writer1

Vahid Qazi

Məqalə sayı

8
clock12:14 calendar-gray 25 Oktyabr 2016 view-gray459 dəfə oxunub
view-gray459 dəfə oxunub

İki saat İsveç kitabxanasında

Kulis.Az Vahid Qazinin “Günəş kitablar” essesini təqdim edir.

İsveç kitabxanasından payız qeydləri

Dünən şəhər kitabxanasına getmişdim. Baltik dənizindən küləyin gətirdiyi qara-qura buludların bozartdığı yağışlı havada getməyə kitabxanadan yaxşı yer gəlmirdi ağlıma, həm də çoxdandı dəymirdim. Çöldə çətirin suyun çırpıb, guya kitabları islanacaqmış kimi ustufca girdim kitabxanaya. İsti, işıqlı bir yer.

Bizim dildə dörd kitab var burda, dördü də mənim yazdıqlarımdı. Eləsi var, iki-üç ildi rəfdədi, qatı da açılmayıb. İyirmi-otuz il keçə bir səhifəsin də çevirən olmaz yəqin. Elə-belə, bizdən də kitab olsun deyə vermişəm kitabxanaya. “Yad ölkənin kitabxanasında kimdi azərbaycanca kitab soraqlayan!”, - deyərsiniz. Bəlkə də haqlısınız, amma dediyim odur ki, Yalamadan Astarayacan sərhədi olan bu balaca dilimizin heç bapbalaca sayda oxuyanı da yoxdu. Kitab oxumaqdan danışıram, muğam, meyxana oxuyanımız kalandı.

Elə həmin rəfin altındaca türkcə kitablar olan hücrədi. Qırx-əlli kitab olar, içində Əziz Nesinin “Gözünüz Aydın Efendim”, Əlif Şəfəqin ” Ustam ve Ben” kitabları da var. Əvvəl gördüyüm kitablardı, yenilənməyib.

Sonra rusca kitablar olan bölməyə keçirəm. Beş yüzəcən kitab olar, bizimkilərdən tək Çingiz Abdullayevin ”Apoligiya zdrovoqo smısla” kitabıdı, hər görəndə göz gəzdirib, əl sürtürəm, özümüzünküdü, doğma gəlir.

Rus bölməsinin kitabları tez-tez dəyişir, yenilənir. İndi də çoxdanın tanışı Aleksandr Podrabinekin ”Dissidentı” qarışıq xeyli təzə kitab gəlib, ”əllər”də olanlar qayıdıb, oxuyub rəfə qoyduğumun çoxu gözümə dəymir – ”əllər”ə gedib.

Bu balaca İsveç şəhərində maraqlı rusdilli icma var, bir kəlmə ondan da deyim. Çoxu isveçliyə ərə gələn, sovet zamanın xoş xatırlayan, babat təhsil görmüş xanımlardı. Bir neçəsiylə hərdən kofe içir, ədəbiyyatdan, sovetlərdən danışır, kitab dəyiş-düyüş edirik. «Литературный Азербайджан» jurnalında çıxan yazılarımı oxuyandan sonra mənə münasibətləri xeyli dəyişib. Elə bilirlər, kitabdan, ədəbiyyatdan başım çıxır. Açığı, nəşrinə hazırlaşdığım rusca “Ozonovıe lyudi” adlı kitabı çapa etməyi onlar ağlıma salıb, məni elə onlar həvəsləndirib. Redaktoru da Elçin Şıxlınski olacaq, söz verib. Sağlıq olsun!

Nə demək istəyirəm? Dediyim odu ki, kitab oxuyun! Yayda çöl-bayır, dağ-dəniz baş qatırsa, payızda, qışda oxuyun. Yalan sözdü – kitab dövrü keçməyib! Heç bir texnologiya onu əvəz edə bilməyəcək. Kitab gün işığı kimidi. Günəş çölü-bayırı işıqladan, isidən təki kitablar da adamın düşüncəsini aydınladır, ruhuna can verir, qəlbinə işıq tutur, onu qara xəyallardan qoruyur. Elə bunu deyirdim bayaqdan!

…İki saatımı kitablarla keçirdim – yağışlı boz bir günü kitablarla nurlandırdım. Baxıb vərəqlədiklərimdən Vladimir Nabokovun “əl”dən təzə qayıdan “Druqie bereqa” kitabını götürüb eşiyə çıxdım. Daha hava boz gəlmirdi mənə, demə görmədim, elə bil günəş çıxmışdı.

Karlskrona, İsveç

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalça şərqisi – Rafiq Tağının hekayəsi
21:01 05 Avqust 2021
Mirzə Cəlilin nəvəsi Fransadakı səfirliyimizdə olub
18:54 05 Avqust 2021
Qəbələ Musiqi Festivalı başa çatdı
18:14 05 Avqust 2021
Yaxınları Rafiq Tağını ziyarət etdi - Foto
18:07 05 Avqust 2021
Tanınmış yazıçı ilə görüş keçiriləcək
17:30 05 Avqust 2021
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür
17:01 05 Avqust 2021
Azərbaycanda etdiyi bu rəqsə görə Rafet El Romanı topa tutdular - Video
16:14 05 Avqust 2021
Rafiq Tağının qardaşı: “Anam qətlə yetirildiyini bilmirdi, ona qurban demişdi” – Müsahibə
15:21 05 Avqust 2021
Yaponiyada alovlanan olimpiya məşəli və Türkiyədəki meşə yanğınları
14:43 05 Avqust 2021
Nobelli şair məhkəməni uddu
14:01 05 Avqust 2021
"Çocuklar duymasın"ın Havuçu yanğınsöndürənlərə qoşuldu - Fotolar
13:12 05 Avqust 2021
Başı kəsilən Sevinci necə xilas edə bilərdik?
12:26 05 Avqust 2021
Əri evə başqa qadın gətirdi, efirə çıxarmaq üçün ona əxlaqsız təkliflər etdilər, iki uşağıyla ac-susuz qaldı – Səfil həyatı yaşayan xanəndəmiz
12:02 05 Avqust 2021
Flora Kərimovanı hədəfə alanların əsl siması – Sevda yazır...
11:01 05 Avqust 2021
Azərbaycanda yeni musiqi aləti yaradıldı - Foto
10:31 05 Avqust 2021
44 müəllifdən 44 ən yaxşı hekayə - Yeni layihə
10:01 05 Avqust 2021
Kosmik raketlərdən bəhs edən peyğəmbər hədisi – Zamin yazır...
09:00 05 Avqust 2021
Xalq artisti Rafiq Hüseynovun film kimi həyatı - Maraqlı faktlar
21:00 04 Avqust 2021
Amerikalı vokalçının “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib
18:45 04 Avqust 2021
Yanğın “Rəcəb İvedik”in evinə yaxınlaşdı – Qalmaqal düşdü
18:01 04 Avqust 2021