news-inner
clock21:00 calendar-gray 04 İyul 2019 view-gray1044 dəfə oxunub
view-gray1044 dəfə oxunub

Qadınlar nədən ağlar? - Əziz Nesin yazır...

Bir qadını ağlatmaq çox çətin deyil. Qadınlar hər şeyə ağlaya bilərlər, bir filmə, bir mahnıya, bir yazıya.

Eynən kişilər kimi yəni. Amma bir qadını ürəkdən ağlatmaq çətindir. Bir qadın ürəkdən ağlayırsa, ağladan onun ürəyinə çatıb demək.
Amma o ürəyinin dəyərini bilməmiş olacaq ki, ağladan gözünü belə qırpmadan tək-tək iynələri batırır ürəyinə.

O zaman böyük bir yumruq gəlir, tıxanır qadının boğazına. Udquna bilməz, nəfəs belə ala bilməz, çünki o böyük yumruq onu çox ağrıdır.

Gözləri nəmlənir qadının sonra.

”Ağlamayacağam” deyər içindən. Amma əngəl ola bilməz. Çünki biriləri onun ürəyinə qədər gedib çıxıb və iynələri saplamaqdadır.
Bu ağrıya nə qədər dözə bilər ki, qadın. İncə-incə süzülür yaşlar gözündən, əvvəlcə bir neçə damla, sonra leysan…

Və qadın ağlar, həm də çox…

Sanmayın ki, gedənə ağlayar qadın. Gedənin qopartdığı yerdir onu ağladan, orda qoyduğu yaradır.

O yaranın heç zaman qaysaqlanmayacağını, qaysaqlansa belə izinin qalacağını bilər qadın, buna görə ağlar.

Amma bilirsinizmi, ağlamaq qadını yetkinləşdirir. Hər damla daha çox qadın edən qadınları. Hər damla bir dərsdir çünki.

Bəzi qadınlar ağlayanda çox adam “ağlama, niyə ağlayırsan ki, o bu göz yaşlarına dəyməz” deyirlər.

Bilmədiklərindəndir belə demələri. Çünki ürəkləri ağrıyan qadınlar ağlamasalar ölərlər. İçlərindəki zəhərdir onları öldürən.

Ağlayaraq öz zəhərdən xilas olur qadınlar, yaralarındakı o irini təmizləyərlər. Çünki bilirlər ki, o irin təmizlənməsə iltihaba çevrilir yaraları.

Amma gərək çevrilməsin yara iltihaba. Buna görə çox ağlayırlar.

Zaman keçər sonra.

Qadınlar özlərinə sarılmağı, özlərini qucaqlamağı öyrənirlər. Ümid edirəm ki, öyrənirlər, yoxsa ruhlar əyri yollara vurarlar özlərini.
Yolunu azan ruhun doğru yolu tapması yeni acılar deməkdir. Bunu bilir qadınlar, buna görədə əvvəl-axır öyrənirlər özlərinə sarılmağı.
Çox ağlayan qadınlar çox şeydən imtina edən qadınlardır əslində. Hər damla yetkinləşdirir qadınları, amma yetkinləşdikcə sadəlövhcə inandıqları eşq gerçəyi onların gözündə kiçilir.

Kiçildikcə dəyərini itirir və bax, o zaman özlərinə sarılıb yeni bir qadın yaradırlar özlərindən. Güclü, məğlubedilməz, məğrur və… eşqə inanmayan.

Adamlar çox vaxt soruşurlar, nəyə görə bu qədər subay qadın var deyə; hamısı da karyera dərdində.

Çünki inanclarını itirdi o qadınlar. Zamanla ürəklərinə o qədər iynə saplandı, o qədər çox ağladılar ki.

Artıq özlərindən başqa doğru olmadığına inanırlar və buna görə özlərinə sarılırlar.

Çünki bilirlər ki, sarıldıqları adamlar onlara layiq olmadı, həm də heç bir zaman. Həmişə bir mənfəətləri oldu sarıldıqları adamların.. Başqa nəyə görə sarılsınlar ki?

Niyə sarılaq ki?

Ətrafımızda ürəkdən ağlayan bir qadın varsa bilin ki, o böyüyür, yetkinləşir.

Bilin ki, o gerçəkləri qəbul etməyə başlamışdır.

Bilin ki, artıq eşqin olmadığına inanmışdır.

Bilin ki, qucaqlamalı ancaq bir şeyi qalmışdır.

O da kim, nə deyə soruşmayın.

Çox ağlayan qadınlar əvvəldə axırda özlərini qucaqlayırlar çünki...

news-inner-user

14382 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Röya pulsuz konsert verəcək
16:30 25 Fevral 2020
Özbəkistanda Haqverdiyevin 150 illiyi ilə bağlı tədbirlər keçiriləcək
15:53 25 Fevral 2020
Qızı vardımı, ölümünə səbəb nə oldu, mirası kimə qaldı? - Xalq artistinin müəmmalı həyatı
15:14 25 Fevral 2020
Rəssamımız dünyanın ən böyük surrealizm sərgisində
14:40 25 Fevral 2020
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
14:08 25 Fevral 2020
"Cəhənnəmdə 8 gün"ün premyerası oldu
13:34 25 Fevral 2020
Qadın repçi "Məkkənin qızları" mahnısına görə həbs olundu
12:57 25 Fevral 2020
Qara günü fürsət bilənlər: Maska oğruları
12:15 25 Fevral 2020
Müslüm Moqamayev adına beynəlxalq müsabiqə keçiriləcək
11:43 25 Fevral 2020
Tarix müəlliminin kədəri... - Cavid Zeynallıdan yeni hekayə
11:03 25 Fevral 2020
"Yazıçılar Birliyi Anarın və Fikrət Qocanın müdafiə komitəsinə çevrilib" - Müsahibə
10:19 25 Fevral 2020
Koronavirusu arzulayan azərbaycanlılıar
10:14 25 Fevral 2020
Musiqiçimiz Böyük Britaniyada konsert verəcək
09:42 25 Fevral 2020
Möhlət - İsi Məlikzadənin hekayəsi
09:00 25 Fevral 2020
Rasim Qaraca: “Hər ad günümə bir kitab hədiyyə edirəm” - Video-söhbət
21:00 24 Fevral 2020
"Mirzə Cəlilin Azərbaycanı" filminin təqdimatı olacaq
18:53 24 Fevral 2020
Həqiqət niyə kor olsun ki? - Aydın Talıbzadə yazır
18:20 24 Fevral 2020
Onu repressiyadan Mirzə İbrahimov xilas etdi – Məşhur şair haqqında maraqlı faktlar
17:45 24 Fevral 2020
Animasiya filmində homoseksual obraz
17:06 24 Fevral 2020
Şuşa Teatrında yeni tamaşa olacaq
16:25 24 Fevral 2020