writer1

Şərif Ağayar

Məqalə sayı

550
clock10:57 calendar-gray 30 Avqust 2016 view-gray300 dəfə oxunub
view-gray300 dəfə oxunub

Kamal Abdullaya cavabım

Kamal Abdullanın “Düma ilə Coys arasında” esselər kitabı bir neçə yandan ciddi marağıma səbəb oldu.

Bunun ən başlıcası kitabın bütövlüyüdür.

Oxuduğumuz-oxumadığımız esselər, ayrı-ayrı vaxtlarda yazılıb-yayılan məqalələr, epik-lirik ricətlər bir ipin üstünə düzülüb.

Hətta, müxtəlif müsahibə və polemikalar mətnin içində əridilərək gözəl çələng hazırlanıb.

Və bu müsahibə və polemikaların içində mən də varam.

Kitabda özümün üç obrazımı gördüm:

1. Yazıçı

2. Tənqidçi

3. Kənd kultunun qatı tərəfdarı.

Birinci iki təqdimata görə müəllifə təşəkkür edirəm.

Mənim üçün təqdirəlayiq hadisədir.

Ancaq sonuncu obrazımdan qəti və qəti şəkildə narazıyam və narahatam.

Çünki, bu, belə deyil.

Kənd nəsri – şəhər nəsri kimi süni bölgülər barədə fikirlərim “Kamal Abdulla ilə kənd söhbəti” məqaləmdən götürülüb.

Orda isə deyilir:

“Roman urbanistik hadisədir. Bu o deməkdir ki, roman şəhər mədəniyyətinin məhsuludur. Əgər yazıçı bu mədəniyyətə malik deyilsə, şəhəri tanımırsa, uzun zaman böyük sənaye mərkəzlərində hansı irihəcmli ədəbi nümunələrin yarandığını bilmirsə, onunçün roman yazmaq çətin olar.”

Ancaq bəhs etdiyim kitabda bu fikirlər yer almışdır:

“Azərbaycan aqrar ölkə olub. Bizdə şəhər mədəniyyəti neft sənayesi ilə başlayıb ki, orada gah ingilislər, gah ruslar at oynadıblar. Sonuncu “başbilənimiz” ruslar olduğu üçün Bakıda yalançı rusdilli elita yaradılıb. Hansı ki, ana dilində danışmağı özlərinə sığışdırmayıblar. Belə bir vaxtda bizim dilimizə yiyə duran, onu ədəbiyyatın bazasına çevirən indi bəyənmədiyimiz Süleyman Rəhimovlar, Əli Vəliyevlər, Mirzə İbrahimovlar, Səməd Vurğunlar, İsa Hüseynovlar, Sabir Əhmədlilər idi..."

Və ikinci abzas kənd idilliyasının təbliği istəyindən deyil, kənd dilinin dominant olma səbəblərinin axtarışından doğub.

İndi də bu fikirdəyəm.

Azərbaycan bu gün də aqrar və inkişaf eləməkdə olan ölkə olaraq qalır.

Bir xalq özü istehsal etdiyinə daha rahat ad qoya bilir və onun sənətdə fiksiyasına daha rahat nail olur.

Bu o deməkdir ki, biz atdan və yəhərdən daha rahat və daha yaxşı yaza bilirik, nəinki təyyarədən və VİP-dən.

Mən bunu tərif kimi, kəndin üstünlüyü kimi yox, real fakt kimi yazmışam.

Təəssüf ki, belədir söyləmək istəmişəm.

Örnək:

"Bildiyiniz kimi, dil iqtisadiyyatla çox bağlıdır. İstehsalatın gücü yeni sözlərin, hətta yeni cümlə quruluşlarının yaranıb istifadəyə verilməsini tələb edir. Bu mənada aqrar vətənimizin dili kənddə daha zəngindir. Məsələn, atla bağlı yüzlərlə söz olduğu halda velosipedi tam ifadə etməyə qarşılıq tapa bilmirik hələ də. Bu mənada nəsr dilimizin kənd yüklü olması kənddən gələnlərin qəhrəmanlığı deyil, tarixi qanunauyğunluqdur.” (“Kamal Abdulla ilə kənd söhbəti” 16.10.2013)

Ancaq adı gedən kitabda tamam əksi görünür.

Ümumiyyətlə, məni həmişə kəndə və folklora itələməkdə maraqlı olan çoxlu həmkarlarım var.

Səbəblər müxtəlifdir.

Ən böyüyü və ən faciəvisi budur ki, bizdə oxucular kimi yazıçılar da yarlıq asıb adamı yoldan kənara itələməyə meyllidirlər.

Filankəs kitabdangəlmədir.

Filankəs aqrardır.

Filankəsin yazdığı beyin suyudur.

Filankəs istedadsızdır.

Və s.

Bütün bu, Kamal Abdullanın da dediyi kimi, “boş-boş lafların” qarşısına bircə nəsnə çıxır: MƏTN

Mənim çoxlu yazılarım var və onların birində də kənd kultuna rast gələ bilməzsiniz.

Mən, hətta, kəndimiz işğal olunduğu üçün bu tələyə daha asam düşə bilərdim.

Düşmədim.

Kənd kultunun müasir proza üçün ciddi problem olduğunu bilmədiyim vaxtlarda da düşmədim.

Bu dəymədüşərlikdən, bu aqrar sevgidən, bu sadəlövh qənaətdən içimin səsi ilə uzaq qaçdım həmişə.

Taftalogiya olduğunu hiss etdim.

İnsandan, onun hisslərindən, mənəvi dünyasından yapışdım.

Məncə, bir yazıçı kimi nə qədər varamsa, bu doğru seçimə borcluyam.

Əksinə, geridə qalmış “kənd dili”ni, “kənddən gəlmək”liyi tənqid edən onlarla yazımın, müsahibəmin adını çəkə, linkini ata bilərəm.

Sadəcə, mətləbi uzatmaq istəmirəm.

Deməyim odur ki, “Düma ilə Coys arasında” kitabındakı ən başlıca və tale yüklü məsələlərlə bağlı müəlliflə, demək olar, eyni fikirdəyəm.

Kitabı bir-neçə saatın içində su kimi oxumağımın da səbəbi budur.

Və bu belə ola-ola kənd səngərində göstərilməyimdən narahatam.

Dünyada ən zəhləm gedən şey, səhv anlaşılmağımdır.

Gəlin, düşünək ki, müəllif, bayaq bütöv dediyim kitabın gizli süjet xəttində konflikt yaratmaq naminə məni bu mövqedə göstərməyi lazım bilib.

Olsun.

Amma harda olduğumu oxucularımın bilməsi vacibdir.

Mən urbanistik hadisə saydığım çağdaş dünya nəsrinin yanındayam.

Kənd mənim üçün sazdan və qoşma-gəraylıdan ibarətdir.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Qonşuda bir gözəl vardı... - Ramiz Əzizbəylinin şeirləri
11:01 13 İyun 2021
Azad Qaradərəlinin yeni kitabı çap olundu
18:30 12 İyun 2021
Məşhur aktrisalar eyni filmdə
17:23 12 İyun 2021
Filmi qorxudan başqa ölkədə çəkdilər: Ölüm fətvası verilən yazıçının romanı necə ekranlaşdı?
16:30 12 İyun 2021
Bu roman yazılmalı deyildi – Seymur öz romanından yazır...
15:40 12 İyun 2021
Aleksandr Sokurov yeni filmindən danışdı
14:20 12 İyun 2021
Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu
12:55 12 İyun 2021
İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə
12:30 12 İyun 2021
Məşhur filmin ikinci adı bəlli oldu
11:39 12 İyun 2021
Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb
10:12 12 İyun 2021
“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar
09:03 12 İyun 2021
Kamal Abdullaya "Şərəf" ordeni təqdim edildi
18:42 11 İyun 2021
Nizami haqda yeni monoqrafiya - Rus dilində
18:01 11 İyun 2021
Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz
17:25 11 İyun 2021
Vaqif Səmədoğlu medalı sahiblərinə təqdim edildi
16:44 11 İyun 2021
Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verildi
16:02 11 İyun 2021
Xəyanət etməyən azərbaycanlı kişilərin problemi
15:14 11 İyun 2021
Rejissorumuz beynəlxalq mükafat aldı
14:36 11 İyun 2021
Atamı öldürən səbəb - Alpay Azər yazır
13:45 11 İyun 2021
Bu gün Kulisdə premyeradır – Qaçırmayın!
13:01 11 İyun 2021