writer1

Elçin Hüseynbəyli

Məqalə sayı

65
clock16:12 calendar-gray 25 Dekabr 2017 view-gray449 dəfə oxunub
view-gray449 dəfə oxunub

Arzulardan əvvəlki və sonrakı Şərif

Elçin Hüseynbəyli

Şərif Ağayarın yaradıcılığı ilə 15 ilə yaxındır ki, tanışam. İlk olaraq onun Qarabağ köçkünləri ilə bağlı hekayələrini oxumuşdum. Və onun yazı üslubu, təhkiyəsi, müşahidəsi, dilinin zənginliyi və obraz yaratmaq qabiliyyəti xoşuma gəlmişdi. Burdaca deyim ki, obraz yaratmaq baxımından mənimlə onun arasında ciddi fərq var. Mən situativ qəhrəmanlara, o isə xarakterik qəhrəmanlara üstünlük verir.

Bir ara Şərifin ciddi yazıları gözə dəymədi və nəhayət, onun "Kərpickəsən kişinin dastanı” povestini oxudum. Əsər xoşuma gəlsə də, sonluq bir oxucu kimi məni qane etmədi. Mənə görə ideya tamamlanmamışdı. Bunu özünə də dedim. Amma hər hansı yazıçı əsəri öz bildiyi kimi yazır və kənar məsləhətlər ciddi rol oynamır.

Bir neçə il əvvəl isə Şərifdə istədiyimi tapdım. Onun "Gülüstan” romanı bütün parametrləri ilə peşəkar qələminə məxsus olduğunu göstərirdi. Onu da deyim ki, həmin vaxt mənə daha bir cavan yazarın romanı hədiyyə edilmişdi. Hər iki əsəri eyni zamanda oxudum. Adını çəkmək istəmədiyim həmin yazarın romanı əhvalatçılıqdan başqa bir şey deyildi. Yəni müəllif əsəri sənə izah edirdi və naşı şəkildə qururdu. Şərifin romanında isə ideya da, süjet də, obraz və təhkiyə də diri və inandırıcıydı. Şərif öz dili ilə yox, obrazların dili ilə danışırdı. Bilmirəm, müqayisə nə dərəcədə yerinə düşür. Amma romanı oxuyandan sonra Şərifə dedim ki, bu əsər bir növ mənim "Yovşan qağayılar” romanımın davamıdır. Şərif həmin romanı oxumamışdı. Mən deyəndən sonra oxudu, amma mənim fikrimlə razılaşıb-razılaşmadığını bilmədim.

Image result for arzulardan sonrakı şəhər

Bu günlərdə isə onun "Arzulardan sonrakı şəhər” romanının oxudum. Əsər sintetik-sinkretik üslubda yazılıb və qədim Misirdə baş verən qəhrəmanlıq dastanı ilə köçkünlük həyatı yaşayan ailənin taleyi ilə paralel işlənib. Əsərin təhkiyəsi, xalq dilinin və deyimlərinin zənginliyi məni heyran elədi. Düzü, indiyə qədər bu qədər axıcı təhkiyəyə və dil zənginliyinə az əsərdə rast gəlmişəm və mənə elə gəlir ki, bu müstəvidə Şərif çoxlarını qabaqlayır. Onun obrazları da diriydi və hərə öz düşüncəsinə uyğun, öz dünyagörüşünə adekvat dillə danışırdı: istər tanımadığı məktəbə ilk dəfə gedən, Gülsümlə sevgi macərası yaşayan Həsən, istər miss-54 adlandırdığı nənəsi, istər ayağı protezli və söyüşcül Namaz kişi, istərsə də nənsinin daim yuxusuna girən qardaşı Mirzəməhəmməd.

Mən əsəri böyük maraq və həvəslə oxudum və bir daha əmin oldum ki, Azərbaycan dili həm də Şərifin qələmində zənginləşir və çiçəkləyir. "Həm də” ifadəsini ona görə işlətdim ki, Şərifə qədər də - klassiklərdən tutmuş bu günə kimi – bir çox müəlliflərimiz epos təfəkkürünə və xalq dilinə əsaslanan əsərlər yazıblar. Onlar barmaqla sayılsalar da, belə örnəklər var. Amma Şərif öz qələmilə sələflərinin dilini, təhkiyə üslubunu yeniləməyi bacarıb.

Bir şeyi də sezmişəm ki, Şərif bütün yazılarında nakam eşqdən yazır. Bilmirəm, öz həyatına işarədir, yoxsa elə bilir ki, hər bir əsərdə natamam eşq olmalıdır. Başqa bir cəhəti isə uşaqlığına həddən artıq bağlı olmasıdır. Bu da zamanın işdir. Adam özünü yazıb qurtarandan sonra başqalarını yazır.

Mən əsər barədə çox danışmaq istəmirəm. İstəsəydim, onda gərək Həsənin yuxularında gördüyü çəhrayı atlardan, qədim döyüşçü Amanisdən, Yaşıl Vadidən də söz açaydım. Bircə onu deyə bilərəm ki, əsəri oxumaqdan zövq alacağınıza zəmanət verirəm.

artkaspi.az

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Ulduz” jurnalının yeni nömrəsi işıq üzü görüb
19:20 26 Yanvar 2021
Nizami ilə bağlı müsabiqə elan olundu - Şərtlər
18:42 26 Yanvar 2021
Dəlisov yellərə məndən salam de - Natiq Əlisoyun şeirləri
17:29 26 Yanvar 2021
O, çayxana filosofudur - Nabokovdan Sartr haqqında sərt sözlər
16:44 26 Yanvar 2021
Harri Potter serial olur
16:08 26 Yanvar 2021
Miri Yusif "Yaşat" fondu üçün konsert verəcək
15:29 26 Yanvar 2021
Zeynəb Xanlarova ilə oxumaqdan imtina etdi, yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – Xalq artistindən maraqlı faktlar
14:50 26 Yanvar 2021
Fellininin prodüseri vəfat etdi
14:02 26 Yanvar 2021
Akif İslamzadənin albomu yeni onlayn platformada - Foto
13:20 26 Yanvar 2021
Nazirliyin yeni komandası film çəkilişlərinə qarışacaqmı? – Gənc rejissor yazır
12:40 26 Yanvar 2021
Müharibədə iştirak edən ilk qadın müğənni: O, ilk konsertindən cəmi bircə manat qazanmışdı – Aygün haqda bilmədiklərimiz
12:01 26 Yanvar 2021
İsa Hüseynovun hekayəsi "Dünya novellası antalogiyası"nda
11:35 26 Yanvar 2021
Rasim Balayev: “Çəkildiyim filmlərə baxanda pis oluram”
10:26 26 Yanvar 2021
Aygün 50 yaşını yeni kliplə qeyd etdi - Video
10:00 26 Yanvar 2021
İncəsənət Muzeyinin direktoru "Qızıl ulduz" medalı ilə təltif edildi
09:30 26 Yanvar 2021
Ölən uşaqlar Kürün quru yatağında ora-bura qaçırdılar – İlham Əzizdən yeni hekayə
09:00 26 Yanvar 2021
Dayısı oğlu onu zorladı, bacısı ilə sevgili oldu, özünü göldə boğdu...
21:00 25 Yanvar 2021
Venesiya karnavalı ilk dəfə onlayn formatda keçiriləcək
19:03 25 Yanvar 2021
Şuşa Teatrı haqqında film çəkildi
18:38 25 Yanvar 2021
Brilliant, Faiq, Aygün, Röya... - Onları belə görmədiniz
17:47 25 Yanvar 2021