"Əli və Nino" filmi ABŞ Dövlət Departamentində

"Əli və Nino" filmi ABŞ Dövlət Departamentində
3 iyul 2017
# 00:14

Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları (The Associates of the American Foreign Service Worldwide) Assosiasiyasının təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin əsas zallarından biri olan Corc Marşal Auditoriyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə çəkilmiş "Əli və Nino" filmi nümayiş olunub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə çoxsaylı ABŞ Dövlət Departamentinin əməkdaşları, Vaşinqtonda akkreditə olunmuş səfirlər və ictimai xadimlər iştirak edib.

Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının proqram direktoru Şeyla Svitzer çıxış edərək filmin Qurban Səidin “Əli və Nino” romanı əsasında çəkildiyini və iki gənc arasında yaşanan sevgi hekayəsindən, eləcə də, Birinci Dünya müharibəsi ərəfəsi və müharibə dövründə Azərbaycanda və eləcə də, ümumilikdə Qafqaz regionunda baş verən hadisələrdən bəhs etdiyini qeyd edib.

Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının prezidenti Coanna Asanasopoulos Oven çıxış edərək “Əli və Nino” filminin ABŞ Dövlət Departamentində nümayiş olunması üçün göstərdiyi dəstəyə görə Azərbaycanın ABŞ-dakı Səfirliyinə minnətdarlığını bildirib. O, Oskar mükafatçısı Asif Kapadianın rejisoru olduğu “Əli və Nino” filminin çəkilişində məşhur beynəlxalq kino ulduzlarının, eləcə də, Mandi Patinkin, Adam Bakri, Maria Valverde və Halit Ergencin yer aldığını diqqətə çatdırıb.

Səfir Elin Süleymanov çıxış edərək “Əli və Nino” filminin ABŞ Dövlət Departamentində nümayiş etdirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd edib. O “Əli və Nino” romanının tarixi əhəmiyyətindən danışaraq azərbaycanlı və gürcü olan iki gəncin birgə və azad yaşamaq üçün mübarizə apardıqlarını, Azərbaycanın müstəqilliyi naminə böyük qurbanlar verdiklərini və bunun da hazırkı gənc nəsillər üçün bir nümunə olduğunu vurğulayıb. E.Süleymanov filmdə də göstərildiyi kimi dövlət müstəqilliyin həm Azərbaycan, həm də Gürcüstan xalqı üçün qürur mənbəyi olduğunu bildirərək ABŞ tərəfinin bu amilə xüsusi diqqət yetirməsini tövsiyyə edib. Səfir, adıçəkilən roman əsasında çəkilmiş “Əli və Nino” filminin regionumuzdakı milli kimliklərin və onlar arasında qarşılıqlı münasibətlərin başa düşülməsi üçün maraqlı təqdimat rolunu oynaya biləcəyini qeyd edib. E.Suleymanov həmçinin əsərin ərsəyə gəlməsində əməyi keçmiş filmin yaradıcı heyətinə, eləcə də, icraçı prodüser Leyla xanım Əliyevaya dərin təşəkkürünü ifadə edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentində ilk dəfə olaraq nümayiş etdirilən “Əli və Nino” filmi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və onlara dərin emosional təsir bağışlayıb.

# 2589 dəfə oxunub

Oxşar xəbərlər

Cudi Dençdən etiraf:  daha filmlərdə çəkilə bilməyəcək

Cudi Dençdən etiraf: daha filmlərdə çəkilə bilməyəcək

10:01 23 oktyabr 2026
Cudi Denç “Pişiklər” filmini tənqid etdi:  “İstedadın və etimadın israfı”

Cudi Denç “Pişiklər” filmini tənqid etdi: “İstedadın və etimadın israfı”

12:40 22 oktyabr 2026
“Soyuq müharibə”nin rejissoru yeni filmlə qayıdır

“Soyuq müharibə”nin rejissoru yeni filmlə qayıdır

11:00 22 oktyabr 2026
"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

"Məğlubedilməz"in ulduzu xəstəxanaya yerləşdirildi

17:00 21 oktyabr 2026
Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında

17:00 21 oktyabr 2026
"The Wicker Man" filminin pərdəarxası

"The Wicker Man" filminin pərdəarxası

15:00 21 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər