Həyat yoldaşı: “Əli Kərimin məzarını həbs eləyiblər” - MÜSAHİBƏ

Həyat yoldaşı: “Əli Kərimin məzarını həbs eləyiblər” - <span style="color:red;">MÜSAHİBƏ
17 iyul 2017
# 11:35

Bu günlərdə Əli Kərimin həyat yoldaşı Elza xanım şairin Göyçaydakı məzarının hasara alınması ilə bağlı müraciəti yayımlandı. Kulis.az məsələ ilə bağlı Elza xanımla əlaqə saxladı. Onun qısa söhbəti diqqətinizə çatdırırıq.

- Elza xanım, Əli Kərimin məzarının hasara alınması nə məsələdir?

- İcra başçısı başımıza oyun açıb.

- Necə oldu ki, vəziyyət bu yerə gəldi?

- AYB rəhbərliyi Göyçaya gəlmişdilər. Rəsul Rza mükafatı verəcəklərmiş. Təbii ki, rayona gələndə icra başçısı ilə də görüş oldu. İcra başçısı fikirləşib ki, Əli Kərimin məzarı parkdan çıxarılsın, sonra da fəxri xiyabanda dəfn olunsun. Fikrət Qoca ailəsi adından razılıq verib. Anar müəllim də deyib ki, lap yaxşı olar, Ənvər Məmmədxanlını da bura gətirmək olar.

- Siz onda razı idiniz? Ailənizin adından söz veriblər...

- Biz razı deyildik. Fikrət müəllim ailənin razılıq verdiyini deyib. Paşa (Əli Kərimin oğlu – red.) çox sərt danışıb icra başçısıyla. Deyib, əl vurma atamın qəbrinə. Sənə atamın qəbrinə əl vurmağı qadağan eləyirəm.

- Oğlu icazə vermədiyi üçün icra başçısı hasara alıb məzarı?

- Hə... Qırmızı kərpiclə qəbrin ətrafında divar hörüb. Əlini dustaq eləyib o divarların arasına. Əli Kərimin parkın girəcəyində heykəli var. O heykəli də götürüb lap küncə qoyub. Qəbri hasarlayıb, dörd tərəfinə divar çəkib, ev qurub orda, qapısını da bağlayıb. İndi də parkı əyləncə mərkəzinə çevirmək istəyir.

- Niyə belə etsin ki? Əli Kərimlə nə qəsdi-qərəzi var?

- Əli Kərim rəhmətə gedəndə Fəxri xiyabanda dəfn olunmasına icazə vermədilər. Çünki Əli Kərim partiyanın üzvü deyildi. Rəsul Rza Əlini sevən adam idi. Özü də partiyanın üzvüydü. Rəsul Rza o vaxt bu işi üzərinə götürdü. Göyçay qurtaran yerdə park saldılar. Rəsul Rzanın hesabına park salındı. İndi Yazıçılar Birliyində Rəsul Rza kimi kişi yoxdu. Əlinin şeirini sevənlər Əliyə qısqanclıq eləyirlər. Əli haqqında yazıb-pozurlar, amma qısqanırlar həm də. İcra başçısı da tək başına eləyə bilməz bunu. Yəqin arxasında biri var. Əlini sevməyən biri...

- Yerli camaatın reaksiyası necə oldu bəs?

- Açığı, yerli camaatın nəsə etdiyini eşitməmişəm. Göyçay Qazax deyil. Orda hansısa bir şairin heykəlinə, məzarına bu cür münasibət olsa yəqin ki, reaksiya verərlər. Ancaq Göyçayda ədəbi mühit zəifdir və təəssüf ki, belə məsələlərdə aktivlik göstərmirlər.

Mən hər mayın 19-u bu parka gəlirəm. Əli Kərimin ölüm günündə. Ürəyimə dağ çəkiblər. Paşa da yaman əsəbiləşib, sərt cavab verib icra başçısına, toxunmayın deyib atamın məzarına. İcra başçısı da Əli Kərimi türməyə salıb. Yenə deyirəm, inanmıram ki, icra başçısı bu işi öz başına eləsin. Sizi əmin edirəm ki, Əli Kərimi sevənlər də onu qısqanır. Mən Fikrət Qocaya dedim ki, ay Fikrət, niyə Əli Kərimin yubileyini keçirmirsiniz. Fikrət dedi ki, Əli Kərim xalq şairi deyil. Xəlil Rzanın, Məmməd Arazın xanımlarına prezident təqaüdü verirlər. İstəyirlər ki, Əli Kərimi itirələr.

- Hər halda məsələ ictimailəşib və yəqin ki, nəticəsi də olacaq.

- Öz adımdan ölkə başçısına məktubla müraciət elədim. Eyni hadisə Mikayıl Müşfiqin heykəlinin də başına gəlmişdi. İnanıram ki, bu məsələdə də dövlət öz gücünü göstərəcək. Bizim mədəniyyətimiz, dəyərli imzalarımız yiyəsiz deyil.

# 5196 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov”  adlı elektron məlumat bazası hazırlandı

“Azərbaycanın xalçaçı-rəssamı Lətif Kərimov” adlı elektron məlumat bazası hazırlandı

18:30 12 oktyabr 2026
Fransada oğurlanmış iki əsər tapıldı

Fransada oğurlanmış iki əsər tapıldı

18:00 12 oktyabr 2026
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

17:30 12 oktyabr 2026
Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

Məktəbə hücum, dini şüarlar, uşaqlar üzərindən aparılan təhlükəli oyun: Qanunsuz əməllərin arxasında hansı qüvvələr dayanır? - TƏHLİL

17:15 12 oktyabr 2026
Gül Mery:  "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

Gül Mery: "Amerikada Azərbaycan musiqisi çox bəyənilir"

16:45 12 oktyabr 2026
Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

Elnarə Akimova: "Azərbaycan heç bir dövlətin dini-siyasi təsir dairəsi deyil"

16:30 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər