news-inner
clock10:00 calendar-gray 02 Yanvar 2018 view-gray196 dəfə oxunub
view-gray196 dəfə oxunub

Tənhalıqdan xilas olmaq üçün fahişələrin yanına gedirdim – Markesin ETİRAFLARI

“Tənhalıqdan xilas olmaq üçün fahişələrin yanına gedirdim” – Markesin ETİRAFLARI

Kulis.az Nobel mükafatçısı Qabriel Qarsiya Markesin həyat qaydalarını təqdim edir.

1. Mən həmişə sabun köpüyü operası yaratmaq istədim. Yeganə arzusu gördükləri işə görə sevilmək olan mənim kimi insanlar üçün sabun köpüyü operası yaratmaq romandan daha effektivdir.

2. Biz qəlibləşmiş dillə mübarizə aparmağa məcbur oluruq. “Xalq”, “demokratiya” kimi öz mənasını itirmiş sözlərlə. Seçkini kim təşkil edirsə, o özünü demokrat hesab edir.

3. Bir dəfə nağıl yazmağa çalışdım, ancaq yaxşı alınmadı. Yazdıqlarımdan birini oğluma göstərdim, hələ onda balacaydı. Mənə dedi ki, ata, sən uşaqları tamam axmaq hesab edirsən?

4. Xoşagəlməz sürprizlərin qarşısını almağa cəhd edirəm. Eskalatordansa pilləkənlərə üstünlük verirəm. Təyyarədən başqa hamısı yaxşıdır.

5. ABŞ Latın Amerikasına çoxlu pullar yatırır. Amma bizim bir qəpiksiz gördüyümüz işi onlar bacara bilmir. Biz onların dilini, musiqisini, ərzaqlarını, sevgilərini, düşüncə tərzini dəyişirik. ABŞ-ın bizə təsir etmək istədiyi kimi biz onlara təsir edirik.

6. QİÇS yalnız sevgi riskini artırır. Sevgi həmişə təhlükəli olub. O özlüyündə ölümcül xəstəlikdir.

7. Gənc olanda fahişələr mənim dostlarım idi. Mən onların yanına sevgi məşqləri etmək, tənhalıqdan qurtulmaq üçün gedirdim. Həmişə demişəm ki, səhər yeməyini tək yeməmək üçün evlənmişəm. Əlbəttə, Mersedes (həyat yoldaşı – red.) demişdi ki, sən it oğlu, itsən.

8. Həyat yoldaşım və iki balaca oğlum olanda piar meneceri və kinossenarilərin redaktoru kimi çalışırdım. Kitab yazmaq üçün isə bu işlərdən imtina etmək lazım idi. Mən maşınımı satdım və bütün pulu həyat yoldaşım Mersedesə verdim. Xanımım işim üçün lazım olan kağız, siqaret və başqa şeylərlə təmin edirdi. Kitabı yazıb qurtarandan sonra məlum oldu ki, bizim qəssaba 5 min peso borcumuz var. Bu çox böyük məbləğ idi. Mənim vacib bir kitab yazmağım haqqında ətrafda söhbətlər dolaşırdı. Söhbət baqqallara da gedib çıxmışdı. Kitabımın nəşri üçün 160 pesoya ehtiyac vardı, mənimsə cibimdə isə 80 peso qalmışdı. Onda mən Mersedesin saç feni və mikserini satdım. Həyat yoldaşım məsələdən xəbərdar olanda mənə dedi ki, roman pis olsa vay halına.

9. Hansısa işin içinə qadınlar girdisə, bilirəm ki, hər şey yaxşı olacaq. Mən tam əminəm: dünyanı qadınlar idarə edir.

10. Qadınlar bircə xəyanəti bağışlamır. Onlar oyun qaydalarını qabaqcadan biləndə hər şeyi qəbul edirlər. Ancaq oyunun qaydaları dəyişəndə dözə bilmirlər. Belə olanda onlar qəddarlaşırlar.

11. Kubada ədəbiyyat üzrə professorlarla mübahisəmiz düşmüşdü. Onlar deyirdilər ki, “Yüz ilin tənhalığı” qeyri-adi romandır, ancaq heç bir çıxış yolu göstərmir. Bu mənim üçün doqmadır. Mənim əsərlərim situasiyanı göstərir, çıxış yolunu yox.

12. Mən kiçik burjuaziya yazıçısıyam. Yanaşmalarım da həmişə kiçik burjuaziya kimi olub. Bu mənim səviyyəm və öz baxış bucağımdır.

13. Yazıçı olmasaydım, barda pianoçu olardım. Mən belə olsaydım, sevgililərin bir-birini daha güclü sevməsinə kömək edə bilərdim.

14. Mənim vəzifəm özümü sevdirməkdir, ona görə də yazıram. Çox qorxuram ki, məni sevməyən biri olsun. İstəyirəm, heç olmasa bu müsahibədən sonra məni sevsin.

15. Böyük fəlakətlər həmişə böyük bolluq gətirir. Buna görə insanlar yaşamaq istəyirlər.

news-inner-user

15310 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Çiçek Taksi"nin Ayşesi: "İstanbul ölülər şəhərinə bənzəyir" - Müsahibə
09:28 25 May 2020
Siz redaktor görməmisiniz! – Müsəllim Həsənov yazır...
13:18 24 May 2020
Fuad Poladovun ölümündən sonra yayılan müsahibəsi: “İstəyirəm bu narazılıq son nəfəsimə qədər davam etsin”
12:03 24 May 2020
Ən gözəl irfan şeirimiz – Mətn
10:58 24 May 2020
Vatikanda muzeylər açılır
17:09 23 May 2020
Çağırış - Mehman Qaraxanoğludan esse
16:30 23 May 2020
“Harri Potter” rekord qiymətə satıldı
15:24 23 May 2020
Sevdiyimiz və sevmədiyimiz tərcümələr - Firidun Ağazadə
14:18 23 May 2020
“Ər və arvad” tamaşası nümayiş olunacaq
13:29 23 May 2020
Sahibinin taleyini yaşayan heykəl - Aybəniz İsmayılova yazır
12:17 23 May 2020
Mədəniyyətimizin “Arxa qapı”sı – Şərif Ağayar yazır...
11:41 23 May 2020
Amerika prezidentinin romanı nəşr olunacaq
11:10 23 May 2020
Məşhur aktyor qəzaya düşdü
10:02 23 May 2020
Rüstəm İbrahimbəyovun dostunun başına gələnlər filmə çevrildi: Filmi niyə qadağan etdilər?
08:59 23 May 2020
Nərimanovun cümhuriyyətə qarşı müraciəti üzə çıxdı: "Qızıl Ordu bu amansız hökuməti devirməyə gəlib" - Yeni sənəd
21:13 22 May 2020
Sənədli Film Festivalı keçiriləcək
18:57 22 May 2020
Seyid Əzim Şirvaninin qəzəlləri özbək dilində
18:23 22 May 2020
Tanınmış aşığın qızı vəfat etdi
17:39 22 May 2020
Göz yaşı yeməyə qarışan qız və “Həyati” rəqsi
17:21 22 May 2020
Mövlud 17-ci mərtəbədən baxsaydı... – Kamal Abdullanın yeni hekayəsinin müzakirəsi
16:40 22 May 2020