Vaqifin “bacısı”

Vaqifin “bacısı”
12 sentyabr 2011
# 10:51
Bizi açıq-saçıq, əxlaqsız əsərlər yazmaqda ittiham edirlər.

Nə yazırıqsa, orada intim, açıq-saçıq bir nüans tapıb ucuzluğa gedirlər.

Bizi mentalitetə zidd yazılar yazmaqda günahlandırırlar; bizi adət-ənənələrə qarşı getməkdə günahlandırırlar.

Əlli min işarəlik hekayədə, beş bəndlik şeirdə bir dənə açıq-saçıq cümləyə, misraya görə yerdən-yerə vururlar.

Hər dəfə də bizə əski yazarları, şairləri onların əşarını, əsərlərini misal gətirirlər.

Bizi pozğun hesab edirlər.

Alın bu da sizə pozğun şeir.

Gədə, mən qurban olum qaşları kaman bacına,
Belə bir şux baxan kirpiyi peykan bacına,
Məməsi misli-şəkkər, gözləri ceyran bacına,
Dişi dür, ağzı sədəf, ləbləri mərcan bacına,
Məst damənkəşü xandənü xuraman bacına.


Bu şeri bizim zamanda kim yazsaydı qarnında bir bıçaqlıq dəlik “qarantili” idi.

Maşallah ki, əcəb hüsnü-camal sahibidir,
Qəbğəbü zülfü zənəxdan, xətü-xal sahibidir,
Özü bir afəti-can, qəmzəsi qal sahibidir,
Gün kimi nemətü-xubluqda kamal sahibidir,
Bizi bir çaştə qonaq etsə, nə nöqsan bacına?


Bunu kim yazsaydı, ona binamus, biqeyrət damğası vurar, palaz-palaz şərhlərlə təhqir edərdilər.

Görmüşəm gözlərini-nərgizi-məstanə kimi,
Gecə-gündüz gəzərəm çölləri divanə kimi,
Ələ düşsə, dönərəm başına pərvanə kimi,
Parə-parə ciyərim eyləmişəm şanə kimi,
İstərəm sarmaşam ol zülfü pərişan bacına.


Şərhlərə bunu da əlavə edərdilər; bu da şerdir yazırsız.

İltimas et ki, ona bəsdir, a zalim, bu qədər,
Bir əzizəm, məni incitməsin, Allahı sevər,
Qorxuram, ahə düşə, eyləsin, əlbəttə, həzər,
Bitəkəllüf sizə çox-çox gəlibən getsəm əgər,
Məni mən eyləmə kim, aşiqəm, oğlan, bacına.


Bizim Nizamimiz, Füzulimiz, Vaqifimiz var. Onların yerinə Qərb yazarlarından örnək alırsız deyərdilər.

Ərz edim ki, bu da elə Molla Pənah Vaqifin şeiridir.

Gedibən əqlü-huşum, namusu arım kəsilib,
Olmuşam maili-mey rahi-güzarım kəsilib,
Xubların rozeyi-kuyində mədarım kəsilib,
Vaqifəm, onun üçün səbrü qərarım kəsilib,
Olmuşam, ərz eləyim, valehü-heyran bacına.


Sevinc Pərvanəni bir vaxtlar “Atamın xatirəsinə” görə tənqid edənlər Vaqifə bu şerə görə “binamus” damğası vurmazdılarmı?
# 3078 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #