news-inner
clock14:01 calendar-gray 10 Oktyabr 2017 view-gray366 dəfə oxunub
view-gray366 dəfə oxunub

Nizami farsdilli şairdir, amma... – YAZIÇILAR DANIŞIR

Bu yaxınlarda şirkətlərin birinə məxsus dəftərin üz qabığında Nizami Gəncəvi haqqında yazılanlar birmənalı qarşılanmayıb. Böyük şairin fotosunun altında bunlar yazılıb:

“Əbu Məhəmməd ibn Yusif daha çox Nizami Gəncəvi ləqəbi ilə tanınır. Orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır”.

Nizami Gəncəvinin həmişə fars şairi kimi təqdim olunması qalmaqala səbəb olub. İran Nizamini fars şairi kimi təqdim edir, ancaq çoxları düşünür ki, əsəri hansı dildə yazmaq önəmli deyil.

Bəs Nizami Gəncəvi hansı poeziyaya aiddir? Onu fars şairi kimi təqdim etmək doğrudurmu?

Kulis.Az məsələ ilə bağlı sorğu keçirib. Cavabları təqdim edirik.

Image result for aydın talıbzadə

Aydın Talıbzadə

Sənətşünas alim

- Nizami Gəncəvinin "Yeddi gözəl" əsərinin hermenevtik təhlilini vermiş bir adam kimi bunları deyə bilərəm: Nizami fəlsəfi, bədii düşüncənin elə bir zirvəsindədir ki, orada hər hansı bir "xalq", "millət", "etnos" anlayışı ona yapışmır və yaraşmır. "Poeziyanın Allahı" kimə mənsub ola bilər ki? Allah hamınındır. Bu, bir.

İkincisi: Orta çağların Yaxın Şərq dünyasında mövcud şair, alim, memar və filosofların hamısı islam mədəniyyətinin faktıdır və bu dönəmdə kim nə yazıbsa, farsca yazıb bir qayda olaraq, dövrün dəbinə müvafiq olaraq.

Üçüncüsü: Künyəsi Cəmaləddin Əbu Muhamməd, nisbəsi Gəncəvi, təxəllüsü Nizami, adı İlyas ibn Yusuf ibn Zəki Muayyəd olan şair Şeyx Nizami bizim Gəncədəndir, Azərbaycan torpağındandır və türkdür.

Dördüncüsü: İngiltərədə yaşayıb, ingiliscə yazıb Nobel mükafatı almış Kazuo İşiquronu ingilislər məgər yaponların əlindən ala bilərlər? Bu, absurddur. Çünki onun bütün əsərləri yapon kimi "nəfəs alır".

Image result for əsəd cahangir

Əsəd Cahangir

Tənqidçi

- Farsdilli poeziya başqadır, farsdilli ədəbiyyat başqa, fars poeziyası, fars şairi başqa. Bunlar ayrı-ayrı anlayışlardır. Nizami farsdilli poeziya nümayəndəsidir, amma fars poeziyasının nümayəndəsi deyil. Onun yazdıqlarında fars poeziyasından kəskin fərqlənən cəhətlər var: üslub fərqləri, metodoloji fərqlər, obrazlar sisteminin fərqliliyi. Fars şairləri daha çox virtual poeziyadan yazırdılar, realist yazmayıblar. Onlar virtual aləmdən yazıblar, mistikaya meyl ediblər. Nizami Gəncəvinin yazdıqları isə realizmə meyllidir. Onun əsərlərində canlı insan xarakterləri, realist mənzərələr, süjet var. Bu, o vaxt fars poeziyasına xarakterik deyildi. Türk, Azərbaycan poeziyasına xarakterik idi. O vaxtlar buna fars poeziyası deyil, Azərbaycan səpkisi, “səpki Azərbaycan” deyirdilər. Nizami Gəncəvi və Xaqani Azərbaycan səpkisinin iki ən böyük nümayəndəsi hesab olunur. Farsdillilər Nizami Gəncəvinin yazdıqlarına “türkanə” deyirdilər. Axsitan “Leyli və Məcnun”u yazmağı sifariş verəndə Nizamiyə demişdi ki, sən türkanə üslubunda yazma, fars poeziyasına xas üslubda yaz. Nizami də onun sözlərinə əsəbiləşmişdi. Nizami Gəncəvi fars şairi deyil, Azərbaycan şairidir. Dil faktoru zahiridir, həlledici fakt deyil. Məzmun etibarilə Nizami Gəncəvi Azərbaycan şairidir. İngilisdilli şairlər olub fransız dilində yazıblar, ancaq onlar fransız ədəbiyyatı sayılmırlar. Çingiz Aytmatov rus dilində yazıb, Çingiz Abdullayev rusca yazır, ancaq onlar rus ədəbiyyatı hesab olunmurlar. Eləcə Latın Amerikası ədəbiyyatı və s.

Image result for şəmşad ağa

Şəmşad Ağa

Yazar

- Nizami kimi dahi şəxsiyyətləri hanısa millətə bağlayıb xırdalamaq mümkün deyil. Nizami bəşəri şairdir, ümumilikdə isə Şərq fenomenidir. Onun fars kimi təqdim edilməsi də yanlışdır. O, farsdilli şeirin ən böyük nümayəndəsidir. Bu da dövrün tələbi olub. Nizami şeirin Nuh tufanıdır. Cami ona şeirin Allahı deyirdi.

Höte isə deyirdi ki, Nizamini 4 yerə bölsələr, Şərqin və Qərbin şairləri yığışıb onun bir parçasını daşıya bilməz. Baxın, görün dünya Nizamiyə hansı kontekstdə yanaşır, biz hansı baxış açısından...

Image result for şərif ağayar

Şərif Ağayar

Yazar

- Bu barədə Məmmədəmin Rəsulzadənin gözəl bir kitabı var: “Böyük Azərbaycan şairi Nizami”. Kim Nizaminin bir şəxs olaraq Azərbaycanlı olduğuna şübhə edirsə, o kitabı oxusun. O ki qaldı şair-romançı Nizamiyə, o, hamınındır. Və biz farsların, əfqanların, taciklərin Nizamini özlərininki hesab etməsini sadəcə sevinməliyik.

news-inner-user

19953 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

1937-ci ildə həbs edildi, sevdiyi qadını güllələdi, oğlunun boş tabutunu basdırdı... - Bağırov haqqında qeyri-adi faktlar
21:00 17 Sentyabr 2021
Azərbaycanlı skripkaçı birinci yerə çıxdı
19:16 17 Sentyabr 2021
"Arşın mal alan” Çində təqdim olunub - Fotolar
18:45 17 Sentyabr 2021
Məşhur İspan yazıçısı vəfat etdi
18:15 17 Sentyabr 2021
Azadlıq qılıncların oxuduğu nəğmədi – Rüstəm Behrudinin şeirləri
17:30 17 Sentyabr 2021
Təşəkkür edirəm ayaqlarımın səsinə - Yeni şeirlər
17:07 17 Sentyabr 2021
Sezen Aksudan yeni mahnı - Video
16:55 17 Sentyabr 2021
Məşhur tarzənə ev verildi
16:17 17 Sentyabr 2021
Bir sıra mədəniyyət işçilərinə fəxri adlar verildi - Siyahı
15:50 17 Sentyabr 2021
Deşikli daş pirinin möcüzəsi: İnanaq, yoxsa gülüb keçək?
15:30 17 Sentyabr 2021
Sənubər İsgəndərli yeni veriliş açır
14:10 17 Sentyabr 2021
Sevgilisi: "Vüqara yaraşmayan qadınlar qəbrinin üstündə hoqqa verir"
13:01 17 Sentyabr 2021
Narkotikaya qurşandı, cibindən 11 min manat oğurladılar, küçədə ağlaya-ağlaya pul diləndi – Oğlunun faciəsində Səyavuş Aslanın günahı
12:30 17 Sentyabr 2021
Vətənə əbədi köçün mübarək, Yaqub Zurufçu!
11:45 17 Sentyabr 2021
Bakirə qız axtaran debillər
11:10 17 Sentyabr 2021
Bakıda milli kitab sərgisi keçiriləcək – İlk dəfə
10:33 17 Sentyabr 2021
Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürülüb
09:48 17 Sentyabr 2021
Müəllifi bu mahnıya niyə sahib çıxa bilmir? – Plagiatın qurbanı olan “Bayatılar”ımız
09:00 17 Sentyabr 2021
Ölümünə aktyor, ölümünə inqilabçı... - Bir dahi portreti
21:00 16 Sentyabr 2021
Məşhur Amerika filmi yenidən çəkiləcək
18:51 16 Sentyabr 2021