writer1

Təranə Fazilqızı

Məqalə sayı

20
clock12:25 calendar-gray 03 May 2017 view-gray256 dəfə oxunub
view-gray256 dəfə oxunub

Mirzə Cəlilin kitablarını yandıran oğlan

Kulis.az Təranə Fazilqızının “Dünya fironun gözündə” yazısını təqdim edir.

Müqəddimə:

Fironun həyatıyla tanışlıq elektrik qatarında baş verir. Çox vaxt eyni sərnişinlərin getdiyi məkanda hər kəs bir-birini qiyabi də olsa tanıyır. Xəstəhal görkəmi, donuq gözləri daim pəncərəyə dikilən orta yaşlı kişi yazıçının marağına səbəb olur. Onunla tanışlıqdan təsadüf nəticəsində gündəliyi ələ keçirən yazıçı yaşanmış həyat hekayələrini silsilə olaraq oxuculara çatdırır.

İlk tanışlıq Herman Hessenin “Yalquzaq” əsərini xatırladır. Əsərin baş qəhrəmanı Firon Harri Hallen kimi yurdsuz-yuvasızdır. Cəmiyyətə uyğunlaşa bilməyən, ümidsizlik içində vurnuxan gənc hələ uşaq yaşlarından ruhi sarsıntı keçirir. O, insanlardan ayrı düşüb, cəmiyyətlə onun arasında böyük bir uçurum var. Bəs nəticədən qabaq gəncin aqibəti necə olub?

Süjet:

Hələ uşaqlıqdan ağsaçlı, qoca valideynlərini yamaqlı geyimdə görməyə adət etmişdi. Evdəki köhnə əşyaların cırıltısı, rəngi bozarmış sınıq-salxaq mebellər, istifadə müddəti bitmiş bütün avadanlıqlar onun düşüncəsində zehni inkişafına mane olan başlıca səbəblərdən biri idi.

“Anam saçını ya gilabi, ya da paltar sabunu ilə yuyardı, şampunu ilk dəfə məktəbi bitirəndən sonra aldım”.

Özünə təcrid olan bu yeniyetmə məktəbdə yaxşı oxusa da, yuyulmaqdan didilib, bozarmış köynəyini, nimdaş şalvarını hər kəsdən gizlətməyə çalışır. Məktəbdə bircə mağmın, fərsiz Cəmşidlə söhbəti tutur. Səkkizinci sinfi bitirənə qədər hərfləri tanımayan bu oğlanla sakit guşədə səfeh şeylərdən danışır. Ehtiyatla siqaretdən söz salan Firon qımıldanmadığını görüb nəfəsi korlanmayan, mama uşağıdır deyə, zamanla ondan uzaqlaşır. Sonralar Qarabağ savaşı başlayanda Cəmşid başından yara alıb uzun müddət hospitalda yerləşir (Cəmşid obrazına yenidən qayıdacam). Firon hamıdan qaçır, uşaqlarla ünsiyyətə girmək çox çətindir. Yeganə marağı məhəllədəki dərsdən yayınan avara, siqaret çəkən uşaqlardır.

Düyün:

Tüfeyli, oğlan uşaqlarına təcavüz edən Nurulla Xalid Hüseynin “Çərpələng uçuran” əsərindəki Həzarı xatırladır. Həzarın başına gələn faciə qonşuluqda yaşayan Leyla xalanın nəvəsinə də gətirilir. Əsəri oxuyarkən Nurullaya olan nifrət, yaşadığın ikrah hissi ağlasığmazdı.

12-13 yaşlı uşağın qəbiristanlığa meyli, tək-tənha saatlara orda dolaşması, müxtəlif baş daşlarının üstünü oxuyub fikrə dalması uşağın ruhu sarsıntısını əks etdirir.

Təsadüfdən, ya zərurətdən az qala unutduğum, lakin zamanında göz yaşı axıtdığım iki bacının maşın qəzasında faciəli ölümünü oxuyarkən yenidən yaşadığım sarsıntı mənə yetərincə bəs etdi. Təxminən iyirmi bir il bundan öncə, bacılardan böyüyü ilə bir idarədə işləyirdim, eyni otaqda çörək kəsirdim. Həmən qızın surəti, həzin səslə oxuduğu türk mahnıları gözüm önündə kinolent kimi gəlib keçdi. Başı bədənindən ayrılan, qonur açıq gözlər, qana bulaşmış ayaqqabılar...

Ailənin sonrakı taleyini yazıçı yazmasa da əlavə edim ki, ana bu dərdə dözməyib özünü asmış, müəllim olan ata isə, havalanmışdı.

Yazılanlar, oxuduqlarınız yazıçı təxəyyülü yox, olmuş hadisələrdi. İnsanı ağrıdan, içini göynədib, özündən aparan, ruhunu sarsıdan bu əsərdə nələr yoxdu ki?

Fironun kiçik yalanları zaman-zaman onu böyük günahlara gətirib çıxarır. Bir dəfə atasının dostunun mağazasında dəbdə olan bahalı köynək görür. “Mən də istəyirdim ki, belə bir köynəyim olsun, amma atam heç vaxt mənə geyim üçün pul verməzdi. Köynəyə çox baxdığımı görən atamın dostu “götür qardaşoğlu sonra, verərsən” dedi. Səhəri ilk dəfə köynəyi məktəbə geyinən Firon özünü çox xoşbəxt hiss edir. Bir aydan sonra, hələ də pulu ödənməyən köynək əhvalatı atasına məlum olur. Bu ona baha başa gəlir. Qulağının dibinə dəyən karlı sillə, atasının qəzəbli siması uzun müddət yuxusuna da o halda girir.

Qəlbində cüzi də olsa balaca bir işıq, mərhəmət olan Firon onu alovlandırmaq əvəzinə kül edir. Şər işlərdən xilas ola bilməyən, özünü lənətləyən, anasının yastığının altından gizlincə pulları oğurlayan Firon əsas günahı cəmiyyətdə görür.

Kulminasiya:

Qışın oğlan çağında dizəcən yağan qardan donmamaq üçün Mirzə Cəlilin kitablarını yandıran Firon kitablar alışıb yandıqca Mirzənin qəmgin siması gözləri önündə canlanır. “Bağışla məni, Mirzə, bilirəm sən də soyuqdan donmamaq üçün əlyazmalarını sobaya atmışdın. Yəqin məni anlayarsan”.

İnsanı iliyinəcən donduran, ağrıdan bu kəlmələrdə zaman dayanıb. Məhrumiyyət, yaşamaq uğrunda mübarizədə əlacı hər yerdən üzülən Firon yandırmağa heç nə tapmayanda taxta nərdivanı doğrayıb sobaya atır. Evin yiyəsi bundan xəbər tutunca, onu qovub deyir: “Cəhənnəm ol, avaranın biri avara”.

Həmin gün həyətin küncündə qapısı belə olmayan, hamam üçün tikilmiş yerdə gecələyəsi olur. Kitablarını döşək əvəzi yerə düzən, səhərə kimi soyuqdan tir-tir əsən Firon ağrılar içində qıvrılır.

Səhər həyətin yiyəsi onun halını görüb səsini başına atır: “Alə, sən nətər adamsan? Dur keç otağına, Allahın bədbəxt bəndəsi!...”

Nəticə:

Çarpayıda uzanmış oğlan məktəbdə gördüyü mağmın Cəmşid deyildi. Bədəni sanki tuncdan tökülmüşdü, bərkimiş əzələləri, codlaşmış əlləri taxtaya dönmüşdü. İçimdə xəcalət hissi vardı:

“O, odun-alovun içində olanda mən evin tək uşağı kimi əsgər getmədim. Möcüzə nəticəsində sağ qalan Cəmşid: “Yaxşı ki, səni cəbhəyə aparmadılar. Çoxdan məhv olmuşdun.””

Firon ona etiraz edir: “Mən getmək istəyirdim, anam yalvardı, mənim ölümümü istəyirsənsə get dedi! İstəsəydim, gedərdim...”

Yoox, sən tamam başqa dünyanın adamısan. Müharibə sənin kimiləri tez udur...”

Ölümün içindən gələn, onu hamıdan yaxşı tanıyan Cəmşidin bu nəticəyə gəlməsinə səbəb nə idi?

Hətta, mağmın Cəmşid də büsbütün dəyişmişdi. Bəlkə o da əsgər getsəydi hər şey başqa cür olardı. Bivec cavanlığından ömrü yelə verən Firon səhvlərin ardınca bağışlanmaz günahlar edirdi. Tanrı onu çox pis cəzalandırmışdı. Dəniz kənarında kimsəsiz daxmada səfil həyatı yaşayırdı. Bütün qohumlar, yaxınlar ondan üz döndərmişdi.

O, atasının yadigarı anasını qocalar evinə atmışdı.

Özünü nə vaxt, harda itirdiyini xatırlaya bilməyən Firon əzəlindən qoca valideynlərinin onu anlamaması ilə sıxılır. Başqaları kimi yaxşı geyinmək istəyir, elə həmişə cındır kökündə gəzir. Hamı tərəfindən lağ edilib, təhqir olunduğundan məktəbə getmək istəmir. Yaşıdlarından seçilməsi onun psixoloji çatışmazlıqlarına, kənar şəxslərdən gizlədilən daxili narahatçılığına gətirib çıxarır.

Hələ erkən, uşaqlıq dövründə formalaşan natamamlıq, zamanla azalmaq əvəzinə üst-üstə gəlir.

Proloq:

Ata mülkünün satılmasından yaşanan peşmançılıq, ruhun ittihamı, qəza, bir çox hadisələr, obrazlar haqda geniş yazmaq istəmirəm. Bazarda alver edən əmisi Fəzail, Gülbəs, evində siqaret satan Adilə xala, çəkməçi Mövlud kişi seçilmiş koloriti olan obrazlardı. Əsərin sonluğunda dəyişən süjet xətti sizi təəccübləndirməklə yanaşı yeni sualların da ortaya çıxmasına səbəb olacaq.

Ümumilikdə zaman, vaxt qıtlığından əziyyət çəksək də bu kitab ruhunuzu sarsıtmaqla bərabər qəlbinizdə uzun müddət iz salacaq. Hansı kitab? Kənan Hacının “Fironun dəftəri” kitabını deyirəm.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Tanınmış bəstəkar koronavirus peyvəndinin sınaqlarında könüllü oldu
11:01 15 Avqust 2020
Məşhur gitara ifaçısı vəfat etdi
10:28 15 Avqust 2020
Bu filmə görə 400 nəfər işdən çıxarılacaqdı – Rejissorların boyun qaçırdığı Azərbyacan filmi
08:57 15 Avqust 2020
Daha bir nəşriyyat Polad Həşimovla bağlı kitab nəşr etdi - Foto
18:36 14 Avqust 2020
Ayı balalarını oğurlayan çoban - Qorxmaz Şıxəlioğlu yazır...
17:14 14 Avqust 2020
Tom Kruzun çəkildiyi filmin meydançasında yanğın baş verdi
16:05 14 Avqust 2020
Xalq artistinin qızı atasının şeirlər kitabını nəşr etdirəcək
15:19 14 Avqust 2020
Oğlu Xalq artistinə klip çəkdi - Video
14:28 14 Avqust 2020
Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi - Sürücü, vaqon ustası, montyor Alim Qasımov - Maraqlı faktlar
13:32 14 Avqust 2020
Almaz Ələsgərli efirdə erməni mahnısı oxudu - Video
12:38 14 Avqust 2020
"Sevastopol uğrunda döyüş"ün qəhrəmanı vəfat etdi
12:17 14 Avqust 2020
Bizi kütləvi öldürmək məsələsi... - Bütün bunlar masonların işidir?
11:27 14 Avqust 2020
Gənc yazara ağır itki üz verdi
10:39 14 Avqust 2020
Filmimiz beynəlxalq festivalda mükafat qazandı
10:00 14 Avqust 2020
Məni şərləyib qardaşımın gözündən salmaq istəyirdi - Bircənin romanı
08:59 14 Avqust 2020
Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020