news-inner
clock12:41 calendar-gray 23 İyun 2017 view-gray208 dəfə oxunub
view-gray208 dəfə oxunub

Universitetə şortiklə getmək olarmı? – MÜZAKİRƏ

Azərbaycan Universitetinin tələbələrindən biri şortiklə universitetə daxil olmaq istəyərkən təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona bu geyimdə universitetə gəlməməsi ilə bağlı xəbərdarlıq edilib. Bu hadisə dünəndən sosial şəbəkələrdə müzakirə olunur.

Ümumiyyətlə, təhsil müəssisələrində tələbənin geyiminə müdaxilə etmək nə dərəcədə doğrudur? Kulis.az bu məsələ ilə bağlı sorğu keçirib. Cavabları təqdim edirik.

Təhsil eksperti Etibar Əliyev

Bilirsiniz, elə geyimlər var ki, istər oğlanlarda olsun, istər qızlarda bizim mentalitetə görə qəbuledilməzdir. Mən bu yaxınlarda Oksford Universiteti haqqında bir kitab oxuyurdum. Həmin kitabın müəllifi yazır ki, Oksford Universitetinə kənardan baxanda tələbələrin xarici görünüşləri, davranışları bir-birinə çox bənzəyir. Çox güman ki, həmin tələbələrin əllərində çanta olur və müəyyən olunmuş geyimlərlə universitetə gəlirlər. Yəqin ki, o tələbələr şortik geyinməyib orda. Ümumiyyətlə, ali məktəb müəssisələrində, orta məktəblərdə, tələbələr, şagirdlər üçün vahid geyimlər mövcuddur. Məhz buna görə də xüsusən tələbələr geyimlərini korrektə etməlidirlər. Mən hesab edirəm ki, uzun saqqalda və şortikdə ali məktəbin içərisinə daxil olmaq yolverilməzdir. Təhsildə davranışın və geyimlərin də təsiri var. Bu cür geyimlər təhsil müəssisələrində qəbul olunmur, qıcıq yaradır. Mən hesab edirəm ki, belə hallar olmamalıdır. Buna görə də Azərbaycan Universitetinin rəhbərliyinə haqq qazandırıram. Təəssüflə bir məsələni qeyd edərdim ki, bizim tələbələrin əlində adətən kitab olmur. Onlar nazik, mühazirə yazdıqları dəftəri daşıyırlar. Kitab mağazalarında tək-tük tələbə ilə rastlaşmaq olar. Çox istəyərdim, onları kitabla görüm. Bir daha təkrar edirəm ki, tələbələr davranışlarında və geyimlərində müəyyən standartlara tabe olmalıdır.

Fizik Yalçın İslamzadə

Biz Türkiyədə təhsil aldığımız ilk ildə, tələbələrimizin bir çoxu dərsə kostyum geyinməyə çalışırdılar. Türkcə və ingiliscə hazırlıq kurslarında yerli tələbələrin rahat geyinmələri ilə müqayisədə, kostyum geyinmiş bir tələbə həddən artıq ciddi görünürdü. Ancaq qısa müddətdə dərsə rahat geyinmənin müəllimlərə və ya akademik disiplinə hörmətsizlik olmadığını anladıq. Orta məktəbdən fərqli olaraq, yetkinlik yaşına çatmış insanların azad insan olmağı öyrənəcəkləri ilk müəssisə olan universitetdə geyimin kontrol edilməyə çalışılması bu müəssisələrin mahiyyətinə ziddir. Universitetlərdə geyimin inzibati üsullarla tənzimlənməyə çalışılması cəmiyyətdə rahat geyimə, əslində gənclərin rahatlığına olan aqressiyanın təzahürüdür - bir zamanlar cins şalvar geyən oğlanlar, ümumiyyətlə şalvar geyən qızlar ictimai yerlərdə açıq qınağa məruz qalırdılar. Yaşlı nəsil daima hörmət tələb edir və onlar düşüncənin azadlığı kimi geyimin azadlığını da hörmətsizlik kimi başa düşürlər. Hörməti isə inzibati üsullarla qazanmaq mümkün deyil. Dərsini maraqlı keçən, tələbələrin bilik almasına nail olan və bu biliyi obyektiv dəyərləndirən istənilən müəllim hörmət görəcək. Ancaq 50 il eyni mövzunu, sxolastik mətn kimi maraqsızca təkrar edən müəllimin, özünü yeniləməkdənsə gəncləri qocaltmağa çalışması işinin mahiyyətindən yayınmasıdır. Türkmənistanda universitetlərdə uniforma tətbiq olunur, oğlanlar tünd rəngli kostyum, qızlar milli paltar geyməlidirlər. Diqqət etsəniz, orta əsrlər təfəkkürünə meylli cəmiyyətlərdə nə düşüncə, nə də geyim azadlığına tolerant yanaşılmır. İnsan bədəninin rahatlığı və düşüncə sərbəstliyi eyni dərəcədə yolverilməz sayılır. Avropa renesansının mərkəzləri universitetlər idi. “Nə üçün Osmanlı və Çin Avropadan daha inkişaf etmiş olduğu halda elm Avropada yarandı?” sualına verilən cavablardan biri, Çində mandarin, Osmanlıda üləma sinfinin təhsili kontrol etdiyi halda, Avropada universitetlərin azad olmasıdır. Cəmiyyət inkişaf etdikcə azadlıqlar artmalıdır, azalmalı deyil. Rahat geyim isə başqalarına hörmətsizlik deyil. Universitetdə həqiqətən bilik öyrədilirsə, tələbənin performansı obyektiv imtahanla ölçülürsə, məzun olduqdan sonra sahəsində mütəxəssis olub cəmiyyətə fayda verəcəksə, ora hansı geyimlə gəlmənin nə mənası var?

Filosof Müşfiq Ötgün

Hər halda plyaj geyimində getmək olmaz universitetə. Müəyyən dresskod olmalıdır. Müəssisənin funksionallığına uyğun. Tədris müəssisəsidir, qədimlərdə, məsələn, Avropa universitetlərində müəllimlər və tələbələr üçün ciddi dresskod var idi. İndi daha sərbəstdirlər.

Bu məsələdə indi ən vacib olanı Azərbaycan tələbəsini qərbli yaşıdlarından daha az azadlığa salmamaqdır. Bu məqamı ağrılı yaşayır gənclərimiz. Eyni ilə bu müəllimlərə də aiddir. Qərbli həmkarlarının sviterdə, cinsdə dərs dediyini görən bizim qalstuklu kostyumlu müəllimlər də müəyyən sıxıntı hiss etməlidirlər davranışlarında.

Yazar Cəlil Cavanşir

Düşünürəm ki, tələbələrin geyiminə, saç düzümünə, kosmetikasına və sair dəxilsiz məsələlərə müdaxilə etməkdənsə, tələbəyə azad mühit, müasir təhsil üçün şərait yaratmaq lazımdır. Adətən avtoritar yanaşma tələbənin təhsil keyfiyyətinə mənfi təsir edir. Çox təəssüf ki, universitetlərimizdə bu cür faktlar həddindən artıqdır. Tələbənin geyiminə müdaxilə edənlər, onların təhsil şəraitini yaxşılaşdırmaq barədə düşünmür. Məncə tələbənin azadlığına, geyiminə qarışmaq yanlışdır.

news-inner-user

18027 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Tanınmış müğənni Qarabağ şəhidlərinə klip həsr etdi - Video
18:50 25 Fevral 2021
Devid Finçerdən yeni film
18:06 25 Fevral 2021
Üç oğlu müharibədən qayıtmayan kişi - Ramiz Rövşənin hekayəsi
17:19 25 Fevral 2021
“Xocalı-Tarixi Ədalət” adlı sərgi açılıb
16:34 25 Fevral 2021
Əməkdar artistdən Xocalı kompozisiyası - Fotolar
15:50 25 Fevral 2021
Yaxşı-yaman İlhamə Quliyeva
15:01 25 Fevral 2021
"Qızıl Qlobus"a korrupsiya ittihamı
14:22 25 Fevral 2021
Sevdiyim qızdan ayrıldığım o qarlı gün...
13:39 25 Fevral 2021
Seymur Baycandan meyxana azarkeşlərinə sərt tənqid: "Bir gün..."
12:33 25 Fevral 2021
Rəsulzadənin doğum tarixini yanlış bilirik: İlginc arxiv materialları - Foto
11:54 25 Fevral 2021
20 yaşlı yazıçı mənzilində ölü tapıldı
11:12 25 Fevral 2021
... olsaydım – Alov İnannadan yeni şeir
10:30 25 Fevral 2021
Azərbaycan kitabları Fransa Milli Kitabxanasında
10:01 25 Fevral 2021
Azad medianın yaratdığı totalitarizm – Aqşin yazır...
09:01 25 Fevral 2021
Varisin romanı Özbəkistanda çap olundu - Foto
08:37 25 Fevral 2021
Musiqili Teatr Xocalı haqqında film çəkdi - Video
18:56 24 Fevral 2021
Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Abdulla Şaiq haqqında maraqlı faktlar
18:12 24 Fevral 2021
Yeni iddia: Kennedini Xruşşov öldürdüb
17:35 24 Fevral 2021
Qar yağanda ortaya çıxan 10 azərbaycanlı tipi
16:50 24 Fevral 2021
Azərbaycanda yeni teatr yaradıldı
16:02 24 Fevral 2021