Kitabı sevmək üçün 8 müqəddəs məsləhət - ZƏMANƏTLİ

Kitabı sevmək üçün 8 müqəddəs məsləhət - <span style="color:red;">ZƏMANƏTLİ
15 dekabr 2016
# 12:36

Kulis.az kitabı sevmək üçün məsləhətləri təqdim edir.

Facebooku və ümumilikdə interneti bağlamaq

Oxumağınızın qabağını alan ən mühüm faktordur. Dünyada o Facebookun qırmızı bildirişinin qarşısında duruş gətirə bilən adam çox azdır. Ona görə də telefonun internetini bağlayıb bir kənara qoyun. İndi siz kitabla tək qalmısız...

Çantanıza kitab qoymağı unutmayın

Çantanızda mütləq kitab olsun. Yolda oxuyarsız. Növbədə dayananda oxuyarsız. Kafedə dostunuzu gözləyəndə oxuyarsınız. Kitabla vaxt itirməzsiniz. Bunun üçün müqəddəm şərt çantanızda kitab olmasıdır. Kitabsız çölə çıxmayın, sizə soyuq dəyər. Faniliyin qarı tökülər başınıza :-)

Mütaliəni əyləncəyə çevirmək

Mütaliəni əyləncə kimi qavrayın. Özünüzə ayırdığınız zaman kimi baxın. Əsla mütaliəni bir iş hesab etməyin. Siz başqalarından geri qalmamaq üçün oxumursuz. Siz özünüz üçün oxuyursuz. Kitab oxumaqla keçirtdiyiniz gözəl dəqiqələri, saatları gününüzün bəzəyi sayın.

Kitabsevərlərlə dost olmaq

Oxudunuz, bəs kimlə müzakirə edəcəksiz? Bəs kimdən məsləhət alacaqsız? Ətrafınızda kitaba mehrini salmış adamların olması vacibdir. Siz onlardan yaxşı məsləhətlər ala bilərsiz. Təbii ki, özünüz də onlara məsləhət verə bilərsiz. Sevdiyin bir kitabı başqasına oxutdurmağın, onu da o kitaba aşiq etməyin necə gözəl hiss olduğunu kitabsevərlər gözəl bilir.

Qəliz yox, oxunaqlı kitab seçmək

Folkner çətindir? Getmir? Oxuya bilmirsiz? Prustun hər cümləsində ilişirsiniz? Qoyun bir kənara. Öz zövqünüzə uyğun kitab seçin. Ya da bir kitabı hamı tərifləyir, baxıb görürsünüz, bayağıdır, amma yenə oxumaq istəyirsiz, boş verin. Oxumayın. Kitab sizi özünə çəkmirsə, onu bir kənara qoymaq ən gözəl yoldur. Və unutmayın ki, dünyada sizin ürəyinizcə olan yüzlərlə kitab var.

Ədəbiyyat nəşrlərini izləmək

Ədəbiyyatla bağlı qəzetləri, jurnalları, müxtəlif internet saytlarını izləmək sizi daha yaxşı oxucu edəcək. Həm oxuduğunuz yazıçılar haqqında yeni şeylər öyrənə, həm də öz zövqünüzə uyğun yeni kitablar haqda məlumat ala bilərsiniz. Sevdiyin yazıçının müxtəlif məsələlər ətrafında münasibətini, həyatının maraqlı anlarını öyrənmək sizi əyləndirəcək və daha yaxşı oxucuya çevirəcək.

Bukinistlərə, kitab mağazalarına tez-tez getmək

Şərt kitab almaq deyil. Şərt kitab aurasına girməkdir. Bəlkə də heç zaman oxumayacağınız kitabları vərəqləməkdir. Yeni kitablar seçməkdir. Ən əsası kitab mühitindən qopmamaqdır. Kitab qoxusuna aludə olmaqdır...

Əlfəcin, bloknot və qələm sevgisi

Özünüzə gözəl əlfəcinlər alın. Bu sizə əlavə zövq verəcək. Hər kitab üçün ayrıca əlfəcin də ala bilərsiniz. Almaq nədir, özünüz də düzəldə bilərsiniz. Qələmlə bəyəndiyiniz cümlələri bloknotunuza yaza və hər kitab üçün bir bloknot ayıra bilərsiniz. Ya da hər yazıçı üçün. Bu sizə əlavə stimul verəcək.

BONUS

“Sevdiyinin sevdiyi hər şeyi sevməkdir sevgi”. Özünüzə kitab sevən bir sevgili tapın. Beləcə kitabı da sevərsiz... :-)

# 2470 dəfə oxunub

Oxşar xəbərlər

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər