu.

Allah rəhmət eləsin.

bulvarda denize dusen sexsin intihar etdiyi melum olub yenilenib

# 3783 dəfə oxunub

Oxşar xəbərlər

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

“İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıldı

18:11 11 noyabr 2026
“My Chemical Romance”dan tarixi rekord

“My Chemical Romance”dan tarixi rekord

18:06 11 noyabr 2026
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxsin məhkəməsi başlayır

17:07 11 noyabr 2026
27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

27 yaşlı aktrisanın meyiti küçədə tapıldı

17:04 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər