Qurtuluşa Qırğın

Qurtuluşa Qırğın
24 noyabr 2017
# 15:21

Xanəmir Telmanoğlu

Ey dili qafil fil faili məchul fani f...

Yer yox ikən göy yox ikən mən əzəldən var idim....

- mənim azarım odur ki, gələcək insanların, daha doğrusu sivilizasiyanın içinə qarışa bilək.

- bu mümkün olmayacaq.

- niyə... nə demək... biz də onlardan deyilikmi?

- məncə, yox...sən gələcəyi, gəl, bir ərazi olaraq düşün.

- hə, ora deyirsən buraxılıb buraxılmamaq kimi bir ... qənaət....?

- məsələn, səncə, ora kimi buraxarlar? bu gün ətrafımızda tanıdığımız siyasətçilərdən, şairlərdən, yazarlardan, alimlərdən, bəsətəkar və müğənnilərdən...elə süpürgəçilərdən...

- 20100-ü düşünsək....nə deyim? hər halda o zaman müasir olmaq gərəkəcək...

- deyək ki, o ərazinin girişində durub səni və hər kəsi qarşılayıb bir-bir öldürürlər ki, o əraziyə əski dünyanın virusu adlamasın...

- ola bilər...

- qayda belədir ki, əski dünyanın bütün təcrübələri bizdə var. bizə bunların heç biri lazım deyil. bunu deyən isə yeni dünyanın ilk yeni varlıqlarıdır. onlar dünyaya sahib çıxıblar. dünya artıq onların inisiativiylə idarə olunur. artıq nə ssri, nə çin, hindistan, avropa, abş, yaponiya, nə müsəlman, xristian, yəhudilik var. heç neftdən də əsər-əlamət qalmayıb dünyada.

- yox ey, mustafanı söylə...

- hə, deyirlər ki, sən bizə elə bir ideya və düşüncə, fikir deyə bilərsənmi ki, biz bu yaşadığımız dünyada ona rast gələ bilməyək? yaxut belə:- siz elə bir şey deyə bilərsinizmi ki, o söylədiyiniz fikir, ideya, düşüncə bizə qədər yaşamış sivilizasiyanın təcrübəsində əşşədü-billah olmayıb?

- maraqlıdır... düşünmürəm belə bir dönəm gəlib yetişə....ancaq bu gedişatdan baş açmaq mümükün deyil. hər şey ola bilər.

- yox, dünya dağılsa, bizim kimi köhnə fikirli insanların, qaramat basmış varlıqların təmizlənməsiylə, yəni bizlərin ölməsi, öldürülməsiylə düzələcək. dünyanın dağılması budur. yoxsa Allah dünyanı niyə dağıdır ki. bu qədər nümunəvi bir planet, bu qədər dua edilən, ona yönələn bir planetdə dağılma deyiləsi o qorxunc düşüncələrə inanammıram.

- axı Yaradana qarşı bu dünyada dövlətlər, millətlər, ölkələr olaraq çox gedilir...

- bilirəm. bu ayrı şeydir. söhbət dünyanın bizlərdən təmizlənib yeni varlıqlara təslim edilməsindən gedir. sən sualıma cavab verə bilmədin...

- yəqin eynişteyin kimi bir qafa üzərində gəzdirməlisən ki, desinlər, sən gəl, burdan bizim əraziyə keç...

- eynişteyin zat, lətifədir ey, onlar üçün. artıq yaşanmış dünyanın bütün insanlıq təcrübəsini özlərində qoruyub sınaqdan çıxarmış o yeni insan, yeni varlıqlar, səndən o zaman olmuyan bir şey istəyəcək. elə bir şey ki, insanlığın təcrübəsində kəsinliklə olmayıb. ancaq o düşüncə(mi), ideya(mı) olarsa, yeni dünyanın insanlarının üfüqlərini ya genişlədər, ya da onların marağına son dərəcə səbəb ola bilər?

- icazə ver, bir az düşünüm...

- aha, düşünüm deyirsənsə, bu saat onların siyahısında hərəkətə keçməyə başladın. bu saat sən onların elektron siyahısında sükutu pozub hərəkətə keçərək diqqətləri öz üzərinə çəkməyə başladın. gerçəkdən, indi düşünmə imkanların olduqca zəngin və əxlaq yükünə amadədirsə, o zaman onlar sənin siyahıdakı “hərəkətini” izləməyə yönəldilər.

- doğrumu deyirsən...

- aha, demək sən hələ heç düşünməmisən. sən hələ də o siyahda sükutdasan. divardakı yazılar kimi. hərəkətə gəl.... hərəkətə gəl...

- Məhəmməddənmi başlayım... İsadanmı başlayım...Buddayamı dönüm...Satiya Sai Babanımı nişan verim....

- bilmirəm.... nə edirsən et, düşün... o istiqamətdə olsun. inan, ürəkdən istəyirəm, sən də qurtulasan...

- sən qurtulmusan guya....

- yox ey, söhbət ondan gedir ki, bizim dediyimiz o qurtuluşa gedən yol, ən azından istiqamətin dəqiq hədəfə yönəlmə cəhdindən əsas olaraq təkan alır...

- məni məşğul eləmə...

- sən orda qal...

- ...

Qeyd: Müəllifin üslubu saxlanılıb.

# 4018 dəfə oxunub

Oxşar xəbərlər

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

“Arxayın olun, mənə də növbə çatacaq...” - Hüseyn Cavid ailəsinə ünvanladığı son məktubda nə yazırdı?

12:00 24 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
Sorğu:  Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

Sorğu: Vətən sevgisi, yoxsa “yanağından yağ damanların” alveri? – Ədəbi mühitdə Qarabağ MÜBAHİSƏSİ

11:15 20 oktyabr 2026
"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

"İçimə dünyalar qədər ümid sığışdırmaqdan yoruldum..." - Nilgün Marmaranın ölümünün gizli məqamları

16:00 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər