news-inner
clock09:00 calendar-gray 25 Aprel 2017 view-gray385 dəfə oxunub
view-gray385 dəfə oxunub

Hansı dində fahişəlik müqəddəs hesab olunurdu? – ARAŞDIRMA

Bu gün fahişəlik tabu sayılsa da dünyanın bir çox yerində qanunla qəbul olunur. Fahişələr vergi verirlər, həm özləri qazanırlar, həm də dövlət. Bəs fahişəlik necə ortaya çıxdı və tarix boyunca necə dəyişdi, fərqli bir rəng aldı? Müqəddəs hesab olunan fahişəlik necə oldu ki əxlaqsız peşə hesab olundu?

Fahişəliyin ilk izlərinə Mesopotamiyada rast gəlirik. Təəccüblü gəlir sizə? İnsanlıq tarixinə aid yaxşı və pis qəbul edilən nə varsa Mesopotamiyada ortaya çıxıb. Ona görə də təəccübü qoyaq bir kənara...

Məsələnin qəribə bir tərəfi var: Mesopotamiyadakı ilk böyük sivilizasiya olan Şumerlərdə fahişəlik dini təcrübə kimi meydana gəlmişdi. Şumer toplumunda fahişəlik Eşq və Müharibə Tanrısına (o zamanlar “savaşma, seviş” devizinin yerinə “savaş və seviş” vardı) ithaf edilmişdi. Eşq və Müharibə Tanrısı İnanna həm də Göyün Fahişəsi adlandırılırdı. Tarixə görə, fahişəlik Cənnət Evləri adlanan məbədlərdə başlamışdı. Cənnət Evləri məbədlərinin böyük hissəsi Dəclə və Fərat çayları arasındadır.

İnanna eyni zamanda bərəkət tanrısı idi. Bunu da tarixin ilk bilinən tarixçisi Herodotdan öyrənmişik. Cənnət Evləri məbədlərində sığınacaq tapan və İnannaya xidmət edən fahişələr eyni zamanda buranın rahibələri sayılırdı. İnannanın məbədinə ziyarət edənlər isə daha çox əkinçilər idi. Əkinçilər pul qarşılığında rahibələrin müqəddəs bədənlərinə sahib olurdular. Onlar rahibələrin bədənlərindən aldıqları güclə İnanna ilə əlaqəyə girdiklərini düşünür və tanrının bərəkətindən faydalanmaq istəyirdilər.

Rahibələr cinsəlliklə bağlı seks terapevti xidməti də edirdilər. Eyni zamanda tanrının bərəkətinə xeyir-dua vermək üçün əkin zamanı krallarla baş rahiblərin sevişmə ritualları reallaşdırılırdı. Seks həyatın hər yerindəydi və cəmiyyəti düzəltməyin ən faydalı yolu hesab olunurdu.

Antik dövrdə fahişəliyin izinə “Gilqamış” dastanında da rast gəlmək olur. Dastanda bəhs olunan Harimutlar həm məbədlərdə, həm də küçələrdə çalışan aşağı sinif fahişələr sayılırdı.

Antik mədəniyyətdə fahişəlik cəmiyyətdə önəmli rol oynayırdı. Fahişələr cəmiyyəti quran, onu qoruyan insanlar hesab olunurdu. Babil kralı, tarixdə ilk qanunları hazırlayan Hammurabi fahişələri dul qadınlarla eyni cərgəyə qoymuşdu.

Antik Yunan mədəniyyətində fahişəlik dövlətin əlinə keçmişdi. Tarixdə ilk dəfə fahişə sektoruna vergi qoyulmuşdu. Afinada fahişəliyin artırılması ilə möhtəşəm bir ordu qurulacağı, iqtisadiyyatın inkişaf etdirilməsi düşünülürdü.

Bəs yaxşı, hər şeyin belə normal getdiyi vaxt necə oldu ki, fahişəlik lənətlənməyə başlanıldı? Müqəddəs hesab olunan, dəyərləndirilən fahişəlik niyə birdən-birə gözdən düşdü?

Əslində bu sualın tək bir cavabı var: çoxallahlıq yerini təkallahlığa verəndə fahişəlik lənətlənməyə başlamışdı. Qərbdəki dini fanatiklərin sayının artması fahişələr üçün arzuolunmaz bir şərait yaratmışdı. Onlar lənətlənir, daşlanır, hər yerdən qovulurdular.

Roma Mesapotomiyanı işğal elədiyi vaxt Cənnət evləri məbədlərini uçurdu və yerinə xristian inancının yayılması üçün yeni məbədlər inşa elədi. Bununla da fahişəlik müqəddəs iş olmaqdan çıxıb əxlaqsız peşəyə çevrildi.

news-inner-user
Ayxan Ayvaz

458 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Həqiqi sevgini duyan qəlb bir damcı suya da hörmətlə baxar - Mövlanədən hikmətli sözlər
21:00 30 Sentyabr 2020
Teatr rəhbəri Prezidentə müraciət etdi
18:45 30 Sentyabr 2020
Nazirliyin mükafatını alan pandemiya hekayəsi - Mətn
18:03 30 Sentyabr 2020
Müharibə mövzusunda ədəbi müsabiqə elan olundu - Şərtlər
17:15 30 Sentyabr 2020
ISESCO Qarabağla bağlı bəyanat yaydı
16:32 30 Sentyabr 2020
Xalq şairi: Qarabağı alacağımıza heç bir şübhəm yoxdur
15:42 30 Sentyabr 2020
Döyüşçülərə silah verib qayıdanda müəmmalı şəkildə öldü - Qəbri Ağdamda, baş daşı Bakıdakı evində olan sənətkar
15:01 30 Sentyabr 2020
Feminist müğənni vəfat etdi
14:19 30 Sentyabr 2020
Tanınmış yazıçı İsveçin xarici işlər nazirinə məktub yazdı
13:32 30 Sentyabr 2020
Teatr Xadimləri İttifaqı erməni təxribatı ilə bağlı bəyanat yaydı
12:51 30 Sentyabr 2020
Paşinyanın canlı efirdə danışdığı araq lətifəsi - Bir rus, bir erməni...
12:09 30 Sentyabr 2020
"Qarabağ - mədəniyyətimizin beşiyi" layihəsinə start verildi
11:39 30 Sentyabr 2020
Qarabağa gedən ailə - Ayxan Ayvaz yazır
11:08 30 Sentyabr 2020
Tanınmış şair cəbhəyə yola düşdü
10:20 30 Sentyabr 2020
Ermənilər Şeyx Babı türbəsinə ciddi ziyan vurdu
10:01 30 Sentyabr 2020
Müğənni Ayaz: “Qonşumuzun evinə mərmi düşdü” – Müsahibə
08:58 30 Sentyabr 2020
Pandemiya mövzusunda keçirilən hekayə müsabiqəsinin qaliblləri mükafatlandırıldı
19:58 29 Sentyabr 2020
Mədəniyyət Nazirliyi bəyanat yaydı
19:27 29 Sentyabr 2020
Erməni filmi Moskva kino festivalından çıxarıldı
18:19 29 Sentyabr 2020
Deyir, oğlum darıxmasın, görüşərik bu bahar - Ədəbiyyatımızın ən təsirli müharibə şeirləri...
17:42 29 Sentyabr 2020