Bəşəriyyəti öz zəkası ilə heyrətləndirən 10 GƏNC DAHİ

Bəşəriyyəti öz zəkası ilə heyrətləndirən <span style="color:red;">10 GƏNC DAHİ
2 fevral 2017
# 15:03

Kulis.az gənc yaşlarında bəşəriyyəti heyrətləndirmiş 10 dahini təqdim edir.

Motsart

Klassik musiqinin dahilərindən biri. 35 illik ömrünə 626 əsər sığdırmışdır. 15 yaşından operaları ilə hər kəsin qəlbində taxt qurmuşdur.

Artur Rembo

37 il yaşayıb. Qısa həyatı kasıblıqla keçib. Cəmi 3 il şeir yazıb. 20 yaşından sonra səyahətlərə çıxıb. Dünya bu 3 illik yaradıcılığına görə ona hər zaman minnətdardır.

Evaris Qalua

File:Galois-15ans.jpg

Müasir cəbrin və qrup nəzəriyyəsinin banisidir. Özü də bu kəşfi gənc yaşlarında edib. Qaluanın qrup nəzəriyyəsi müasir kvant mexanikasında, kristalloqrafiyada və təbiətşünaslıqda öz tətbiqlərini tapmışdır. Son yüzillikdə riyaziyyatın bütün sahələrində Qaluanın ideyaları bu və ya digər şəkildə tətbiqini tapmışdır. 20 yaşında dueldə öldürülüb.

Nikolay Dobrolyubov

Image result for Nikolay Dobrolyubov

25 yaşında gözlərini əbədiyyən yumub. Bu qısa ömürdə rus nəsrinin ən parlaq simalarından biri olmağı bacarıb. Tənqiddə, poeziyada qələmini sınayıb. İvan Qonçarovun “Oblamov” romanı haqqında yazdığı təhlil yazısı əsərin özü qədər məşhurdur.

Mixail Lermontov

Image result for Mixail Lermontov

“Zəmanəmizin qəhrəmanı” kimi mükəmməl bir romanın müəllifi. Böyük rus şairi. 26 yaşında dueldə öldürüldü. Geriyə onun hər kəsin könlündə taxt quracaq əsərləri qaldı.

Otto Veyninger

Image result for Otto Veyninger

Avstiraya filosofu. 23 yaşında vəfat edib. “Cins və xarakter” adlı məşhur kitabı 22 yaşında yazmışdır.

Şah İsmayıl Xətai

Image result for Şah İsmayıl Xətai

Yəqin ki, heç kim onun qədər şanslı olmayacaq. 15 yaşında imperiya qurub özünü şah elan etmək hər adamın qismətinə düşmür.

Albert Eynşteyn

Image result for Albert Eynşteyn

Düzdü, çox yaşayıb. 76 yaşında vəfat edib. Ancaq dünyaya səs salan Nisbilik nəzəriyyəsini 26 yaşında ortaya çıxarıb.

Janna Dark

Image result for Janna Dark

Cəmi 19 illik həyat... Uşaqlıq illəri Fransa və İngiltərənin 100 illik müharibəsinə təsadüf etmişdi. 16 yaşından ingilislərə qarşı vuruşub. 19 yaşında ingilislər tərəfindən əsir götürülüb və diri-diri yandırılıb.

Şellinq

Image result for Şellinq

Klassik alman fəlsəfəsində obyektiv idealizmin görkəmli nümayəndələrindən biridir. 79 il ömür sürsə də, əsas əsərlərindən sayılan "Transsendental idealizm sistemi"ni 25 yaşında yazıb.

Silviya Plat

Image result for Silviya Plat

30 illik bir ömür. 8 yaşında ilk şeirini yazıb. Həyatı boyu manik depressiyadan əziyyət çəkib. İntihara cəhd etdiyi üçün ruhi xəstəxanaya yerləşdirilib. Sonra evlənir, ərinin qısqanclıqları onun həyatını zəhərə çevirir. 1963-cü ildə ikinci mərtəbədə yatan uşaqlarına süd və şirniyyat qoyduqdan sonra başını sobaya soxaraq intihar edib. Geriyə onun bir-birindən gözəl əsərləri qaldı.

BONUS

Mark Zukerberg

Image result for Mark Zukerberg

20 yaşında Facebook kimi nəhəng sosial şəbəkə yaratmaq ağlasığmazdır. 32 yaşındadır və hələ də dünyanı heyrətləndirməkdə davam edir...

# 3457 dəfə oxunub

Oxşar xəbərlər

Əlyazmaları məhv edildi, meşədə güllələndi... - Ədəbi yaddaşımızın xilaskarının faciəli taleyi

Əlyazmaları məhv edildi, meşədə güllələndi... - Ədəbi yaddaşımızın xilaskarının faciəli taleyi

10:00 6 sentyabr 2026
"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..."  - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

"Onun zəkası, gücü, şeiri dildə əzbərdir..." - Əzizə Cəfərzadənin "Natəvan haqqında hekayələr" silsiləsindən

10:00 4 sentyabr 2026
"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

"Müəllifin mirajı ümidi sınağa çəkir..." - Nihatın qəhrəmanları hara qaçırlar?!

12:40 3 sentyabr 2026
"Ana kitabımızın hafizi və yorulmaz təfsirçisi..." -  Əcəba, əbədiyyət yaddaşsızlıq deməkdirmi?...

"Ana kitabımızın hafizi və yorulmaz təfsirçisi..." - Əcəba, əbədiyyət yaddaşsızlıq deməkdirmi?...

12:00 3 sentyabr 2026
"Qara kabus"un kölgəsində insan taleləri - Hansı məqamda yanlış seçim edilir?

"Qara kabus"un kölgəsində insan taleləri - Hansı məqamda yanlış seçim edilir?

10:30 29 avqust 2026
Həm yaşlı nəslin, həm də gənclərin sevimlisi Nəriman Həsənzadə...  - Qəzənfər Paşayev

Həm yaşlı nəslin, həm də gənclərin sevimlisi Nəriman Həsənzadə... - Qəzənfər Paşayev

17:00 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər