news-inner
clock14:36 calendar-gray 15 Sentyabr 2017 view-gray433 dəfə oxunub
view-gray433 dəfə oxunub

Mirzə Cəlil, Sabir, İsmayıl Şıxlı, İsa Hüseynov... bu xalqın yazıçıları deyil – Xanəmirdən SƏRT İTTİHAM

Kulis.az Xanəmir Telmanoğlunun "Siz kimsiniz, cənab Azərbaycan yazarları?" yazısını təqdim edir.

Ey Bakının bəkarətini pozan balayanlara bolluca qan qusduran, qarşısında düşmənin qəhrəmanı da qurumsaqlaşan qəvi bir qövmün qalına sahiblik edən Ərdəm, sənə salam olsun!...

İlahi məharəti ruha sarmaşan müəyyən tarixi günləri faciələrin ehtirasındakı girdabına yuvarlanmayaq deyə, xalqın mərifət savaşından şəhadət meydanına aparan metafizik müsafirliyini xatırlamadan üzərindən keçmək olmur.

Məsələn, təkliyinə Tibetin tanrılarından, kaylas dağlarının energetik dağarcığından tədarük görmüş türklər tərəfindən bağrının başı min illərdir bu millətin bayrağına təşnə Bakının fəthi tarixi 15 sentyabr gününə təsadüf edir.

Biz o günü xatırladıqda o günün şövqüylə Bakının fəthi təzələnir. Təzələnən fəthlər isə bizi (sinirləri tarım çəkilmiş milləti) tarix qarşısında oyaq tutur, ayıq-sayıq saxlayır, deyirlər. bu günü yazıya alanda, Ənvər Paşanın Osmanlı hərbi geyimində, üst dodağının üzərindəki qıvrım bərəsinə də erişilməyəcək eşmə buğlarla bəzənmiş, dibinə sakitliyi çökmüşdipdiri gözlərindəki nur onu düşündükcə kəhanətə birbaşa “yox!!!” hayqıraraq könlümü ovlayır.

Bu gənc, imperiya sevdalı enerjiylə dolu kişi, rəsmlərdən daha çox, çırağını haqqa tutan (haqqa çıraq vuran da derlər:-X.T.) canlı varlığıyla qarşımda dikilir. Heç bir hal və duruma yakışdırmayacağım bir tavrıyla dialoqa keçmək istəyir. Ancaq özümün bu kişinin nur dolu, zəka dolu, iman və eşq dolu varlığı qarşısında o dialoqa layiq birisi omadığımı həmişə dərk eləmişəm. Sonradan başa düşmüşəm ki, onun peydahlanan, qaybdan var olan o dialoqunun muhatabı mən deyiləm, şəhadətini yuxuya verib şımarmış şarlatanlığıyla şərlə qolboyun məscidlərdə, minarələrdə, minbərlərdə, zaviyələrdə, dərgahlarda, çiləxanələrdə, saqqallarda, təsbehlərdə, mərsiyələrdə, qəzəllərdə qıvrılan qosqoca Şərqdir.

O Şərqin bir parçası ayağının biri Təbrizdə, Bağdadda, birisi Dərbənddə, Borçalıda olsa da, gerçək azarı hələ də səngiməyən Azərbaycandır. Beləcə, mənim susqunluğum ucbatından ruhumu aləmlərə, bədənimi özgəliklərə “cəlayi-vətən” qəhriylə calayaraq heç vaxt ulusal meracına çıxa bilməmiş “mənlərim” in mələklərinin qanadları cayır - cayır yanıb. Beləcə, “mənlərimin” atəşə bürüncəyində, anlamağa başlayırsan ki, bu yurdun son 100 illik bir tarixinin başlanğıclarındakı alovudan geriyə qalan ocağın yerində üzərini kül basmış qor hələ də işım - işım işıldayır.

Ümidlər tükənmir, böyük turan sevdası həm yaxında, həm də uzaqda öz rüsxarını bu kişilərin nur dolu çöhrəsiylə göstərir. Bizlər o çöhrələrə layiqincə, könül dolusu, Azərbaycan dolusu öz sədaqət borcumuzu bəxş edə bilməmişik.

Dəhşətə baxın, o günlərdən 100 il də ötür. O dönəmin canlı şahidləri olmuş heç bir yazar və düşünür, nə Şərqin Napoleonu adlandırılan Ənvər Paşanı, nə də onun qardaşı Nuru Paşanı bir yazıyla da canlandıra, təsvir edə, təqdim edə bilməyib. Bu biganəlik hardan qaynaqlanır?Bu yurdun xalqı, bu yurdun yazar və düşünürlərindən qeyrətli, yaddaşlı, sədaqətlidir min kərə. Hələ də xalq arasında bir çox bölgələrimizdə Ənvər Paşayla, Nuru Paşayla bağlı şeirlər, mahnılar dillərdə dolaşmaqdadır. Bu yurdun yazarı heç vaxt bu xalqın yazarı olmayıb. Rusun, ərəbin, farsın, erməninin yazarı olub, türkün yazarı olmayıb bir kərə də. Minlərlə insan heç bir məcburiyyət olmadan sənin var olman yolunda canını odlara atsın, üstəlik şəhid olsun, üstəlik adsız qəhrəmanlıq tarixi yazsın, sən də dur, onun adını belə çəkmə, o tale məqamını qaçır, millətin real tarixinin yazılaşmasına heç bir şans vermə. Hanı Səməd Vurğunun, Rəsul Rzanın, Süleyman Rüstəmin, Süleyman Rəhimovun, Əli Vəliyevin, Mirzə Cəlilin, Sabirin, Mikayıl Müşfiqin, Mirzə İbrahimovun, İsmayıl Şıxlının, İsa Hüseynovun, Elçinin, Anarın, Əkrəmin, Ramiz Rövşənin, Çingiz Əlioğlunun Ənvər Paşası, Nuru Paşası, bu obrazları?

Yoxdur, ola bilməz də (Tiranlar yetirib tüpürcəklər qusduran). Bu tarix elə bir tarixdir ki, Arazbarısını, Zəminxarəsini oxuya-oxuya sinəsindəki dağı coğrafi dağa çevirən birbaşa Azərbaycan xalqının varlığıyla, taleyi ilə bağlı möhürü qeybdə qorunan bir məqamın genimizin sükutunda bundan sonra da məhşərə qədər oxunacaq bəstəmizdir.

Əgər bu tarixin varlığımızdakı dalğası, titrəşimi bu yazarların heç birinin sinirinə toxunmayıbsa, qələmində (bilgisayarında) yanğı oyandırmayıbsa, demək bunların heç biri gerçəkdən Azərbaycan yazarı deyil. Sizlər mənim nə vaxt yazarım olacaqsınız, anlamıram. Hansı məqamı, tarixi gerçəkliyi və millətin tale imkanlarının tarixdəki faciəsinə dönüşümünü gözləyəcəksiniz ki, bu yurdun yazarı olasınız?

Xalq, millət yoxdur. Xalq, millət heç vaxt olmayıb, olmayacaq da. Xalqla, millətlə bağlı bütün anlayış və düşüncələr, təsnifatlar boş və cəfəngiyyatdan ibarətdir. Millət də, etnos da, xalq da yazardır, qələmdir, onun yazdıqları və ortaya qoyduğu düşüncədir, estetik dəyərlədir.

Mən milləti, xalqı, etnosu və mədəniyyəti yazarda, yazıda, düşüncə və anlayışda dərk edib görürəm. İndi siz mənə deyin görüm, Ənvər Paşaları yazmayan, Ənvər Paşaların tarixi gerçəkliyə bəxş elədiyi uğurda, ya uğursuzluqda tükü tərpənməyən, qımıldamayan, əti ürpəşməyən bu yazarlar ordusu kimdir, nəçidir, hansı yuvanın bülbülləri, hansı yuvaların sona bülbülləridir, lütfən? Bu dövlətin, xalqın sizə verdiyi imtiyazlar sizləri həddən artıq “kübar, aristokrat, zadəgan” etmişdir, deyə bilərik. Olduqca namərdsiniz. Olduqca baş qatan, baş aldadan, zamanı bu xalqın halal tarixinə çevrilməsinin qarşısını alanlardansınız. Sizlərə nələr etmirlər, varlığınızın layiq olmadığı vəzifələr verilir, “xalqın qəzəb edamından qorunasınız” deyə ev-eşiklər verilir, oğruları, öz vicdan və yanğınızı seysmik zonalardan uzaqlaşdırmaq naminə səyahətləriniz təşkil edilir, dram əsərlərinizin yoxluğunu doldurmaq üçün el-oba sizin tamaşanıza baxsın deyə sizlərə yüksək turibunalar göstərilir, gələcək qarşısında “bəxş edilənlərin müqabilində” baxışları da ovlanmış oğul-uşaqlarınıza da həmçinin, sizlərə verilənin beş qatı (vücudunuzun boş qalan yerinə təpişdirilərək) verilir. Bəs sizlər niyə xilasını özgələrə, xeyrini düşmənlərə, əzab və köləliyi özünə bir namus, qeyrət kimi silah edinən bu xain xalq, bu mərhəmətsiz millət, bu etibarsız etnos, göylə-yerlə məzələnməkdən başqa çarəsi qalmayan bu mədəniyyət olmursunuz? Sizlər niyə xalq, millət, etnos, mədəniyyət deyilsiniz?

Siz kimlərsiniz, cənab Azərbaycan yazarları?

Not: Avropa oyunlarına poema, şeir yazanlar, hardasınız?

Metbuat.az

news-inner-user
Xanəmir

12 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Küçədə alça yeyən Arif Quliyev və təbəssümünü itirən uşaqlığımız
11:37 07 May 2021
Qətlə yetirilmək istərdim: Gecənin qaranlığında... Bıçaqla...
11:37 07 May 2021
Gənclik və qocalıq haqda ən gözəl şeir - Mətn
10:54 07 May 2021
Faiq Ağayev Arif Quliyevdən yazdı - Foto
10:17 07 May 2021
Müharibə futbol kimidir - Cəbrayıl Dövlətzadə haqqında roman
09:00 07 May 2021
Arif Quliyev vəfat etdi
01:53 07 May 2021
“Karlson” tamaşası onlayn göstəriləcək
19:00 06 May 2021
“Səhnədə” adlı müsabiqə elan olunub
18:35 06 May 2021
Yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – İslam Rzayev Zeynəblə oxumaqdan niyə imtina etmişdi? - Video
18:10 06 May 2021
“Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” monoqrafiyası çap olundu
17:21 06 May 2021
Kim bizi görüşdürüb öpüşdürə bilər? - Elzadan yeni şeir
16:36 06 May 2021
“Ata-anamın tanımadığı bir oğlanın qoluna girib getdim, yaxşı da elədim!” – Müsahibə
16:01 06 May 2021
Gənc yazıçının kitabı çap olundu
15:09 06 May 2021
Herman Hessenin povesti Azərbaycan dilində
14:36 06 May 2021
O qızın mənim 20 yaşımdakı barmaqları – Ulucay yazır...
13:50 06 May 2021
“Mənim arvadım sənin nəyinə lazımdır?!” – Ailəsindən qışqıra-qışqıra danışan “bomj” - Reportaj
13:10 06 May 2021
Tanınmış türk yazıçı vəfat etdi
12:25 06 May 2021
Aktrisa teatrların açılması ilə bağlı müraciət etdi: Görün nə cavab aldı?
11:52 06 May 2021
Meyxanaçı Kərim ağır vəziyyətdədir - Həkimlər evə qaytardı
11:21 06 May 2021
Fikrət Qoca getdi, geridə nəyi qaldı?
10:59 06 May 2021