[b]Fərda Xudaverdiyev: [/b]“Ailədə də məni qınayırlar”

[b]Fərda Xudaverdiyev: [/b]“Ailədə də məni qınayırlar”
12 oktyabr 2017
# 16:07

Kulis.az tanınmış aktyor Fərda Xudaverdiyevin müsahibəsini təqdim edir.

– Fərda, bir çox həmkarların tədbirlərə həyat yoldaşları ilə birgə gedir. Amma siz xanımınızı həmişə mediadan uzaq tutursuz. Köhnə kişilərdənsiz deyəsən?

– Kişinin köhnəsi, təzəsi olmur. Hər kişinin öz xarakteri var. Azad cəmiyyətdə yaşayırıq, kimsə hansısa tədbirə öz xanımı ilə gəlirsə, bu, onun şəxsi işidir. Mən sənətimlə gündəmə gəlmək istəyirəm, ailəmlə yox.

– Hamını güldürən Fərda evdə necə ata, həyat yoldaşıdır?

– Çox ciddi. Ailədə də məni qınayırlar ki, çöldə hamını güldürürsən, amma evdə çox qaraqabaqsan. Deyirəm, o mənim səhnə, bu isə real həyatımdır.

– Deməli, Fərda evdə gülürsə, hamı gülür, qanı qaradırsa, hamının qanı qaralır?

– Uşaqlarım məni bir baxışdan hiss edirlər, səs tonumdan bilirlər ki, artıq nəsə danışmaq olmaz.

– Bəs xanımınız?

– Eynilə…

– Xanımınıza qadağalarınız olurmu?

– Çox tələbkaram.

– Elə kişi var, evdə yeməyə görə dava salır. Yaxud da “köynəyimi niyə tez yuyub ütüləmədin” deyə iradları olur…Bəs sizdə vəziyyət necədir?

– Ən zəhləm gedən şey şalvar ütülənəndə xəttin salınmasıdır. O şalvarı həmin an parçalaya və ütünü sındıra bilərəm. Hətta elə şeylər olub da. Sonradan düzəldi. Sevdiyim bir köynəyi üç dəfə dalbadal geyinə bilərəm.

– Yemək məsələsində kapriziniz var?

– Nə olsa yeyirəm. Üçüncü sinifdə oxuyanda badımcan dilimi göynədib, həmin vaxtdan bu günə qədər badımcan yemirəm – nə salatını, nə qızartmasını.

– Uşaqlarınız səhvə yol verəndə, heç əl qaldırırsızmı?

– Hədlərini aşanda yüngül qulaqburması və çırtma olar. Atam ən əsəbi vaxtında başıma iki dəfə çırtma vurub – o da riyaziyyat öyrədəndə. Tormazlanmışam, o da əsəbiləşib, başımı çırtmalayıb.

– Bir çox kişilərin pulu arvadda olur. Bəs sizdə büdcəyə kim nəzarət edir?

– Mənim pulum həmişə özümdə olub. Amma nə lazımdırsa, alıb gətirmişəm. İcazəm olmadan kimsə pul götürüb nəsə alsın… belə məsələlərdə çox sərtəm. Mən işimdə gülürəm, evdə ciddiyəm.

– Evdəkilərin icazəsiz nəsə aldıqları vaxt olubmu?

– Elə şeylər var ki, sərt şəkildə demək olmur. Yumşaq formada deyirsən. Bir dəfə olub, irad bildirmişəm, bununla da məsələ bağlanıb.

– Üstünüzdə çox pul gəzdirirsiz?

– Yox.

– Niyə, itirməkdən qorxursunuz?

– Hə, pul itirməyə meylliyəm.

– Ən böyük məbləğdə pul itkiniz olubmu?

– Bir dəfə pulqabımı itirmişəm, içində 700 manat olub. Özü də o pul mənim özümün və ailəmin 20 günlük dolanışıq pulu idi. Ondan sonra bir toyum vardı. Ardınca Ramazan ayı başlanırdı, toylarım olmayacaqdı. Elə buna görə də o hadisə yadımda qalıb.

– Həyatınızda heç vaxt unutmadığınız ən pis gününüz hansı olub?

– Sevənlərimdən zərbə aldığım gün. Həyatımda belə günlər az olmayıb. Mən şir bürcündənəm və hər şeyə həssas yanaşıram.

– Dar gündə arxa çevirən dostların çox olub?

– Vaxt vardı telefonumda 6 min adamın nömrəsi yazılmışdı. 10 gündə 4 min nömrə sildim. Bunun da səbəbi vardı. Borca düşmüşdüm, təcili pul lazım idi. Ətrafımdakılardan istədim. Hansı ki, həmin adamlar bir oturuma 2-3 min hesab verirdilər. Şir bürcünün nümayəndələri elədir ki, ölər, amma özünü sındırmaz. Mən ailəm üçün bu addımı atdım. Hamısından da “qardaş, kaş bir az tez deyəydin, indi əlimdə yoxdur, sonra düzəldib verərəm” kimi bəhanələr eşitdim. Onda başa düşdüm ki, dost çətin gündə tanınar. Buna görə də çoxundan imtina etdim. Mənə elə insanlar lazım deyil. Bu gün ətrafımda ancaq bir-iki sadiq dostum var. Hansı ki, dar günümdə mənə əl uzadan onlar oldular.

Yenicag.Az

# 1279 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
#
#
# # #