news-inner
clock13:09 calendar-gray 22 Noyabr 2017 view-gray277 dəfə oxunub
view-gray277 dəfə oxunub

Fuad Poladov: “Oğlumun toyunu görmək istəyirəm” - MÜSAHİBƏ

Kulis.az Xalq artisti Fuad Poladovun "Şərq” qəzetinə müsahibəsini təqdim edir.

- Necəsiz, Fuad müəllim?

- Şükür, babatam. Müalicə alıram.

- Xalq artisti Rasim Balayev də müalicə üçün Türkiyəyə göndərilir. Hələ də xaricdə ən azı müalicə almamaqda israrlısız?

- Allah bütün xəstələrə kömək etsin. Mən ilk gündən demişəm ki, vətənpərvər insanam. Vətənimdə müalicə olacam. Öz həkimlərimə inamım var. Mən xalq artistiyəm, necə xaricə gedib deyim ki, mənim ölkəmdə olan həkimlər bacarmadılar, müalicəmin təsiri olmadı. Bunu demək istəmirəm.

- Amma xəstəlik elə bir sınaqdı ki, onu bir az ciddi qəbul edib, məsuliyyətlə yanaşmaq lazımdı. Bəlkə inad etməyəsiniz. Xaricdə müalicənin sizə müsbət təsiri olar.

- Təbii ki, xəstəliyimi ciddiyə alıram. Qaldı müalicənin xaricdə daha çox effekt verəcəyinə, bəlkə də həqiqətən xaricə getsəm, daha böyük təsiri ola bilər. Amma neyləməli? Nə olacaqsa, olsun. İlk gündən demişəm ki, mən ancaq Azərbaycanda müalicə alacam. Xaricdən dərmanlar gətizdirirəm.

- Kifayət qədər ağır və müalicəsi bahalı olan xəstəlikdi. Dərmanlar üçün maddi imkanınız yetərincədi, ya kömək edənlər olur?

- Bəli, bahalı müalicədir. Amma heç kimdən kömək almıram. Ancaq öz gücüm çatanı edirəm.

- Mətbuat sizin xəstəliyinizdən bu qədər yazır. Mədəniyyət və Turizm Nazirliyi yenə də reaksiyasız qalıb?

- Mən sizə ötən dəfə açıqlamamda qeyd etmişdim. Mədəniyyət Nazirliyi deyilən bir anlayış mənim üçün artıq yoxdu. Çünki elə bir orqan tanımıram. Bizdə Mədəniyyət Nazirliyi yoxdu. Ancaq Turizm Nazirliyi var. Ummuram da onlardan.

- Bəs Kinematoqrafçılar İttifaqı necə, bu müddətdə sizinlə danışıbmı?

- Kinematoqrafçılar İttifaqının rəhbəri Şəfiqə Məmmədova mənimlə bir neçə dəfə əlaqə yaradıb. Nə kömək lazım olduğu ilə maraqlanıb. Moskvadan Rüstəm İbrahimbəyov əlaqə yaradıb ki, gəl bura, nə lazımdı kömək edim. Almaniyadan tanımadığımız bir azərbaycanlı zəng edib ki, Almaniyaya gəlin, sizi müalicə etməyə kömək edim. Türkiyədən də bir azərbaycanlımız mənimlə şəxsən əlaqə yaratdı ki, Fuad müəllim, Türkiyədə bütün xərcləri ödəyirəm, gəlin bura. Mən razı olmadım. Sağ olsun, narahat olan hər kəs. Amma mən Azərbaycandan kənara çıxan deyiləm. Mən bir söz demişəmsə, onu da edəcəm.

- Həkimləriniz nə deyir?

- Həkimlər tam söz deməsələr də, gözlərindən oxuyuram ki, bir az da olsa ümidi var, bir az da yaşamaq olar.

- Bəzən insan özü də güclü olmalıdır ki, xəstəliyə güc gəlsin. Özünüzdə inam varmı?

- Əlbəttə. Ümidim var ki, yaxşı ola bilərəm. Tam sağalmaq bu xəstəliklə mümkün deyil, bilirəm. Amma bir az ümid ola bilər. Mən artıq xəstəliyimi sevməyə başlamışam. Xərçənglə sevgi oyunu oynayıram, onu sevməyi öyrənirəm. Hərçənd deyirlər ki, xərçəngi sevmək olmaz. Amma mən xərçəngi sevirəm. Onun şıltaqlığını qəbul etməyə başlamışam.

- Xərçəngin nazı ilə oynamağa başlamısız...

- Bəli. Tam doğru qeyd etdiniz. Xəstəliyimi sevməyə başlayıram. Bilirəm ki, bu elə xəstəlikdi ki, məndən bir də əl çəkməz. Sadəcə bir az xərçəngdən möhlət istəyirəm. Ona görə də onunla oynayıram.

- Möhlət istəyirsiz dediniz. Nəyi çatdırmağa arzulayırsız? Bəzən insan həyatda nəyəsə çatmaq, nəyisə çatdırmağa tələsir. Yəqin sizin də bu möhlət dövründə çatdırmaq istədikləriniz var...

- Var. Həqiqətən möhlət istəyirəm ki, bəzi işləri çatdıra bilim. Düzdü, səhnədən artıq əlimi üzmüşəm. Artıq heç vaxt səhnədə olmayacağımı qəbul etmişəm. Bilirəm ki, mənim ora bir daha qayıdışım olmayacaq. Amma şəxsi həyatımda çatdırmaq istədiklərim var.

- Övladlarınızla bağlı arzularınız var. Bunu deməyə çalışırsız?

- Bəli. Duyğusal görünmək istəməmişəm heç vaxt. Amma deyəsən bu xəstəlik məni bir az da duyğusal edə bildi. Ata olaraq arzularım var. İki övladım var. Qızım ailə qurub. Amma oğlumu evləndirməmişəm. 28 yaşı var. Oğlumun toyunu görmək, onu yerbəyer etmək istəyirəm. Buna görə xəstəliyimdən möhlət istəyirəm. Çox istərdim ki, oğlumdan da arxayın olum, bilim ki, ailə sahibidi. Bu məni sakit edə bilər. Hər ata kimi oğul toyunu görmək arzum var. Buna görə Allahımdan da, xəstəliyimdən də möhlət istəyirəm.

news-inner-user

15731 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Mahatma Qandinin aforizmləri
21:02 03 İyul 2020
Haqverdiyevlə bağlı film hazırlanır
18:30 03 İyul 2020
Ondan qorxurduq – Bacısı qızı Kafkadan yazır...
17:47 03 İyul 2020
Mehriban Vəzirdən yeni kitab
16:58 03 İyul 2020
Koronavirusa həsr olunan film çəkilir
16:13 03 İyul 2020
"Sehrbaz qadın" onlayn nümayiş olunacaq
15:21 03 İyul 2020
Xarici İşlər Nazirliyi nota göndərməlidir - Kino adamları od püskürdü
14:30 03 İyul 2020
Uşaqlar üçün tamaşa
13:57 03 İyul 2020
Anar yeni ssenarisini çəkməyə vəsait tapmır
13:15 03 İyul 2020
Hoşcakal, İrfan bey! – Ayxan Ayvaz yazır...
12:33 03 İyul 2020
Dünya ilə oynayan iki qadın - Mehman Qaraxanoğlu yazır...
12:07 03 İyul 2020
Qəmli-qəmli sevişmək – Oğuz Ayvaz yazır...
11:41 03 İyul 2020
Türkiyənin Azərbaycandakı keçmiş müşaviri vəfat edib
11:16 03 İyul 2020
Günün şeiri Küçük İsgəndərdən - Mətn
10:58 03 İyul 2020
Orxan Pamuk qızına çap qadağası qoydu
10:26 03 İyul 2020
İstəyirdim kimsə məni itələyib küçənin ortasına yıxsın - Bircənin romanı
09:00 03 İyul 2020
Azərbaycanlı fotoqraflar beynəlxalq fotomüsabiqədə 4 qızıl medal qazandılar
18:41 02 İyul 2020
Eşşək obrazına görə ərini tərk edən qadın – Əyyub Qiyasdan yeni hekayə
18:04 02 İyul 2020
Kosmosun qoxusu necədir? - NASA-dan 2 il əvvəl bunu düşünən azərbaycanlı
17:23 02 İyul 2020
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olundu
16:41 02 İyul 2020