writer1

Cavanşir Yusifli

Məqalə sayı

49
clock13:17 calendar-gray 19 Avqust 2016 view-gray122 dəfə oxunub
view-gray122 dəfə oxunub

Qəsr

Söhbət, əlbəttə ki, Kafkanın “Qəsr” romanından getmir, söhbət sadəcə, qəsrdən – insanın illər boyu, başqalarından qorunmaq məqsədiylə daşı daş üstə qoyub ucaltdığı qəsrdən gedir.

Kimisi onu boyundan yuxarı qaldıran kimi işini bitmiş hesab edir, qəsrin içində yerə çöküb gözlərini o qəsrdən görünən bir parça səmaya, o bir parça göy üzündə qızılı düymələrə bənzəyən ulduzlara dikir. O qədər baxır ki… bütün dünya kiçilib, balacalaşıb bu qəsrin içində qərar tutur.

Adam da var ki, qarışqa kimi hər gün dağı arana, aranı dağa daşısa da, bir daşı o birinin üstünə qoyunca bütöv bir ömür ötüb keçir, bir göz qırpımına sığan ömür kitab səhifələrinə sığışmır. Mənim bir ömrüm var idi. Bir gün mən onu itirdim; bu boyda dünyada nə çox itiyi itən; gözlə görünməyən mehi, ilğımı tapmaq olarmı? O gündən mən eyni günü, eyni saatı, eyni anı yaşayıram, elə bil ki, patefonun iynəsi valın üstünə ilişib qalıb. Eyni söz yer kürəsini fırlanıb, əvvəlki nöqtəsinə qaydır.

Mən öz qəsrimi tikə bilmədim – bu başıaçıq dünyada müdafiəsiz qaldım. Paltarlarım əynimdən tökülür, uzaqdan bir ilğım görüb ardınca yürüyürəm, özüm də bilmədən ot zəmisindən keçəndə ildırımtək çaxan dəryazlarla yarı bölünürəm, ancaq yenə də yürüyürəm, bir dəfə ölmüş, ömrünü itirmiş adamın nə vecinə ki, ayaq altda qalan ilanlar da, zəmiləri qan dəryasına döndərən dəryazlar da qorxuludu…

Evlər də qəsrlənir, sirr dağarcığına dönür. Evlərdən güllər çölə daşır, onların ətri havadaca qucaqlaşıb insanlardan qəribə sözlər pıçıldayır. Bir Allah bilir ki, o güllər çölə daşmasaydı, içəridə dərddən, xiffətdən çürüyərdi. Güllər də bezdi insanların ucaltdığı qəsrlərdən. Havasız yerdə insanın özü niyə çürümür? Mən bilmirəm, çünki mənim qəsrim yoxdu. Mən qəsr tikənlərə daş daşıyıram. Hər gün axşam olan kimi – şər qarışan vaxtlar hamı öz qəsrinə – sirr yuvasına tələsir, evə çatan kimi işdə taxdığı maskaları üzündən atıb qəsrindəki sirlərlə oynayır. Bu dəm adsız bir kənddə ot tayasına söykənən uşaq damağında saman çöpü nağıl oxuyur. O uşağın yatsa yuxusuna da girməz ki, bu dünyada hər kəsin bir alınmaz qalası olmalıdı. Nağıldasa bir misralıq şeir uşağa sirli-sehrli dünyalartək gəlir:

Zalım dünya,

Göylərə bax,

Ay çıxıb…

Qəsrlərdən görünməyən Ay xiffət çəkir,

buludlar o qədər gövrəlir ki…

Göydə bulud ağlar

Əli gözündə,

O ağlar, çəkilər evin küncünə,

Bu dəm külək vurar, qapı açılar

Uşaq hıçqırığın çəkər içinə… /sim-sim/

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Tanınmış şairə ağır itki
02:22 21 Noyabr 2019
20 noyabr gündəliyim – Şərif Ağayar yazır…
21:01 20 Noyabr 2019
“Bakı Foto” müsabiqəsinin qalibləri mükafatlandırılacaq
18:45 20 Noyabr 2019
Çarli Çaplinin yubileyi Azərbaycanda belə qeyd olunacaq
18:10 20 Noyabr 2019
Yazarlarımızın məşhur uşaqları - Fotolar
17:30 20 Noyabr 2019
Çərçivələr - Şeir
16:50 20 Noyabr 2019
Xalq yazıçısının kitabları təqdim olunacaq
16:10 20 Noyabr 2019
İncəsənət Bieannalesinin ekspozisiyaları açıldı - FOTOLAR
15:30 20 Noyabr 2019
Uşaqlarını həyat yoldaşından zorla alan aktyor - Maraqlı Faktlar
14:51 20 Noyabr 2019
Nəsiminin qəzəllər toplusu Ukraynada
14:10 20 Noyabr 2019
Pantomima teatrı dekabrda - Afişa
13:30 20 Noyabr 2019
Dostoyevskinin hekayəsi: Timsah – Dilimizdə ilk dəfə
12:25 20 Noyabr 2019
Rəsm əsərinin nüsxəsi 600 min dollara satıldı
12:07 20 Noyabr 2019
Rejissorumuz Moskvada “İlin adamı” seçildi
11:51 20 Noyabr 2019
Adam da bu qədər qız sevərmi? - Ayxan Ayvazın əsgər dostuna məktubu
11:20 20 Noyabr 2019
Gənc şair Aqşin Yeniseyə şeir yazdı
10:38 20 Noyabr 2019
Şəhriyardan Fərqanə Qasımova və Sevda Ələkbərzadəyə sərt sözlər: “Yazıqsınız”
09:56 20 Noyabr 2019
“YARAT”da 18+ tamaşa
09:36 20 Noyabr 2019
Mirzə Cəlilə heykəl yox, büt qoymaq istəyirlər - Yazıçılardan qalmaqallı açıqlama
09:00 20 Noyabr 2019
Bəlkə səndən əvvəl öldüm: Zərdüşt Şəfi ilə son görüş
21:01 19 Noyabr 2019