news-inner
clock12:19 calendar-gray 18 Oktyabr 2017 view-gray291 dəfə oxunub
view-gray291 dəfə oxunub

Qasım Qasımzadə o yazıçının ölümünə şahidlik etməyib – Nəriman Qasımoğlu yazır...

Nəriman Qasımoğlunun “Bir yalan haqqında: ürək ağrılı qeydlər” yazısını təqdim edir.

Kulis.az-da “Yazıçılar Birliyində öldürülən məşhur yazıçı–Hadisənin şahidi yazır...” başlığı altında dərc edilmiş yazını oxudum.

Sovet dövrü Azərbaycan ədəbiyyatının inkişafında danılmaz xidmətləri olan ədibimiz Mehdi Hüseynin ölümü haqqında təfərrüatlarda diqqətimi bir yalan məlumat cəlb etdi. Söhbət bu təfərrüatların içində Qasım Qasımzadəyə aid epizoddan gedir.

Məsələ burasındadır ki, haqqında danışılan iclasda Qasım Qasımzadə ümumiyyətlə heç iştirak etməyib. Hadisənin “şahidi” hansı məsuliyyətsizliklə bu yalanı oxuculara sırımağa cəhd edir? Məqsədi nədir? Bəlkə o iclasda heç özü iştirak etməyib və kimdənsə, hansısa versiyada eşitdiklərinin üstünə özü də nələri isə əlavə edib? İştirak edibsə, axı Qasım Qasımzadəni orada görməməli idi, çünki orada yox idi, o müdhiş hadisə baş verəndə sadəcə öz mənzilində idi.

Mən bəzi başqa təfərrüatları vaxtilə Qasım müəllimin öz dilindən eşitsəm də bunların üzərindən keçirəm, hərçənd müəllifin iddia etdiyi nüanslar eşitdiklərimlə müqayisədə şübhə doğurur. Bunları qoyuram bir kənara və buraxıram müəllifin öz vicdanına.

Yalnızca Qasım Qasımzadənin o iclasda iştirak etməməyini xüsusi olaraq vurğulayıram və bunun təkidlə yalan olduğunu qeyd edirəm. Heç şəksiz, həmin iclasın arxivdə protokol materialları olmamış deyil. Ciddi tədqiqatçısını gözləyir ki, o uzaq tarixdə baş vermişləri olduğu kimi araşdırsın.

Və bu da taleyin nəhs qismətidir ki, o uzaq tarixin bir növ canlı şahidi şəxsən özüm olmuşam. İstərdim Mehdi Hüseynin ölüm xəbərinin Qasım müəllimi necə haqladığı barədə uşaqlıq xatirəmi yazım. Bəlkə də yadımda qalmazdı, amma hadisənin yaddaşımda iz salmasının səbəbi var. Olduğu kimi yazıram.

Evdə telefona cavab verən Qasım müəllim salamlaşaraq sadəcə “Nə var, nə yox” deyir. Həmsöhbətindən nə eşidirsə, qayıdıb soruşur: “Hara getdi?” Və aldığı cavabdan vaysınaraq “Nə danışırsan əşi?” deyir. Və Qasım müəllim üzündə kədər ifadəsi dəstəyi asır. Nə isə bəd xəbər olduğunu duyan anam Tamara xanımın sorğulu baxışlarına cavab olaraq “Mehdi Hüseyn rəhmətə getdi” deyir. “Rəhmətə getdi” ifadəsinin “öldü” demək olduğunu yalnız o zaman bildim və Mehdi Hüseyn adını da ilk dəfə onda eşitdim. Və çox güman, bu epizodun uşaq yaddaşımda yer almasının əsas səbəbi məhz bunlar idi.

Bir daha təəssüflənirəm yuxarıda qeyd etdiyim yazıda getmiş o kiçicik epizoda ki, Qasım müəllimlə bağlı hissəsi ümumən heç yerl-dibli olmayıb.

Mehdi Hüseyn şəxsiyyətinə gəlincə, Qasım Qasımzadə ona dərin hörmət bəsləyib. Bu, onun ailə üzvləri – EA Ədəbiyyat İnstitutunda uzun müddət rəhbərlik etdiyi şöbədə çalışmış qızı Zivər xanıma, kürəkəni akademik Teymur Bünyadova münasibətinə də təbii olaraq sirayət etmişdi...

Qasım Qasımzadənin Mehdi Hüseynlə münasibətləri maraq doğurursa, onun bir məqaləsini oxumaq yetər. “Ədəbiyyat fədaisi” adlı bu məqaləsində münasibətlərinin tarixini, ədibin xidmətlərini qələmə alıb. Əlbəttə, faktdır ki, aralarında soyuqluq yaşanan anlar da olub, həmin məqalədə bunlara da toxunulur.

Qasım Qasımzadə “Ədəbiyyat qəzeti”nin baş redaktoru vəzifəsində çalışanda qəzetdə bəzən Yazıçılar İttifaqının sədri Mehdi Hüseyni tənqid edən yazılar da gedirmiş. Onun redaktor bioqrafiyasında xüsusi yer tutan ən müsbət məqamlardan (“Novruz bayramı” sərlövhəsinə görə yazılı partiya töhməti almışdı, Dərbənddə açılmasına icazə verilən Azərbaycan dilində teatra kömək məqsədilə material dərc etdiyinə görə “milli həddi aşmaq” suçlaması ilə ona Mərkəzi Komitədən xəbərdarlıq edilmişdi, Xəlil Rzanın “Azadlığı istəmirəm qram-qram şeirini dərc etdiyinə görə ona töhmət vermişdilər və s.) biri də budur: sovet imperiyası dövründə bəlkə də yeganə qəzet redaktoru olub ki, öz vəzifəsini itirmək qorxusu olmadan tabeçiliyindəki orqanın rəhbəri haqqında tənqidi yazılar verirmiş. O zaman, 1963-cü ildə, o kədərli hadisədən iki il əvvəl vəzifəsindən getməyinə də əsas səbəb bu olub.

news-inner-user

16788 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Beynəlxalq Türk Mədəniyyəti və İrsi bəyanat yaydı
13:30 23 Oktyabr 2020
Köçkünlük statusu – Sevinc Elsevər yazır...
12:47 23 Oktyabr 2020
Dağıdılan, dəyişdirilən, yer üzündən silinən abidələrimiz
12:04 23 Oktyabr 2020
“Bitls” qrupunun keçmiş üzvündən yeni albom
11:18 23 Oktyabr 2020
Qanın alın yazısı yox idi - Aqşindən yeni şeir
10:41 23 Oktyabr 2020
Fərid Hüseynin yeni kitabı çıxdı
10:15 23 Oktyabr 2020
"Qurban olum Azərbaycan" mahnısının söz yazarı vəfat etdi
09:40 23 Oktyabr 2020
Gərək o sirrin üstünü açmayaydım - Bircənin romanı
09:00 23 Oktyabr 2020
Azərbaycan beynəlxalq musiqi festivalında təmsil olunacaq
18:41 22 Oktyabr 2020
Məşhur muzeylərin eksponatlarını dağıtdılar
18:04 22 Oktyabr 2020
Kuklada uşaqlar üçün tamaşa
17:23 22 Oktyabr 2020
Arvadına kölə kimi baxan varlı ər – Hekayə
16:44 22 Oktyabr 2020
Britaniyalı rəssamın əsəri 9.8 milyon dollara satıldı
16:01 22 Oktyabr 2020
Ərtoğrul məktubunda Üzeyir bəydən nə xahiş etmişdi? - Hüseyn Cavidin 24 yaşında ölən yeganə oğlu
15:22 22 Oktyabr 2020
İti qovum, qurdu qovum, səni qovmayım – Təzə atalar sözləri
14:38 22 Oktyabr 2020
Zəngilanlı müğənni: "Torpağını üzümə sürtəcəm"
13:56 22 Oktyabr 2020
Hamımız vətənə oxşayırıq - Xanım İsmayılqızından qələbə şeirləri
13:18 22 Oktyabr 2020
Kəndi azad edilən şairə: “Xəbəri eşidəndə nitqim tutuldu” – Müsahibə
12:30 22 Oktyabr 2020
Qremmi mükafatının təqdimat tarixi bəlli oldu
11:56 22 Oktyabr 2020
Əlif Şəfəqi utandıran foto
11:16 22 Oktyabr 2020