news-inner
clock11:44 calendar-gray 15 Avqust 2017 view-gray203 dəfə oxunub
view-gray203 dəfə oxunub

“Heyf Nərimandan, nə yaşı var­dı” - ANIM

Bu gün görkəmli uşaq yazıçısı, publisist, tərcüməçi, “Günəş” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Nəriman Qoca bəy oğlu Sü­ley­ma­novun doğum günüdür. Nəriman müəllim 15 avqust 1930-cu ildə Qərbi Azər­­bay­can­da, Yuxarı Körpülü kəndində məşhur Qori seminariyasının mə­zunu ta­nın­­mış müəllim Qo­ca bəy Süleymanovun ailəsində dünyaya gəl­miş­di. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jur­na­­lis­tika bölməsini bitirmişdi. Elə həmin ildən “Pioner”, indiki “Günəş” jur­na­lın­­da əmək fəaliyyətinə başlamışdı. Ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri, mə­sul katib vəzifələrində çalışmışdı. Jurnalın baş redaktoru görkəmli şair Zey­­nal Cabbarzadə dünyasını dəyişdikdən sonra Nəriman müəllim jurnala rəh­­­bərlik etməyə başlamışdı. O, bu jurnalda fasiləsiz olaraq düz 43 il ça­lışmışdır. Ancaq bir həqiqəti də söyləmək lazımdır, Zey­nal müəllim səhhəti ilə əlaqədar ayda bir, ya iki dəfə redaksiyaya gələ bi­lir­di. Bu sə­bəb­dən Nə­ri­man müəllim faktiki olaraq kollektivə uzun illər idi ki, qey­ri-rəs­mi redaktorluq edirdi.

Nəriman Süleymanov taleyini bütünlüklə uşaq ədəbiyyatına həsr etmişdi. O, ədəbi fəaliyyətinə 1956-cı ildə “Azərbaycan pioneri” qəzetində dərc olun­muş kiçik bir hekayə ilə gəlmişdi. Elə həmin ildə də “Balaca atlı” adında ilk ki­tabını balaca oxucuların ixtiyarına vermişdi. Yaradıcılığı ərzində 15 kitabı işıq üzü görmüşdü. Sadə, aydın və oxunaqlı dili vardı. Dilimizin in­cə­lik­lə­rin­dən məharətlə istifadə edə bilirdi. Bu barədə filologiya elmləri doktoru, ta­nın­mış tənqidçi Vaqif Yusifli belə yazır: ”Nəriman Süleymanovun nəsri öz di­linin sadəliyi, üslubunun aydınlığı ilə də seçilir və onun əsərlərindən on­lar­la misallar gətirə bilərik ki, bu misallar müəllifin dilimizin incəliklərinə, xalq da­­­nışıq dili ilə ədəbi dilimizin vəhdətinə sübut olar.”

Bununla yanaşı, dünya xalqlarının qiy­mət­li əsərlərini di­li­mizə çe­vir­miş, on­larla uşaq cizgi filmlərinə sse­na­rilər yazmışdı. He­ka­­yələri müx­tə­lif dillərə tər­cümə olunmuşdu. Bir sıra öl­kə­lərdə uşaq ədə­biy­yatına həsr olun­muş bey­nəlxalq tədbirlərdə, simpoziumlarda respublikamızı lə­ya­qət­­lə təm­sil etmişdi.

Nəriman müəllimi uşaqlıqdan tanıyıram. Allah ona hər şey vermişdi. Mü­la­yim, yüksək mədəniyyətli, ədəb-ərkanlı, ün­siyyətcil, yaraşıqlı, bo­ylu-bu­xun­lu və maraqlı, incə yumoru olan işıqlı bir ziyalı idi. Onun ağ­zın­dan təsadüfi kəl­mələrin çıxdığını kimsə eşitməmişdi. Hər kəlməsinə fikir ve­rir­di. Ki­min­sə qəlbinə dəyməzdi. Bir sözlə, əsil bəy ba­­­lası idi. Atam söz dü­şən­də hə­mişə deyərdi ki, Qoca bəy kimi kişinin ai­lə­sin­də böyümüş insan başqa cür ola bil­məzdi. Onu tanıyanlar həmişə Nə­ri­man müəllimin yüksək mə­də­­niy­yə­tindən, qayğıkeşliyindən və sadəliyindən da­nışırlar.

Tale elə gətirdi ki, mən bir müddət “Günəş” jurnalında işlədim. Onun qay­ğısını, diqqətini gördüm, müəllimim, həyatda yol göstərənim oldu. Ara­mız­da böyük yaş fərqi olsa da mü­na­si­bət­lə­ri­miz dostluğa çevrildi. Böyük ürə­yi olan insan barədə o qədər danışmalı, yaz­malı xatirələrim var ki.

Nəriman müəllimlə axırıncı görüşümüzü yaxşı xatırlayıram. 1995-ci ilin aprel ayının əvvəlləri idi. Hərdən vaxtım olanda “Azərbaycan” nəşriyyatının 3-cü mərtəbəsində yerləşən “Günəş” uşaq jurnalı redaksiyasına gedir, kö­h­nə iş yoldaşlarımla görüşür, çayxanada qələm dostlarımla dərdləşirdim. Bir dəfə yenə yolum nəşriyyata düşmüşdü. Girişdə Nəriman müəllim böyük şai­ri­miz Məmməd Arazla söhbət edirdi. Məmməd Araz Nəriman müəllimin qol­la­rından tutmuşdu, aradabir özünə tərəf çəkir, nəsə deyirdi. Bir-biri ilə o qə­dər mehribancasına danışırdılar ki, mane olmaq istəmədim. Gözlədim. Və qəfildən hər ikisi məni gördü. Məmməd Araz dedi:

- Çoxdandır səni görmürəm, haralardasan?

Qısaca iş yerimi söylədim. Nəriman müəllim ona iş yerimi dəqiqliyi ilə dedi və məni təbrik etdi:

- Eşitdim işində irəliləyiş var, xeyirli olsun.

Məm­məd Araz məsələni bilən kimi məni təbrik etdi və dönüb Nəriman mü­­əllimə “oralarda qələm əhli nə qədər çox ol­sa, o qədər yaxşıdır, xeyirli-uğurlu olsun”, dedi. Nəriman müəllim böyük şairə tərəf döndü: - “Bax, nə istəyirsən, Məmməd müəllim də öz xeyir-du­a­sı­nı verdi, yaxşı olar, inşallah”.

Böyük hörmətim və rəğbətim olan insanların təbriki və xeyir-duaları məni çox sevindirdi, ürəkləndim. Təəssüf ki, bu mənim Nəriman müəllimlə so­nun­cu görüşümüz ol­du.

5 ap­­rel 1995-ci il, işdən çox gec, özü də yorğun qa­yıt­mışdım.

Atamın səsi hələ də qulağımdadır:

- “Heyf Nərimandan, nə yaşı var­dı”. Doğrudan da atam demişkən, nə yaşı vardı ki, 65 elə də böyük yaş deyil, axı. Qəbri nurla dolsun.

Nəriman Süleymanovun ölümündən 17 il keçir. Yaşasa 87 yaşı olacaqdı. Allah Elçinin və Azərin iş­lə­rini avand eləsin. Nəriman müəllimin özü­nə­layiq gözəl tərtibatlı, yüksək key­fiyyətli “Ruhlar çağırır” kitabını böyük tirajla çap etdirib təmənnasız res­pub­likamızın məktəblərinə, mə­də­niy­yət ocaqlarına pay­la­dı­lar. Qoy gənc­li­yi­miz, uşaqlarımız oxusun və böyük insanın ruhu şad olsun!

Elşad QOCA

Bakı,

14.08.2017-ci il.

news-inner-user

17074 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Üzeyir bəyin, Səməd Vurğunun, Əliağa Vahidin sevdiyi qadın – Leyla Bədirbəyli haqqında maraqlı faktlar
20:00 23 Noyabr 2020
Koronavirusla mübarizəyə həsr olunmuş beynəlxalq fotomüsabiqə elan olunub
18:49 23 Noyabr 2020
V Buktreyler Festivalının qalibləri mükafatlandırıldı
18:12 23 Noyabr 2020
Cümhuriyyət qadınları haqqında kitab çap olundu
18:00 23 Noyabr 2020
Aqil Abbas: "Oğlum dedi, ata, səni heç vaxt xoşbəxt görmədim"
17:20 23 Noyabr 2020
Berlin Film Festivalından 2021- ci il qərarı
16:45 23 Noyabr 2020
Xalq şairi: “Ad günümü unutmuşdum, uşaqlarım yadıma saldı” – Müsahibə
16:02 23 Noyabr 2020
Bob Dilan yəhudi olduğunu niyə gizləyirdi? – Yeni sənədlər
15:21 23 Noyabr 2020
Polad Həşimova həsr olunan kitab anasına təqdim olundu - Fotolar
14:41 23 Noyabr 2020
Qatillərinə baş daşından gülən adam
14:00 23 Noyabr 2020
Azərbaycanlı feministlərin sülh anlayışı - Güneydən yazrılar...
13:32 23 Noyabr 2020
Yavaş-yavaş ötür yaşım - Salamdan yeni şeir
12:52 23 Noyabr 2020
Rejissor Şuşadan film çəkmək üçün müraciət etdi
12:20 23 Noyabr 2020
Teatrdan qovuldu, heç vaxt evlənmədi, ruhi dispanserdə yatdı: Səməndər Rzayevin üç gün öncə intihar edən aktyor oğlu
12:10 23 Noyabr 2020
Məşhur serialların ulduzu vəfat etdi
11:35 23 Noyabr 2020
Maşınla qovaladğımız erməni qız
11:03 23 Noyabr 2020
Hazır ol qayıdışa - Şəhriyar Şuşaya şeir həsr etdi
10:30 23 Noyabr 2020
Qazax şairin bütün poetik yaradıcılığı Azərbaycan dilində
09:51 23 Noyabr 2020
Natəvanın kötücəsi: “Qohumları var-dövlət üstündə onu çox incidirdilər” – Müsahibə
09:00 23 Noyabr 2020
Azərbaycanın Xalq artisti evində huşsuz vəziyyətdə tapıldı
21:43 22 Noyabr 2020