Oşonu heyrətləndirən əsər - Azad Qaradərəli yazır...

Oşonu heyrətləndirən əsər - Azad Qaradərəli yazır...
5 oktyabr 2016
# 13:33

Kulis.Az yazıçı Azad Qaradərəlinin “Ağlin və kamalın hüdudlarından ötgün düşüncə” essesini təqdim edir.

Mihail Naimenin “Mirdadın kitabı” romanının çapdan çıxması münasibəti ilə

“Sizə çatan sizindir, gəlməkdə gecikəni isə gözləməyə dəyməz. Buraxın, o sizi gözləsin” - bu sətirlərin müəllifi ingilisdilli ərəb ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mihal Naime Azərbaycanda demək olar ki, çap olunmayan yazıçılardandır. Təəssüf ki, bu nadir istedad sahibinin dünya şöhrətli əsərləri dilimizə çevrilməmiş, haqqında çox az məlumat bildirilmişdi. Görkəmli şərqşünas A.İmanquliyevanın tədqiqatları xaricində, bu günlərdə işıq üzü görən kitab (Mihail Naime “Mirdadın kitabı”, Nərmin Yayın Evi) bu böyük sənətkarın yaradıcılığı barədə bir ilkdir.

Mihail Naime 1889-cu ildə Livanın lap mərkəzində, Şərqi Aralıq dənizinə boylanan əzəmətli Sannin dağının hündür yamacında yerləşən kiçik Baskint şəhərciyində anadan olub. O, pravoslav yunan ailəsində dünyaya gəlib və beş qardaş, üç bacının üçüncüsü idi. Təhsil almaq arzusu onu rus missiyasının təşkil etdiyi kənd məktəbindən Fələstindəki Nazaret Rus Pedaqoji İnstitutuna gətirib çıxartdı. Sonra Ukraynadakı Poltava ruhanı seminariyasında oxudu və bundan sonra Birləşmiş Ştatlarda Vaşinqton Universitetinə daxil olub, 1916-cı ildə humanitar və hüquq fakültələrini bitirərək, diplom aldı. O, həmin il yaxın dostu Cəbran Xəlil Cəbranla ərəb ədəbiyyatının dirçəldilməsi üzrə hərəkat təşkil etdiyi Nyu-Yorka köçdü . 1917-1918-ci illərdə Amerika ordusunun sıralarında Fransada xidmət etdiyi müddəti çıxsaq, Amerikadakı iyirmi il yaşadıqdan və Cəbranın ölümündən sonra özünü varlıq haqqında dərin düşüncələrə və kitab yazmağa həsr elədiyi mənzərəli Baskint şəhərciyinə qayıtdı. Mihail Naime 1988-ci ildə vəfat edib. Onun yazdığı 31 əsərin hamısı ərəb dünyasında və dünyanın əksər ölkələrində klassika sayılır. O, ingilisdilli ölkələrdə geniş yayılmış, Avropanın bir çox dillərinə tərcümə edilmiş “Mirdadın Kitabı”nın müəllifi kimi geniş şəkildə tanınıb. İnsan ağlının və kamalının hüdudlarını ötən bu fəlsəfi roman, bütün ziyalı zümrənin oxuyası 100 kitabdan biri olduğu qənaətindəyəm.

Naimenin ingilis dilində yazılmış digər əsərləri: “Səyyah ruhun xatirələri” yaxud "Çopur üz”, “Biz rastlaşana qədər” və onun ən yaxşı dostu, on altı il ərzində yoldaşı olmuş Cəbran barədə bioqrafik kitab da məşhurdur.

“Mirdadın kitabı” haqda Oşo yazır: "Bir çox insan kitab yazmağa girişdi, ifadə edilməyəni anlada bilmək üçün sonucda başarısız oldular. Başarısız olmayan tək bir kitab tanıyıram mən: “Mirdadın kitabı”. Və əgər özünə enib onu anlamazsan, bu sənin bacarıqsızlığın olacaq, onun deyil.”

“Sevgi – İlahi qanundur” deyən müəllifin Nuhun Yeni Gəmisinin himnini, insanın – əslində çağa-allah olduğunu, ən yaxşı nitqin ancaq sadəcə gerçək yalandan törədiyini, zamanın böyük yalançılığını (zaman - ən böyük yalançıdır), ölümdən sonrakı həyatı, Mirdadın xalqları od və qan tufanından xəbərdar etməsini siz də öyrənmək istərdiniz təbii. Bununçün yenicə çapdan çıxmış “Mirdadın kitabı”nı oxuyun, yetər.

Sonda romandan bir neçə nümunəylə sözümü bitirirəm:

”Tək bir insanı belə düşməniniz bilirsinizsə, heç dostunuz yox deməkdir. Nifrəti barındıran bir qəlb, dostluq üçün etibarlı bir liman ola bilməz.”

***

“Bütün dünyanın hər söylədiyinizi duya biləcəyini düşünərək danışın. Çünki gerçəkdən duyarlar”

***

“Hər etdiyinizdə dönüb-dolaşıb sizi tapacaqmış kimi hərəkət edin. Çünki gerçəkdən tapa bilər.”

***

”Tanrının həyatını davam etdirməsi üçün sizə ehtiyacı varmış kimi yaşayın. Çünki gerçəkdən də ehtiyacı vardır.”

Özünüzə enmək, özünüzü tanımaq istəyirsinizsə, çevirəni Fərzuq Seyidbəyli, naşiri Rasim Qaraca olan “Mirdadın kitabı”nı oxuyun.

# 1918 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər