Şairlərimiz beynəlxalq festivalda çıxış ediblər

Şairlərimiz beynəlxalq festivalda çıxış ediblər
5 oktyabr 2017
# 12:15

Azərbaycanlı gənc şairlər Fərid Hüseyn və Şəhriyar del Gerani Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bəyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında (3-7 oktyabr) iştirak edirlər.

Festivalın açılış mərasimində (3 oktyabr, Grand Pera) Şəhriyar del Gerani "Küçə uşaqlarına ithaf” şeirini Türkiyə türkcəsində səsləndirib. Şeir tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Gənc şair Fərid Hüseyn festival çərçivəsində (4 oktyabr) Əhməd Həmdi Tampınar Kitabxanasında keçirilən "Şeir akademiyası” panelində "Gənc şairlər şeirə necə başlamalı?” adlı müzakirədə iştirak edib. Türkiyəli məşhur şairlər Turan Koç və Oktay Tafralının moderatorluğu ilə keçirilən paneldə F.Hüseynin çıxışı maraqla qarşılanıb. Çıxışını orta əsr ədəbiyyatı ilə yeni dövr ədəbiyyatının müqayisəsi üzərində quran gənc şair fikirlərini konkret nümunələrlə əsaslandırıb. Fikirləri təqdirlə qarşılanan F.Hüseyn poeziya ilə bağlı digər paneldə də (əvvəlcədən çıxışı nəzərdə tutulmayan panelə) dəvət alıb. Bundan başqa F.Hüseyn oktyabrın 6-da şeir gecəsində iştirak edəcək. Pera Palas-da keçiriləcək tədbirdə Martin Pieker (Polşa), (Ali Thareb (İraq), Cengizhan Konuş (Türkiyə), Mahmoud Al-Taveel (İraq), Duygu Konyaktsın (Türkiyə) və F.Hüseyn şeirlər oxuyacaqlar. F.Hüseynin şeirləri üç dildə (Azərbaycan, Türkiyə türkcəsində, İngilis dilində) həm öz ifasında, həm də qiraətçilər tərəfindən səsləndiriləcək.

Bundan başqa, gənc şairlər Türkiyənin ən böyük ədəbiyyat auditoriyasına ünvanlanan, yüksək tirajlı "Karabatak” ədəbi jurnalının redaksiyasında və Türkiyədə böyük yayım şəbəkəsi olan, klassik Şərq və Qərb ədəbiyyatı nümunələri, habelə çağdaş Türkiyə ədəbiyyatının seçkin imzalarının əsərlərini yayımlayan və nəşr prinsipiallığı ilə ad qazanmış "Şule” nəşriyyatında da görüşdə iştirak ediblər. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələlərinin bünövrəsi qoyulub.

Xatırladaq ki, festivala Türkiyədən 30, xaricdən isə 20 gənc şair və yazıçı qatılıb.

# 3046 dəfə oxunub

Oxşar xəbərlər

"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

"O səs yaşadıqca mənim də ilk məhəbbətim yaşayacaq..." - Səhnəmizin kişi siması haqqında

11:15 30 oktyabr 2026
"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər