[b]“O, başdan-ayağa müqavimətdir”[/b] - Aqşinin Salam Sarvan təbriki

[b]“O, başdan-ayağa müqavimətdir”[/b] - Aqşinin Salam Sarvan təbriki
10 avqust 2017
# 12:47

İtalyan filosofu Kroçe sənətin və elmin məqsədi kimi Gözəllik və Fayda anlayışlarını təklif edir; sənəti gözəllik maraqlandırır, elmi fayda. Dini isə gözəlliyin faydası maraqlandırır - bunu da Kroçenin təsnifatına mən əlavə edirəm gizlincə.

Salam Sarvan haqqında düşünəndə fikir başdan axan qan kimi bütün ədəbiyyat otağının döşəməsinə yayılır və biz bu gün ədəbiyyatımızın künclərini boş, ortasını dolu görürük, çünki bu gün onun məqsədi Gözəllik yaratmaq deyil, faydalanmaqdır. Şair və yazıçılarımızın yaradıcılığa canfəşanlıq kimi baxmasının sirri-xudası da budur. Salamın poeziyasında şair canfəşanlığı yoxdur; o, nə özünün şair obrazının qeydinə qalır, nə yazdığı şerin dayəliyini edir. Özü də hiss etmədən öyrədir ki, ədəbiyyatda hamıdan qabaqda getmək üçün, cəmiyyətdə hamıdan arxaya qalmalısan, yalnız bu yolla önündə çığır-bağırla gedənlərin hansı səmtə üz tutduğunu görə bilərsən. Təəssüf ki, Azərbaycan ədəbiyyatında şairi həmişə xalqın hüzurunda, oxucuya yaltaqlanan yerdə görmüşük. Sənətin seçimi isə heç vaxt xalqın seçimi ilə üst-üstə düşməyib. Xalqın sevdiyini ədəbiyyat qəbul etməyib, ədəbiyyatın sevdiyini xalq unutdura bilməyib. Salam ikincilərdəndir; hamı nifrət etsə belə şairdir, heç kim oxumasa belə şairdir, yazmasa belə şairdir.

Və son olaraq; Salam hər nə qədər içindəki yox olanı allahla doldurmağa cəhd göstərsə də o, bu əbədi yoxluğun fərqindədir, bəlkə də, hamımızdan çox fərqindədir. Zatən şairi şair edən də içində nəyinsə var olduğuna ümidsiz inamsızlığıdır. İnanandan şair olmaz! Çün şair bilən deyil, hiss edəndir. Bir fizik kainatın ölçülərini ölçür, şair isə bu ölçülərdə yaşayır. Yaradıcılığın səbəbi də bu ölçülərdə hər şeyin, hər kəsin yoxluğu, ya da bir gün yox olacağı hissiyyatıdır. Sənətdə buna fanilik duyğusu deyirlər. Şairi yazdıran “YOX”un olmasıdır. Şairlik bir az da Don Kixotluqdur, olmayanlarla döyüşdür. Yaratmaq “YOX”a qarşı müqavimətdir. Salam Sarvan başdan-ayağa müqavimətdir, o dərəcədə ki, hətta özü-özünü də öz müqaviməti ilə “YOX” etməklə məşğuldur. Ondan nə bizim xəbərimiz var, nə də allahın.

# 1945 dəfə oxunub

Oxşar xəbərlər

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

100 il əvvəl yazılanlar... - Nəcəf bəy Vəzirovun əsərləri bu gün aktualdırmı?

10:00 9 iyul 2026
"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

"Görünür, ağcaqanadlar müəllifi çox narahat edib" - Hekayə müzakirəsi

12:15 8 iyul 2026
Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

Ayasofiya qazisinin qara eynəyinin arxasında nə gizlənir? - Səlim Babullaoğlunun ən sirli kitabı haqqında

15:00 7 iyul 2026
"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

"İnsanın içində öldürdüyü uşaq" - Rüstəm Dastanoğlu

15:00 7 iyul 2026
İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

İnsan niyə qaranlığı seçir? – Mir Çingizin hekayəsində gizlənən həqiqət

16:31 6 iyul 2026
Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

Oxuduqca müəllifə inam artır, amma... - Vüsal Bağırlının "Vertrag"ı nə vəd edir?

18:47 3 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər