news-inner
clock11:59 calendar-gray 04 İyul 2017 view-gray282 dəfə oxunub
view-gray282 dəfə oxunub

Türk əsgəri Əhməd bəy Ağaoğluna niyə müraciət etmişdi? – NADİR SƏNƏDLƏR

Kulis.az “Osmancıq Əhməd bəy Ağaoğluna niyə müraciət etmişdi?” məqaləsini təqdim edir.

Abid Tahirli

filologiya elmləri doktoru

doç.dr. Mehdi Gəncəli

(İstanbul)

Türk-islam dünyasının nadir zəka sahiblərindən və mücahidlərindən Əhməd bəy Ağaoğlunun bu rəsmi ötən əsrin 20-ci illərinin əvvəllərində nəşr olunan Türkiyə qəzetlərinin birindən götürülmüşdür.

Birinci Dünya Müharibəsində məğlubolanOsmanlı TürkiyəsiiləBöyük Britaniya arasında 1918-ci il oktyabrın 30-da bağlanmışMudrosmüqaviləsinə görə,TürkiyəCənubi Qafqaz, o cümlədən Azərbaycandanhərbi hissələrini çıxarmalıidi.Cənubi Qafqaz Böyük Britaniyanınnüfuz dairəsi elan olunur vənoyabrın 17-də Bakıya ingilis qoşunları yeridilir.N.Usubbəyov,Ə.Ağayev və M.Rəfiyevdən ibarət Azərbaycan nümayəndəheyətininİrandakıingilis qoşunlarının komandanıgeneral TomsonlaƏnzəlidəapardığıdanışıqlar səmərəsiz olur.General TomsonƏnzəlidən Bakıya yola düşməzdənəvvəl bir neçə bənddən ibarət bəyannamə iləçıxışedir və bildirir ki, noyabrın 17-si saat 10-a kimiBakıhəmtürk, həm dəAzərbaycan qoşunlarından təmizlənməlidir.

Bu xəbər Bakını erməni quldurlarından azad etmiş şanlı Qafqaz İslam Ordusunun əsgərlərini də məyus edir, onlar hər an canlarını fəda etməyə hazır olduqları Azərbaycandan - qardaş ölkədən ayrılmaq istəmirlər. Bir osmancığın Türkiyə və Azərbaycan tarixində misilsiz xidmətləri olan Əhməd bəy Ağaoğluna ünvanlandığı məktub bu duyğuların tərcümanıdır.

Yeri gəlmişkən qeyd edək ki, bu məktubun izinə 2015-ci ildə Türkiyəyə səfər zamanı əldə olunan «Avukat Süreyya Ağaoğlu. Bir ömür böyle geçti» (Arşiv kataloqu. 1898-1992) adlanan və nadir sənədlərin toplandığı dəyərli kitab-kataloqu (Qadın Əsərləri Kitabxanası və Bilgi Mərkəzi Vəqfi. İstanbul Barosu yayınları, 2010. 520 səh.) əldə etdikdən sonra düşmüşdük. Katoloqa Əhməd bəy Ağaoğlunun qızlarından yalnız Şərqin, Türk-İslam dünyasının ilk qadın vəkili, hüquqşünası Sürəyya Ağaoğluna (1903, Şuşa-29 dekabr 1989, İstanbul) aid sənədlər əksini tapmışdır.

Tezər və Gültəkin xanıma məxsus şəxsi sənədlərlə bağlı məlumatlar kataloqa daxil edilməmişdir. Peşəkarlıqla tərtib olunmuş kataloqda Sürəyya xanıma aid 5 minə yaxın şəxsi sənəd haqqında məlumat mövzuya uyğun təsnif edilərək nəşr olunmuşdur (ətraflı bax: Abid Tahirli. Türkiyə tarixində iz qoyan bacılar. "Ədəbiyyat qəzeti", 23 yanvar 2016; modern.az, 24 yanvar 2016.)

Kataloqda əksini tapan ailə şəkilləri, məktublar, iş sənədləri, vizitkalar, pasportlar, gündəliklər, qəzet kəsikləri, broşür və digər rəsmi sənədlər bu gün mühüm tarixi və ictimai əhəmiyyət kəsb edir. Kataloqa «Ön söz» yazan prof.dr. Bəkir Kamal Ataman bu barədə bəhs edərkən fikrini belə ifadə etmişdir: «Ailənin şəcərəsi Osmanlı imperatorluğundan bugünədək Türkiyənin ictimai həyatına çox önəmli töhfə vermiş bir ailə ilə tanışlığa vəsilə oldu».

15 Teşrin-i sâni [noyabr] 1918

Muhterem Ahmed Beyefendi

Bütün Türk ordusunun Bakü’yü alelacele [təcili olaraq] tahliye etmesi [tərk etməsi], zabıtan [zabitlər] misafirhanesinin akşam boşaltılması, Osman’la beni hayli düşündürdü ve biraderiniz Hüseyin beyle ba’de’l-müzakere [müzakirədən sonra] muvakkaten [müvəqqəti olaraq] Gence’ye gitmeye karar verdik. Ol tarafa pek az para ile hareket ediyoruz. Avdetiniz akabinde [siz döndükdən sonra] bize süratle talimat-ı lâzıma [lazımi təlimatı] vereceğinizi ümit ediyoruz. Adresimiz Gence’de Samed Bey Yusufbeyof vasıtasıyladır. Bendeniz gerçi müsait şerait tahsisinde Kafkasya’da çalışmak taraftarı olsam da, Osman Cevri, ailesini düşünmekten adeta daüssılaya [vətən həsrətinə] uğradı. Gece gündüz İstanbul’u, çoluk çocuğunu düşünüyor ve Ahmed bey müsaade etse de İstanbul’a gidebilsem diyor.

Ellerinizi öperiz muhterem Ahmed Beyefendi

Tevfik (soyadı oxunmur)

Təbii sual çıxır: Osmancıq niyə məhz Əhməd Ağaoğluna müraciət edir, ondan təlimat gözləyir, icazə istəyir?

Bu məktub - tarixi sənəd bir daha Qafqaz İslam Ordusunun müşaviri, bütün türk-islam dünyasının ədəbi-mədəni və ictimai-siyasi fikir tarixində diqqətəlayiq yer tutan Əhməd bəy Ağaoğlunun nüfuzundan, onun Qafqazda cərəyan edən hadisələrə təsir gücündən xəbər verir.

Bu sənəd, həm də onu deməyə əsas verir ki, Qafqaz İslam Ordusunun Azərbaycanda bütün fəaliyyəti Əhməd bəyin tam nəzarəti altında həyata keçirilmişdir.

news-inner-user

16761 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Füzulidən olan 82 yaşlı şair: “Evim dağılıbsa, kolun dibində yaşayaram” – Müsahibə
09:00 21 Oktyabr 2020
Kinematoqrafçılar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:44 20 Oktyabr 2020
Mahnı bitənəcən qayıdacam
18:02 20 Oktyabr 2020
Gecə yarısı bir qız məktub yazır səngərə... - Cəbhədə olan zabitdən şeirlər
17:21 20 Oktyabr 2020
Zəngilanlı aktyor: "İlk dəfədir var olduğumu hiss edirəm"
16:33 20 Oktyabr 2020
Məşhur aktyor xərçəngə tutulub
15:51 20 Oktyabr 2020
Mehdi Hüseyn onun qollarında can verdi, yoldaşının danışdığı yalan ömrünü 7 il uzatdı, bir şeirlə tarixdə qaldı – Maraqlı faktlar
15:08 20 Oktyabr 2020
Günay İbrahimli: "Ən böyük arzuma çatdım"
14:25 20 Oktyabr 2020
Kuklada uşaqlar üçün tamaşa
13:42 20 Oktyabr 2020
Rusiyanın tanınmış aktrisası vəfat etdi
13:01 20 Oktyabr 2020
“Qəbiristanlığa qaçacam, atama salam verməyə...” – Kəndləri alınan yazıçılar ora necə qayıdacaqlar? - Sorğu
12:20 20 Oktyabr 2020
Balasının meyitini qucaqlayan ata – Allaha suallar
11:41 20 Oktyabr 2020
Qadını yırtıcıya çevrilən xalq – Elçin yazır…
11:01 20 Oktyabr 2020
“Çiçek taksi”nin Abuzeri həbsdən çıxdı
09:58 20 Oktyabr 2020
Balıq ovunda dəhşətli peşmanlıq – Yeni hekayə
08:55 20 Oktyabr 2020
Filmimiz Parisdə nümayiş olundu
18:49 19 Oktyabr 2020
Rəssamlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:11 19 Oktyabr 2020
Niyə inşa edilmişdi, üstündən kimlər keçdi? - Xudafərin körpüsü
17:28 19 Oktyabr 2020
Azərbaycanlı yazıçı koronavirusa yoluxdu
16:52 19 Oktyabr 2020
Az qalıbdır, Qarabağı qucmağa - Ordumuz haqda şeirlər
16:07 19 Oktyabr 2020