Qafqaz altımdadır – PUŞKİNİN ŞEİRİ

Qafqaz altımdadır – PUŞKİNİN ŞEİRİ
6 iyun 2017
# 10:15

Bu gün dahi rus şairi Aleksandr Puşkinin ad günüdür. Kulis.az “Təqvim” rublikasında Abbas Səhhətin tərcüməsində A.Puşkinin “Qafqaz” şeirini təqdim edir.

Qafqaz altımdadır, ən müdhiş olan zirvədə mən

Tutmuşam tək uçurum qarlı dağ üstündə qərar

Qaraquş uçmağa qalxarsa uzaq bir təpədən,

Nə qədər yüksək uçarsa, yenə dövrəmdə uçar.

Buradan mən görürəm çeşmələri qaynamada,

Şübhəli, qorxulu uçqunları ilk oynamada.

Burda, məndən aşağı, göydə bulud oynaqlar;

Arasından buludun dağda su qaynar, çağlar.

Görünür onların altında böyük qar qayalar Onun

altında zəifcə, qurumuş kol-kos var.

Daha ondan aşağı rəngi yaşıl ormanlar,

Orda quşlar ötər, ətrafı gəzər ceyranlar.

Sığınıb dağda tikilmiş komaya insanlar,

Dırmaşır sərt qayalar üzrə bütün heyvanlar.

Yüyürür dağ aşağı orda çoban da dərəyə;

Necə məftun olur insan bu gözəl mənzərəyə. Orda

kim, daim Araqva çayı qəltan-qəltan Çarparaq

kölgəli sahillərə eylər cərəyan,

Dar keçid içrə fəqir atlı da pünhan görünür, Orda

şiddətlə Terek nəhri xuruşan görünür. Oynayır, cəng

eləyir dar qayalarla döyüşür, Acımış, dalğaları,

daşları çeynər, ötüşür.

Təmə görmüş qəfəsi-ahən içindən san şir Çırpınır,

gərniş edir sahili, guya, gəmirir.

Leyk, əfsus! Nə var təmə onunçün, nə sürur, Onu

müdhiş qayalar hər iki yandan da sıxır.

# 9796 dəfə oxunub

Oxşar xəbərlər

"Sən də bilmə, Lavinia..." - Özdemir Asaf məşhur şeirini kimə yazmışdı?

"Sən də bilmə, Lavinia..." - Özdemir Asaf məşhur şeirini kimə yazmışdı?

18:21 11 iyun 2026
"Mətnlərə bərbər kimi yanaşan redaktorlar..." - Yaxşı roman necə ərsəyə gəlir?

"Mətnlərə bərbər kimi yanaşan redaktorlar..." - Yaxşı roman necə ərsəyə gəlir?

12:00 11 iyun 2026
Adı əlindən alınan tatar şair - O, niyə Sibirdə çobanlıq etməyə məcbur olmuşdu?

Adı əlindən alınan tatar şair - O, niyə Sibirdə çobanlıq etməyə məcbur olmuşdu?

14:00 10 iyun 2026
"Moizə xalqı avam saxlamaq üçündür!" - Məmməd Cəfər ruhanilər barədə nələri yazmışdı?

"Moizə xalqı avam saxlamaq üçündür!" - Məmməd Cəfər ruhanilər barədə nələri yazmışdı?

12:00 10 iyun 2026
Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

Ruhun dirilişi və insan ləyaqətinin qayıdışı - Günah yalnız bir nəfərin boynundadırmı?

10:00 7 iyun 2026
"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər